Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə8/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 

 

29 



mühitdən  təcrid  olmuş  halda  qalmağı  üstün  tutur.  Bu  da 

«olum» ilə «ölüm» arasında bir vəziyyətdir. Lakin əsərdən 

çıxan  məntiqi  nəticəyə  görə,  bu  aralıq  vəziyyət  şərəfli 

ölümü  əvəz  edə  bilmədiyinə  görə,  son  nəticədə  yenə  də 

fiziki  ölüm  labüd  olur).  Ona  görə  də,  bu  problemin 

qoyulduğu  pyeslər,  bir  qayda  olaraq,  faciə  canrında  olur. 

Dramaturqlar  çox  vaxt  bu  böyük  problemi  sadələşdirərək, 

onu ''olum, ya ölüm'' formulasına salır və həyatda qalmağı 

–  həyatla  barışmaq,  ölümü  isə  həyata,  mühitə  etiraz  aktı, 

üsyan kimi təqdim edirlər. Və nə qədər paradoksal görünsə 

də,  «olum»  -  fərdi  mənin  ölməsi,  əksinə,  «ölüm»  -  fərdi 

mənin  özünü  təsdiqi,  yaşamaq  uğrunda  mübarizəsidir. 

Problemin  bu  cür  sadə  qoyuluşu:  yaşamağın  mütilik, 

təslimçilik,  ölməyin  –  barışmazlıq,  üsyan  kimi  təqdim 

edilməsi,  əslində  həyatın,  «olmağın»  həqiqi  böyük 

mənasını  açılmamış  qoyur.  Bu  böyük  məna  isə  yuxarıda 

qeyd etdiyimiz kimi, mühitin, cəmiyyətin dəyişdirilməsi və 

naqis  həyata  deyil,  fərdi  mənin  böyük  ideallarına  cavab 

verən  yeni  bir  həyata  uyğunlaşmasıdır.  Daha  doğrusu,  bu 

artıq «uyğunlaşma» deyil, yaradıcılıqdır, inqilabdır. 

Cavid  və  Cabbarlı  elə  bir  dövrdə  yaşayırdılar  ki, 

onların  «inqilab»  idealları  bolşevik  inqilabı  ilə  müqayisə 

olunmaya bilməzdi. Cavid sonuncunu qəbul etmir, Cabbarlı 

isə özünəməxsus bir şəkildə qavrayır və təqdim edirdi. Bu 

baxımdan,  təkcə  Aydınların  trakik  inqilabçı  ruhu  deyil,  



 

 

30 



Almazların inqilabı da özünəməxsus bir «olum,  ya ölüm» 

problemi  idi.  Bu,  elə  bir  zəmanə  idi  ki,  ''olum''  yolu  – 

''ölüm''ə,  ''ölüm''  yolu  –  ''olum''a  çevrilmişdi.  Qırmızı  inqi-

lab  öz  ölüm  qismətini  artıqlaması  ilə  yaşayaraq  (sözün 

müstəqim  mənasında ''ölüm'' planını dolaraq) zəfər çalmış, 

indi  daha  qalib  mövqeyindən  ''olum''  yolçularına  ölüm 

hökmü oxuyurdu. Bir qütb başqa bir qütblə əvəz olunmuş-

du.  Ona  görə  lə,  Cabbarlının  inqilabdan  sonrakı  əsərlərinə 

daha çox dərəcədə məhz bu prizmadan baxmaq lazımdır. 

Cavid isə problemin konkret bir dövr üçün bu və ya 

digər  təzahürlərini  deyil,  ümumiləşmiş  fəlsəfi  həllini, 

düsturunu tapmağa cəhd edirdi. 

Arif  bir  növ  Hamleti  xatırladır.  O  da  fikir 

müstəvisindəki pozitiv mövqeyə baxmayaraq, real həyatda 

passivlik  və  çaşqınlıq  nümayiş  etdirir.  Lakin  son  anda 

estafeti real həyatda daha qətiyyətli görünən Elxana verir. 

Aydın  da  mahiyyət  müstəvisində  bir  qədər  Hamleti 

xatırladır. Lakin cəngavərlik dövrü, duellər dövrü keçdiyin-

dən, ancaq söz qılıncı ilə kifayətlənməli olur. Dövrün faciə-

sini  yaşamaqla  bərabər,  həqiqətə  yol  açmağa  çalışır,  uğur-

suzluğa uğrayınca kefli İsgəndərin yolunu tutur. Lakin diq-

qətlə yanaşıldıqda burada Protasovla paralel daha güclüdür. 

Aydın  da  neçə  illərdən  sonra  qayıdıb,  tanınmaz  halda  cə-

miyyətdəkiləri seyr edir. Lakin bunu Protasov kimi soyuq-

qanlılıqla  edə  bilmir,  həyata  İsgəndərsayağı  müdaxilələr 



 

 

31 



edir. Zəmanəyə inamını itirsə də, insanlara inamını itirmir. 

Son  anda  Gültəkini  hələ  də  sevdiyini  göstərməklə,  naqis 

cəmiyyətin  günahını  onun  qurbanı  olmuş  insanın  ayağına 

yazmadığını  sübut  edir.  Şərin  mənbəyini  insanların 

xislətində  deyil,  dövrün,  zəmanənin,  mühitin  xislətində 

axtarmaq  təşəbbüsü  göstərir.  Bu  baxımdan,  C.Cabbarlının 

«Aydın»ı  təkcə  «Hamlet»lə  deyil,  həm  də  «İblis»lə  böyük 

ideya yaxınlığına malikdir. 

 

 

*** 



 

Ayrı olsaq da, həqiqətdə birik. 

Hüseyn Cavid. «Xəyyam» 



 

Hadisələri  araşdırarkən  və  ilk  nəzərə  çarpan 

cəhətlərdən çıxış edərkən eyni dövrdə yazıb-yaratmış bu iki 

sənətkar arasında xeyli böyük fərqlər və hətta ziddiyyətlər 

görmək  mümkündür.  Lakin  bu  böyük  düha  sahiblərinin 

ideya dünyasına daxil olduqda, fərqlərin daha çox metod və 

təzahür fərqi olduğu, ideyaların dərinliyində isə ağlasığmaz 

bir yaxınlıq və hətta eyniyyət mövcudluğu aşkara çıxır. 

          Cavidlə  Cabbarlı  arasındakı  fərq  ancaq  metod 

fərqi  deyil.  Daha  doğrusu,  metod  fərqi  törəmədir.  Daha 

doğrusu,  metod  fərqi  törəmədir  və  ən  başlıcası,  zamana 



 

 

32 



görə nisbidir. Təsadüfi deyildir ki, bir əsərdən sonra kimin 

daha  çox  realist,  kimin  daha  çox  romantik  olduğunu  fərq-

ləndirmək  çətinləşmişdir.  Keçən  əsrin  əvvəlində  dünyanı, 

həyatı  planetlər  miqyaslı,  qlobal  bir  proses  kimi  götürən 

Cavid  nə  qədər  mücərrəd  və  «səmavi»  görünürdüsə,  yeni 

əsrin əvvəlində, qloballaşma artıq həyatın bütün sahələrinə 

nüfuz etdiyi bir vaxtda, bir o qədər realist görünür.   

Əsl fərq bədii metodlardan öncə insanların, cəmiyyə-

tin tərəqqi yoluna münasibətdə, «nədən başlamaq» məsələ-

sində üzə çıxır. 

Hər  iki  sənətkar  yaxınlaşmaqda  olan  həşəmətli  bir 

kabusun, qorxunc bir qüvvənin, kapital dünyasının, Qərbin 

kütləvi mədəniyyətinin milli-mənəvi dəyərlərimizin sərhəd-

lərini  keçərək  cəmiyyətimizə,  ailəmizə,  şəxsi  həyatımıza 

necə daxil olduğunu və bu proseslərin daha nələrə apara bi-

ləcəyini  anlayır  və  bütün  bunlara  qarşı  mübarizə  yolları 

arayırdılar. Hər iki sənətkar bu böyük ümumbəşəri, fövqəl-

milli  proseslərin  qloballığını,  dönməzliyini  görür,  onlarla 

üzləşməyin qaçılmazlığını dərk edir və özünü, öz milli var-

lığını, əsrlərdən, nəsillərdən bizə miras qalmış yüksək əxla-

qi-mənəvi  keyfiyyətləri  bu  burulğanlar  içərisindən  çıxar-

maq  üçün  yollar  axtarır,  bütün  mümkün  vasitələri  və  qüv-

vələri  səfərbər  etməyə  çalışırdılar.  Azərbaycanda  sosialist 

inqilabı  deyilən  hadisə  baş  verdikdən  sonra  zəmanənin  bu 

iki  böyük  qələm  sahibinin  mübarizə  metodları  getdikcə 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə