Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə11/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 

 

41 



bir  cəmiyyət  qurarkən,  demokratikləşməni,  fikir  plüraliz-

mini qəbul edərkən, həyat tərzlərinin də plüralizmini qəbul 

etmək məcburiyyətindəyik. Lakin başqa bir əxlaqın bizimlə 

paralel  mövcudluğuna  dözmək,  heç  də  bizim  özümüzü 

həmin  yabancı  əxlaqı  qəbul  etmək  məcburiyyətində  qoy-

mur. Biz, sadəcə olaraq, müxtəliflik və mədəni-mənəvi plü-

ralizm şəraitində özəlliyimizi qorumağı və inkişaf etdirmə-

yi öyrətməliyik.    

Bax,  həyatın  bu  yeni  dialektikasını,  qloballaşma 

artdıqca milliləşmənin də onunla həmahəng olaraq artmalı 

olduğunu  anlasaq  və  cəmiyyətdəki  milli iradədən  məhrum 

tör-töküntü  ilə  milli  elitanın  yerini  dəyişik  salmasaq  təşviş 

üçün elə bir ciddi əsəas yoxdur.  

Sadəcə olaraq, anlamalıyıq ki, milli mənəviyyatın öz 

ətaləti ilə yaşayacağına əminlik dövrü rxada qalmışdır. İndi 

biz öz vətənimizdə də milli məni qorumaq, yaşatmaq, inki-

şaf  etdirmək  üçün  hər  an  mübarizəyə  hazır  olmaq,  yaxşı 

düşünülmüş  vasitələrlə  mücadilə  aparmaq  məcburiyyətin-

dəyik. Bu mücadiləni uduzmamaq üçün klassik ədəbi-fəlsə-

fi  irsimizi  yaşatmağı  və  müasir  düşüncə  ilə  birləşdirməyi 

öyrənməliyik. 

Müasir  həyatın  dialektikası  ədəbiyyata  münasibətdə 

də müxtəlifliyin vəhdətini tələb edir. Bizə bu gün ayrılıqda 

Cavid və ya Cabbarlı deyil, həm Cavid, həm də Cabbarlının 

ideyalarından  bəhrələnən  vahid  mədəni-mənəvi  özünümü-



 

 

42 



dafiə və inkişaf konsepsiyası lazımdır.  

Bu  gün  çox  vaxt  «milli  birlik»dən  danışılır,  «biz 

nəyə  birləşə  bilmirik?»  sualı  qoyulur.  Lakin  unudulur  ki, 

milli  birlik  zaan  kəsiyində  mümkün  deyil.  Bunun  üçün 

zaman  oxunda  birlik  axtarmaq,  öz  böyük  mənəvi 

sələflərimizlə birləşmək lazımdır.

 



 

 

43 



 

 

 



 

 

«İblis» və dünya ədəbi-fəlsəfi fikri



 

 

Hüseyn Cavidin «İblis»i heç 

də  Götenin  «Faust»undan  geri 

qalmır.  Ancaq  biz  belə inciləri la-

zımi qədər qiymətləndirə bilmirik. 

 

Heydər ƏLİYEV 

 

H.Cavidin  "İblis"  pyesi  dünya  ədəbiyyatında 



əsrlərdən  bəri  davam  edən  İnsan-İblis  dialoqunun, 

mübarizəsinin yeni, parlaq, yüksək bir səhfəsidir. 

Faciə  qarşılaşdırılan  başlıca  ideyalar  bir  tərəfdən 

"ədalət, mərhəmət, vicdan" ideyası (Arif), digər tərəfdən al-

tun və silah gücünə arxalanaraq miskin nəfsə xidmət etmək 

(İblis) ideyasıdır. Müəllifin məqsədi bu ideyalardan birinin 

qələbəsini, digərinin məğlubiyyətini göstərmək deyil; əsəri 

bu  cür  birtərəfli  mənalandırmağa  çalışanlar  düzgün  nəticə 

hasil edə bilmirlər. Birinci ideyanın qələbəsini təsdiq etmək 

faciənin  ümumən  nikbin  olan  ruhuna  uyğun  gəlsə  də, 




 

 

44 



İnsanın  bütün  əsər  boyu  keçdiyi  inkişaf  yolunun  sonrakı 

məqamlarını,  Hegel  terminalogiyası  ilə  desək,  antitezis  və 

sintez mərhələlərini nəzərə almadığı üçün tam uğurlu sayıla 

bilməz.  İkinci  ideyanın  qələbəsini  təsdiq  etmək  isə  əsərin 

mütərəqqi və humanist ruhuna heç cür uyğun gəlmir. 

Faciədə  bu  iki  ideyanın  gərgin  mübarizəsi  onların 

hər ikisinin dialektik inkarı və eyni zamanda sintezi yolu ilə 

həll  olunur.  Əsərin  əvvəlində  mücərrəd  şəkildə  səslənən 

ümumi mərhəmət və vicdan fəlsəfəsi əsərin sonunda qüvvət 

və fəaliyyəti də ehtiva edərək sosial mübarizə konsepsiyası 

səviyyəsinə yüksəlir. 

Müəllif hər iki ideyaya eyni tənqidi münasibətlə ya-

naşmır.  Müəllifin  məqsədi  İblisin  kinayəli  qəhqəhələri  ilə 

Arifin  mövqeyini  ifşa  etmək  deyil.  Əksinə,  əsərdən  hasil 

olan  nəticələrdən  biri  budur  ki,  birinci  ideya  -  "sülh,  mə-

həbbət və ədalət ideyası güclü rəqibi ilə mübarizədə qalib 

gəlmək üçün özlüyündə kifayət olmasa da, gözəl ideyadır, 

səmimidir, təmizdir. Lakin o nə qədər gözəl olsa da, fəaliy-

yətsizdir,  zəifdir,  hadisələrin  gedişinə heç  bir  təsir  göstərə 

bilmir. 


İkinci  ideya  isə  fəaliyyətdədir.  O,  meydan  oxuyur. 

Çünki  arzulardan  deyil,  gerçəklikdən  çıxış  edir.  Hadisələr 

onun  hökmü  ilə  baş  verir.  Hamı  onunla  hesablaşır.  Çünki 

eybəcər  də  olsa,  realdır,  hakimdir.  Lakin  bu  hakimiyyət 

ehtirası  o  dərəcədə  güclüdür  ki,  birinci  ideyanın  hətta 



 

 

45 



fəaliyyətsiz,  yalnız  arzu  şəklində  mövcudluğuna  da 

dözmür,  onu  məhv  etməyə  çalışır,  öz  "üstünlüklərini, 

gücünü,  qüdrətini"  ona  göstərmək  istəyir,  onu  məsxərəyə 

qoyur...  Lakin  onu  məhv  etməyə  çalışarkən  özünə  qəbir 

qazdığını duymur. Bilmir ki, həqiqət zahirən nə qədər zəif 

görünsə  də,  onu  məhv  etmək  mümkün  deyil.  "Gücsüzsən 

və  deməli,  haqsızsan",  -  deyir  və  öz  "haqq  yolunu"  zorla 

təlqin  etmək  istəyərkən  əslində  onu  fəaliyyətə  gətirmiş 

olur. Burada Götenin "Faust" əsərindən Allahın Mefistofelə 

tapşırığı yada düşür: 



Dinclik axtarmaqdır insanın meyli, 

 Səni yol yoldaşı etdim, coşasan  

Cırnadıb, narahat eləyib xeyli, 

Onu yaradıcı işə qoşasan! 

Elə  bil  ki,  Mefistofel  Faustu  kabinədən  çıxarıb 

bilavasitə  maddi  fəaliyyətə  qoşmaq  üçün  göndəriribmiş. 

Baxmayaraq ki, Mefistofelin öz şəxsi niyyəti də var, amma 

son nəticədə Allahın iradəsi həyata keçir. 

H.Cavidin  "İblis"ində  isə  insanı  fəaliyyətə  cəlb 

eləyən  səma  qüvvələri  deyil.  Bu  məsələdə  kontur-rol 

oynayan  İblis  də  səma  qüvvəsi  olmayıb,  hakim  ictimai 

mühiti təmsil edir. Nə zaman ki, Arif daha mövcud ictimai 

mühitin  passiv  müşahidəçisi  kimi  qala  bilmir,  mühitin 

eybəcərlikləri  onun  istəyindən  asılı  olmayaraq  şəxsi 

həyatına  daxil  olur,  onda  Arif  istər-istəməz  fəallaşır, 

hadisələrin  real  iştirakçısına  çevrilir  və  bir  müddət  İblisin 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə