Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə2/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   2   3   4   5   6   7   8   9   ...   37

 

 



strukturuna  daxil  olubsa,  tədqiqatçıların  çox  az  adama 

məlum  olan  başqa  bir  obraza  müraciəti  təfəkkür  yolunu 

qısaltmaq,  fikri  aydınlaşdırmaq  əvəzinə  daha  da 

dumanlandırar, uzaqlaşdırar.   

Elmi əsərlər tam müstəqil ola bilməzlər. Hər bir elmi 

ideya  mütləq  başqasının  davamı  kimi  ortaya  çıxır.  Elmi 

fikirlər  toplanaraq  bütün  dövrlərin  və  bütün  millətlərin 

vahid, 

möhtəşəm  bir  abidəsini  yaradırlar.  Bədii 

yaradıcılıqda isə toplanma yoxdur. Müasir fizik Nyutonun, 

Eynşteynin  çiyinləri  üzərinə  çıxdığından  daha  ucada 

durmuşdur. 

Müasir 

rəssam, 

müasir 

yazıçı 

isə 

Mikelancelonun, Şekspirin çiyinləri üzərində deyil, yanında 

dayanmaqla  onlardan  yüksəyə  qalxa  bilmir.  Müasir  bir 

şair  Füzulini  bütünlüklə  əzbər  də  bilsə,  onun  poeziyası 

Füzuli 

şerinin  üzərində  yüksəlmir,  əgər  zamanın 

sınağından  çıxarsa,  boy  sırası  ilə  onun  yanında  dayanır. 

Burada  zaman  oxu  elə  bil  ki,  böyük  klassiklərin  şərəfinə 

irəliyə deyil, geriyə doğru yönəlmişdir. 

Hər bir bədii əsər müstəqil bir hadisədir. Və o başqa 

bədii əsərlərin sücetinə qatılaraq öz ömrünü uzada bilmir. 

Lakin  klassika  adlandırdığımız  elə  bədii  əsərlər  də  vardır 

ki,  onların  ideyaları  ədəbi  tənqidin  və  ədəbi-elmi 

tədqiqatların  sayəsində,  əslində  ancaq  elmə  mənsub  olan 

toplanma  (kumulyativlik  prinsipi)  qaydaları  ilə  gələcək 

əsərlərin  məzmununa  daxil  olur.  Elə  bil  ki,  ədəbiyyatın, 


 

 



bəlkə  də  bəxti  gətirərək  klassikaya  çevrilmiş  nümunələri 

elmi  fikrin  qanadlarına  qonaraq  davamlı  fikir  prosesinin 

iştirakçısına çevrilirlər.   

Lakin  bədii  ədəbiyyatın    öz  təhkiyə  və  məzmun 

hüdudundan  kənara  çıxaraq  daha  davamlı  mənəvi-idraki 

proseslərə  qatılması  heç  də  yalnız  ədəbi  tənqid  və 

ədəbiyyatşünaslıq vasitəsi ilə həyata keçmir. Bunun başqa 

bir  yolu  da  ictimai  şüur  vasitəsi  ilə  fəlsəfi  fikir 

mündəricisinə  daxil  olmaqdır.  Necə  ki  şifahi  xalq 

ədəbiyyatı  neçə-neçə  nəsillərin  düşüncə  tərzində  davamlı 

bir  proses  kimi  yaşayır,  eləcə  də  klassik  ədəbiyyatın  ayrı-

ayrı  bədii  ideya  və  obraz  nümunələri  adi  şüura  qatılaraq 

nəsillərdən nəsillərə ötrülür.  

Bu  iki  üsul  arasında  fərqlərdən  biri  budur  ki,  El 

ədəbiyyatındakı  kimi  Milli  şüura  qatılmadan  fərqli  olaraq 

ədəbiyyatşünaslıq  və  fəlsəfi  təhlil  qanadlarında  davamlı 

prosesə  çevrilən  klassika  millilik  hüdudlarını  keçərək 

ümumbəşəri,  beynəlmiləl  miqyas  ala  bilər.  Necə  ki, 

«İliada»ya, 

«İlahiyyat 

komediyası»na, 

«Hamlet»ə 

müraciətlər  təkcə  ayrı-ayrı  millətlərin  deyil,  bütövlükdə 

Qərb təfəkkür tərzinin formalaşmasında iştrak etmiş, onun 

üzvi  tərkib  hisələrinə  çevrilmişlər.  Və  bu  gün  bizlərin  də 

təfəkkürünə sirayət etməkdədirlər. Əlbəttə, burada pis heç 

bir şey yoxdur, o halda ki, əks əlaqə də mümkün olaydı.      

*** 


 

 



Müstəqil  Azərbaycanın  bütün  istiqamətlərdəki 

quruculuq fəaliyyətinin əsasında, heç şübhəsiz, milli fəlsəfi 

fikir  dayanmalıdır.  Lakin  hadisələr  dünyasının  axarı 

dayanıqlı  fəlsəfi  fikrin  formalaşmasını  gözləmir.  Bəzən 

hadisələr  müstəvisində  zaman  fikir  müstəvisindəkinə 

nisbətən  daha  sürətlə  axır.  Ona  görə  də  milli  fəlsəfi  fikir 

heç  də  sıfırdan  başlamayaraq,    əcdadlarımızın  qoyduğu 

bünövrə  üzərində  qurulmalıdır.  Lakin  orta  əsrlərin  islam 

fəlsəfəsi bizdən çox uzaqdadır, həm də, əsasən, ərəb dilində 

yaradılmışdır.  20-ci  əsrin  peşəkar  fəlsəfəsi  isə  yaxın  olsa 

da milli fəlsəfi ruhdan məhrumdur və əsasən rus dilində və 

ya  rus  dilindən  tərcümələrə  istinadən  yazılmışdır.Nəzərə 

alsaq  ki,  əsl  milli  fəlsəfi  fikir  ancaq  milli  dildə  yaradıla 

bilər,  milli  düşüncə  tərzinin,  milli  fəlsəfi  fikrin  başlıca 

daşıyıcısı məhz milli bədii ədəbiyyat sayılmalıdır. Belə olan 

halda 

mənim  Cavid  və  Cabbarlı  yaradıcılığına 

münasibətim sadəcə ədəbiyyata müraciət olmayıb, həm də 

milli  fəlsəfi  fikrin  ən  yaxın  təməl  daşlarını  müstəqillik 

dövrümüzdə  fəlsəfi  özünüdərkin  strukturuna  və  mədəni-

mənəvi quruculuq proseslərinə daxil etmək təşəbbüsüdür.         

Müasir  dövrdə,  böyük  sələflərimizin  uğrunda 

mübarizə  apardığı,  lakin  bu  gün  məhz  bizə  qismət  olmuş 

müstəqillik illərində milli fəlsəfənin həm bir ideya, həm də 

bir  milli  iradə  olaraq  formalaşdırılması  kimi  ağır  yükü 

ufaq  çiyinlərimizdə  daşımağın  bütün  ağırlığını  və 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə