Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə6/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   2   3   4   5   6   7   8   9   ...   37

 

 

21 



etmək fərqli hadisələrdir. Lakin istiqamətlər fərqli olsa da, 

məqsədlər, məramlar eynidir.  

Bəli,  hər  iki  ədib  həm  böyük  mütəfəkkir,  filosof, 

həm  də  gözəl  sənətkardır.  Lakin  kim  əvvəlcə  filosofdur, 

kim əvvəlcə sənətkar? Bax, əsas fərq də burada üzə çıxır. 

Cabbarlı  xüsusi  fəlsəfi  təhsil  görməmişdir.  Onu 

həyatın özü yetişdirmişdir. O, həyatdan, gerçəklikdən çıxış 

edir.  Onun  böyük  rəssamlıq  istedadı  ətrafda  baş  verən 

prosesləri  bütün  incəlikləri  ilə  təsvir  etməyə  imkan  verir. 

Təsadüfi  deyil  ki,  Cabbarlı  özü  ədəbiyyatı  təsviri  sənətlə 

müqayisə edir: «Zatən ədəbi əsərlər də fırçası qələm olmuş 

rəsmlər deyillərmi?» (C.Cabbarlı. «Ədəbi mübahisələr»).  

         Cabbarlı hadisələrdən çıxış edir və onları ümu-

miləşdirməklə  mahiyyətə  doğru  addımlayırdı.  Bədii  ümu-

miləşdirmə elə güclü idi ki, real hadisələrin təsviri arxasın-

da  mahiyyətlər  və  onlar  arasındakı  münasibətlər  də  üzə 

çıxırdı... 

        Bəli,  Cabbarlı  əvvəlcədən  filosof  deyildi.  O, 

əvvəlcədən  rəssam  idi.  Sosial  və  mənəvi  proseslərin 

rəssamı.  Lakin  onun  getdiyi  yol  sadə  həyat  həqiqətlərinin 

arxasındakı  böyük  mənalara  doğru  aparırdı.  O  hadisədən 

mahiyyətə,  təkcədən  ümumiyə,  sənətkarlıqdan  filosofluğa 

doğru  gedirdi.  Fəlsəfə  Cabbarlı  yaradıcılığında  təməl  yox, 

son mərtəbə idi...  

        Cavid isə əvvəlcədən filosof idi. O yüksək təhsil 



 

 

22 



görmüş,  bir  sıra  fəlsəfi  təlimlərdən  xəbərdar  olan  və  öz 

fəlsəfi  konsepsiyası,  ideyaları  olan  və  bu  ideyaları  bədii 

yolla,  sənət  vasitəsilə  çatdırmaq  istəyən  bir  sənətkar  idi. 

Cavid  birbaşa  yüksək  mərtəbədən  başlayır.  İdeyalardan 

başlayıb həyatın özünə doğru gəlir.  

       Cabbarlı  bir  təbiətşünas  alim,  eksperimentator 

səyi,  entuziazmı  ilə  yaşadığı  maddi  dünyanın  iç  üzünü 

axtarır; qırır, dağıdır, sökür, yenidən qurur, yenidən sökür, 

bütün  daxili  qatları  alt-üst  edir,  açıb  bizə  göstərir,  lakin 

yenə  əsl  mahiyyət  deyil,  yeni  bir  pərdə,  yeni  bir  illüziya, 

yeni bir riya, yeni bir saxtakarlıq, haqsızlıq üzə çıxır...   Bəs 

haradadır  həqiqət?  Bəs  mahiyyətə  necə  çatmaq  olar? Bax, 

bu  suallar  bütün  aydınlığı  ilə  gözlərimiz  önündə  canlanır, 

lakin elə bil ki, cavab tapılmır. «Sevil»də çadranın atılması 

və guya mahiyyətin, həqiqətin üzə çıxarılması, «Oqtay El-

oğlu»nda  pərdənin  sökülməsi,  divarların  iç  üzünün  göstə-

rilməsi,  «Od  gəlini»ndə  hətta  paltardan  da  xilas  olmaq, 

adət-ənənənin  də  buxovlarından  azad  olmaq,  islamın  da 

ehkamlarına  qarşı  çıxmaq  cəhdləri  -  mütləq  azadlıq 

axtarışları...  Bütün  bunlar,  təbii  ki,  uğurla  nəticələnmir. 

Onda  nədir  bu  axtarışların  mənası?  Məna  elə  axtarışın 

uğursuzluğundadır. «Mənfi cavab da bir cavabdır».  

        Cavid  isə  lap  əvvəlcədən  mahiyyət  qatında 

əyləşib bizim bu fani (maddi) dünyada kölgələrin oyununu 

izləyir.  Lakin  oxucu  həmin  bu  fani  dünyanın  içində 



 

 

23 



olduğundan  onu  mahiyyət  qatına  qaldırmaq,  ideyalar 

aləminə yüksəltmək və buradakı mətləbləri ona çatdırmaq o 

qədər də asan iş deyil.  

Cavid üçün əsas məqsəd ideyanı çatdırmaqdır. Bədii 

üsul  və  təhkiyə  ola  bilsin  ki,  hətta  təsadüfi  seçilmiş 

vasitələrdir.  Yəni  əsas  inkişaf  xətti  ideya  ilə  bağlı 

olduğundan  hadisələr  sonradan  seçilir  və  bu  ideyanın 

təkamülünə  uyğunlaşdırılır.  Cavid  irəlicədən  qoyduğu  bir 

fəlsəfi ideyanın bədii yolla açılışına çalışarkən cari, gerçək 

hadisələrdən  daha  çox  tarixi  mövzulara  və  rəvayətlərə 

müraciət  edir.  Bu  mövzular  ümumbəşəri  mövzulardır. 

Konkret  zaman  və  məkanla  bağlı  deyildir.  Hətta  tarixdə 

həqiqətən  məlum  olan  hadisələr  də  konkret  zaman-məkan 

müəyyənliyindən, dövrün spesifik xüsusiyyətlərindən, milli 

etnoqrafik  mündəricədən  azad  olunur,  bütün  bunlar  ancaq 

rəmzlərlə təqdim edilir və təhkiyə ancaq ideyanın açılışına 

xidmət  edir.  Sanki  bədii  xarakter  də,  milli  kolorit  də  arxa 

plana keçir və ideyanın inkişaf yolunu kölgədə qoymamaq 

üçün  bir  fon  rolunu  oynamaqla  kifayətlənir.  Yəni  Caviddə 

hadisələr  ikinci  plandadır,  fokusdan  kənardadır  və  burada 

hər  hansı  detalın  elə  bir  əhəmiyyəti  yoxdur.  Məhz  ona 

görədir  ki,  maddi  realizm  müstəvisində,  konkretlik 

prizmasında Cavid yaradıcılığı tənqidə tab gətirmir.  

Cabbarlı isə konkretdir. Çünki ilkin olaraq ideyadan 

deyil,  gerçək  hadisələrdən  çıxış  edir.  Burada  zaman  da, 



 

 

24 



məkan da müəyyəndir. Burada həm milli müəyyənlik, həm 

tarixi  müəyyənlik,  həm  də  sosial  müəyyənlik  o  dərəcədə 

qabarıqdır  ki,  hadisələrin  gedişindən  dövrün  tək  rəngini 

deyil, ruhunu da sezmək mümkün olur. Cabbarlı rənglərdən 

ruha  doğru  gedir.  Cavid  isə  ruhu  şəffaf  götürür.  Cavid 

dünyasında ruhun rəngi, yeri, ölçüsü olmur. Ruh məkan və 

zaman xaricindədir. Lakin o hadisələrdə təzahür edir. 

Cabbarlı  dünyası  çoxmərtəbəli  dünyadır.  Birinci 

qatda  təsvir  olunanlar  yerli-yataqlı  hadisələrdir.  Ruh 

hadisələrin  fövqündə,  arxa  planda  təzahür  edir.  Lakin 

Cabbarlı  gerçəklikdə  cərəyan  edən  hadisələrin  bədii 

ümumiləşmə  səviyyəsində  real  təsvirini  verməklə  yanaşı, 

bu hadisələrin alt qatlarını, onların daxilindəki təzadları da 

qələmə  alır.  Və  nəticə  etibarı  ilə  həm  də  bu  hadisələrin 

əsasında  dayanan  ideyalar  aləminin  özündəki  daxili 

çarpışma  və  təbəddülatları  işıqlandırmalı  olur  ki,  bu  da 

sonrakı, yüksək qatdır. 

* * * 


Bədii  ədəbiyyatın  mövzu  dairəsi  çox  genişdir.  Həm 

üfüqi,  həm  də  şaquli  müstəvidə.  Üfüqi  müstəvi  dedikdə, 

coğrafi  məkan  və  hadisələrin  müxtəlifliyini  nəzərdə 

tuturuq. Şaquli müstəvidə isə hissi-mənəvi dərinlik dərəcəsi 

öz  əksini  tapır.  Bəzən  bir  otağın,  bir  insanın,  hətta  bir 

çiçəyin  həndəsi-coğrafi  məkanından  kənara  çıxmadan  da, 

çox geniş mövzu diapozonunu əhatə etmək olar.  



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə