Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə3/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   2   3   4   5   6   7   8   9   ...   37

 

 



məsuliyyətini  dərk  edərək  bu  şərəfli  yükü  böyük 

mütəfəkkirlərimizlə bölüşmək qərarına gəldik.  

*** 

Müəllif bunu da qeyd etməyi lazım bilir ki, o, ixtisası 

etibarilə  bir  ədəbiyyatşünas  olmadığından,  qarşısına 

Cavid,  yaxud  Cabbarlı  yaradı-cılığını  təfərrüatı  ilə,  bütün 

“qayda-qanunu” ilə tədqiq etmək məqsədi qoymamışdır.  

Müqayisəli təhlil də, ayrı-ayrılıqda təhlil də müəllifin 

ən  çox  təsirləndiyi  bəzi  klassik  nümunələr  əsasında 

aparılmış  və  əsərlərin  məzmun  və  formasından  daha  çox, 

ideyaların  təhlili  ön  plana  çəkilmişdir.  Digər  tərəfdən, 

Cavid  və  Cabarlı  yaradıcılığının  öyrənilməsinə  həsr 

olunmuş tədqiqat işləri, ədəbi-tənqidi məqalələr və kitablar 

da,  tamamilə  mümkündür  ki,  diqqətdən  kənarda  qalmış, 

onlara elmi tədqiqatın tələblərinə uyğun surətdə pozitiv və 

ya tənqidi münasibət bildirilməmişdir. Mən ancaq Cavidin 

«İblis»  pyesi  haqqında  tədqiqat  işi  sayıla  biləcək  bir  əsər 

yazmışam.  İndi  təqdim  olunan  kitabdakı  məqalələr  isə 

əsasən  fəlsəfi  esse  səciyyəsi  daşıyır  və  mövzu,  zaman  və 

məkan  konkretliyindən  uzaqdır.  Əlbəttə,  hər  hansı 

ədəbiyyatçı belə bir sərbəstliyə, yəqin, yol verməzdi. Kənar 

şəxs, bir fəlsəfə tədqiqatçısı üçün isə, güman edirəm ki, bu, 

bağışlana biləcək bir qəbahətdir. 

İxtisasımın vurğulanması belə təəssürat yarada bilər 

ki, mən Cavid və Cabbarlının ilk dəfə olaraq yeni rakursda, 


 

 

10 



fəlsəfi müstəvidə nəzərdən keçirildiyini diqqətə çartdırıram. 

Məhz  belə  səhv  təsəvvür  yaranmasın  deyə,  xüsusi  olaraq 

qeyd etmək istəyirəm ki, həqiqi ədəbi tənqid heç vaxt fəlsəfi 

baxış dairəsindən kənarda təsəvvür oluna bilməz. Ona görə 

də, Cavidin də, Cabbarlının da tədqiqatçıları ixtisas etibarı 

ilə  ədəbiyyatşünas  olsalar  da,  istər-istəməz  bu 

sənətkarların yaradıcılığında zəngin olan fəlsəfi ideyaların 

təhlilinə də müraciət etməli olmuşlar. Və bu sırada mən bir 

tədqiqatçını  xüsusi  fərqləndirmək  istərdim.  Bu,  rəsmi 

ixtisasına  görə  ədəbiyyatçı  olsa  da,  təfəkkür  tərzinə  görə 

filosof  olan  Yaşar  Qarayevdir.  O,  həm  Cavidin,  həm  də 

Cabbarlının  poetik-dramaturci  yaradıcılıq  dünyasına,  bu 

dünyanın  ən  dərin  qatlarına  bəlkə  də  hamıdan  çox  baş 

vurmuş, bu sahədə müstəsna uğurlar qazanmışdır. 

Neçə  minillik  tarixi  olan  rəsmi  fəlsəfənin  bütün 

qayda-qanunları  ilə  təhlil  aparıb  gəldiyim  qənaətlər  son 

nəticədə  çox  vaxt  Yaşar  Qarayevin  tənqidçi-filosof 

qələminin  məhsulu  ilə  üst-üstə  düşür.  Bir  fərqlə  ki, 

keçdiyimiz  yollar  əsasən  eyni  olsa  da,  istiqamətlər 

müxtəlifdir.  Mən  fəlsəfədən  ədəbiyyata  gəlirəm,  Yaşar 

müəllim  ədəbiyyatdan  fəlsəfəyə.  Bizim  yaradıcılıq  yo-

lundakı görüşümüz bir növ Cavid və Cabbarlının görüşünü 

xatırladır (Bax: bu kitabın birinci fəsli).  Elə fərq də daha 

çox metodlarda üzə çıxır. Yaşar Qarayev bütün incəliyi ilə 

bildiyi ədəbi-bədii materialları ümumiləşdirməklə (induktiv 


 

 

11 



metodla)  ədəbi-elmi  konsepsiya  yaradır,  mən  ideyadan 

təsirlənərək  esse  yazıram  və  onu  sonradan  seçdiyim 

detallarla konkretləşdirməyə çalışıram.  

Girişdə  məhz  Yaşar  Qarayevi  yada  salmağıma 

gəlincə,  nə  yaxşı  ki,  mən  onun  bu  kitaba  yazdığı  ön  sözə 

həssaslıqla  yanaşa  bildim.  «Cavid  və  Cabbarlı»ya  ön  söz 

olaraq  Yaşar  Qarayev  «Bədii  seyrə  işıq  fəlsəfədən  düşür» 

adlı  gözəl  məqalə  yazmışdır.  Və  burada  kitaba 

münasibətdən daha çox, oradakı ideyaları daha da inkişaf 

etdirmək təşəbbüsü gördüm. Özü də bu təşəbbüs çox uğurlu 

alınmışdır. 

Ancaq 

Yaşar 

müəllimə 

məxsus 

bir 

təvazökarlıqla  «buradakı  fikirlərin  bir  qismini  mən  artıq 

demişəm»,  –  yox,  «bu  fikirləri  belə  də  demək  olar» 

formasında  bir  sətiraltı  məna  sezdim.  Və  götürüb  Yaşar 

müəllimin dörd il öncə mənə bağışladığı «Tarix: yaxından 

və  uzaqdan»  kitabındakı  müvafiq  məqalələri  diqqətlə 

oxudum.  Və  mənə  daha  yaxın  olan  fikirləri  seçib  hansı 

formadasa bu kitaba daxil etmək qərarına gəldim.  

Gənc tədqiqatçı Hacı Azər Əbilovun da «Hüsni-xuda 

şairi» kitabında çox uğurla söylədiyi bir sıra fikirləri bura 

əlavə  etməyi  lazım  bildim.  Maraqlıdır  ki,  Hacı  Azər  də 

Cavid  üslubunda  düşünür.  Yəni  məkan,  zaman  və  mövzu 

konkretliyinin  hüdudlarını  tez-tez  keçir,  geniş  fikir 

fəzasında  çox  sərbəst  manevr  edir.  Onun  hətta 

publisistikasında  da  bir  poeziya  vardır.  Bu  yaxınlarda 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə