Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə19/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 

 

75 



böyük  cinayətlər  törətdirməyə,  həyatın  dərin,  çıxılmaz 

çirkabları  içində  sürüklədərək  onun  bütün  fənalıqlarına 

bulaşdırmağa hazırlaşır..." 

Mənəviyyatında  hələ  müəyyən  işıq,  nur  olan 

adamları  da  mənən  öldürmək  üçün  əlindən  gələn  bütün 

fənalıqları  həyata  keçirdikdən  sonra  İblis  məğrur 

qəhqəhələrlə Arifə müraciət edib deyir: 

Bir zamanlar cəbərut aləminə  

Həp uçar, həp öyünürdün də, bu nə? 

Vurulub bir qıza pabus oldun, 

Xırsız oldun, meyə mənus oldun. 

Haqqı, vicdanı buraxdın, getdin. 

O səfilin qızını məhv etdin. 

Tökülən qanlara həp düşman ikən, 

Oldun öz qardaşının qatili sən. 

Lakin  İblis  insan  mənəviyyatındakı  zəif,  əslində  isə 

yalnız ilk baxışda zəif olan nurun qüdrətindən xəbərsizdir. 

Sən  demə,  insandakı  insani  başlanğıcı  tamamilə  məhv 

etmək  mümkün  deyil.  Bıçaq  sümüyə  dirənəndə  nə  kimi 

möcüzələr yarandığını İblis hələ bilmir... 

Nurla  atəş  qarşılaşarkən,  nur  zərif  olsa  da,  atəş 

möhtəşəm  olsa  da  -  nur  atəşi  ram  edir.  Nur  bir  məqsəd 

olaraq  qalır  və  üstəlik  atəşi  öz  vasitəsinə  çevirərək  qüdrət 

və qüvvət kəsb edir. 

İblisin məntiq kitabında bu bölmə o vaxta qədər hələ 

yazılmamış  olduğundan, onun  gözlədiyinin  xilafına  olaraq 

sağlam  mənəviyyatlar  son  nəticədə  ölmür,  əksinə,  ölmüş 



 

 

76 



zənn olunanlar da dirilir. 

"Məntiq" pozulur, aləm bir-birinə qarışır, dünya rəqs 

edir. 

Faciənin  sonluğundakı  rəqs  səhnəsi  də  əsərdəki 



rəmzlərdən  biridir.  Bu  səhnə  hadisələrin  gedişinə  heç  də 

təsadüfən daxil edilməyib və onun çox ciddi ictimai-siyasi 

və fəlsəfi mənası vardır. 

Ölülərin  rəqsi  ilə  başlanan  bu  səhnə  tədricən  real 

məzmun kəsb edir, dünyanın bütün təzadlı ünsürləri qarşı-

qarşıya gələrək rəqs edir və bu mərhələni ən çox İblis hiss 

edir,  çünki  bu  dəfə  rəqs  edən  (oynayan,  laxlayan)  onun 

təmsil etdiyi hakim ictimai mühitin özüdür. 

Arifin  gözündə  dünyanın  rəqs  etməsi  əslində  onun 

mənəvi aləmində gedən təbəddülatları – onun "qəflət yuxu-

sundan" oyanmasının, silkələnməsinin nəticəsidir. Bu rəqsi 

ətrafdakılar da hiss edir, çünki onların hamısı sarsılır, hamı 

böhran  keçirir,  dünyaya  əvvəlki  donuq,  ölgün  baxışlarını 

dəyişirlər. 

İblis də dünyanın rəqs etdiyini görür və hiss edir. La-

kin  onun  bu  rəqsə  münasibəti  və  bu  rəqsdə iştirakı  tamam 

başqa mənaya malikdir. İblis silkələnib ayıldığı üçün deyil 

(o, həmişə ayıqdır), ayağının altı silkələndiyi üçün dünyanı 

rəqsdə  görür.  İblis  üzərində  dayandığı  möhkəm  özülün 

artıq  laxladığını,  dünyanın  əvvəlki  nisbi  sabit  ahənginin 

pozulduğunu,  hakim  ictimai  mühitin  qoyduğu  qayda-



 

 

77 



qanunların  çürüdüyünü  hiss  edir  və  dünyanın  rəqsini  öz 

faciəsi kimi dərk edir (özünü o yerə qoymasa da!...). 

Təsadüfi  deyil  ki,  rəqs  səhnəsinin  ardınca  İblisə 

ümumi hücum başlanır: 

- Qəhr olmalı, məhv olmalı İblis. 

Hadisələrin  gedişi  prosesində  Arifdəki  çılğınlıq, 

nəhayət İblisə keçir... 

Arif  əvvəlcə  dünya  haqqındakı  təsəvvürləri  ilə  dün-

yanın özü arasındakı uyğunsuzluqlarla qarşılaşdıqca çılğın-

laşır.  Lakin  mürəkkəb  həyat  keşmə-keşlərindən  keçdikcə, 

onun  iç  üzünü  yaxından  gördükcə  nəzərlərinə  bir  aydınlıq 

gəlir.  İblis  üçün  isə  bu  proses  tərsinə  gedir.  Əvvəlcə,  o, 

dünyaya çox yaxşı bələddir; hər şeyi bilir, çünki bütün ha-

disələr onun qoyduğu yolla, onun təmsil etdiyi qayda-qanu-

na  uyğun  şəkildə  gedir.  O,  bu  yolun  mütləqliyinə,  hamı 

üçün zəruri olduğuna qəti şəkildə əmindir. Həyatda bu zə-

rurətə,  bu  qüvvətə  qarşı  dura  biləcək  ikinci  bir  real  qüvvə 

görmür. İnsanların "sadəlövh" arzu və "xəyallarına" isə cid-

di  bir  şey  kimi  baxmır,  onlara  istehza  ilə  yanaşır.  "Səhv" 

yola  uyanları  "xilas  etmək"  istəyir,  onları  real,  "qüdrətli", 

qara  həqiqət  yoluna  dəvət  edir.  Lakin  hadisələrin  gedişi 

başqa  nəticələrə  gətirəndə,  pak  arzularla  yaşayan  adamlar 

naqis  həyata  qədəm  qoysa  da,  onun  yolu  ilə  getməyəndə, 

gedə  bilməyəndə  və  yeni  yollar  axtaranda,  silaha  qurşansa 

da,  son  nəticədə  onun  özünə  qarşı  çıxanda  artıq  İblisin 



 

 

78 



dünya  haqqındakı  əvvəlki  mütləq  təsəvvürləri  daha  özünü 

doğrultmur.  Əvvəl  insanlara  bələdçilik  edən,  dondan-dona 

girən, öz iç üzünü məharətlə gizlədən və həmişə istədiyinə 

çatan  İblis  indi  daha  hakimi-mütləq  deyil,  indi  onun  ən 

sadiq  qullarını  sıraya  düzüb  güllələyirlər,  indi  onu  hamı 

tanıyır və o, maskasını atmalı olur. 

...Və  belə  məqamda  İblis  özü  çılğınlıq  vəziyyətinə 

düşür. Təsadüfi deyil ki, son monoloqunu söyləyən İblisin 

halını  müəllif  "gah  istehzalı  və  məğrur,  gah  çılğın  və 

qorxunc qəhqəhələrlə", – deyə şərh edir. Məmnun qəhqəhə-

lərlə  səhnəyə  çıxan  İblis  istehzalı  və  məğrur  qəhqəhələrlə 

öz  "qüdrətini"  nümayiş  etdirir  və  nəhayət,  istədiyinə  nail 

ola bilməyəndə çılğın qəhqəhələrlə səhnəni tərk edir. 

İblisin son monoloqunda özünə verdiyi səciyyə onun 

ümumiləşmiş məzmununu bir daha təsdiq edir: 

İblis nədir? 

Cümlə xəyanətlərə bais 

Ya hər kəsə xain olan insan nədir? 

İblis! 

"Cümlə  xəyanətlərə"  ayrı-ayrı  adamlar  və  ya  yanlız 

adamlar bais ola bilməz. Belə bir "qüdrəti-külliyyə" yalnız 

bütövlükdə hakim ictimai mühit – İblis ola bilər. 

Bəs  "hər  kəsə  xain  olan  insanın"  "iblis" 

adlandırılması  necə izah  oluna  bilər?  Yaxud  bu  iki  "iblis" 

sözünün rəmzi mənası eynidirmi? 

-  Yox!  "İblis  nədir?"  sualı  faciədəki  İblis  obrazına 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə