Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə20/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 

 

79 



aiddir.  Burada  simvolun  əks  etdirdiyi  məzmun  konkretdir, 

ünvanı  məlumdur.  Müəyyən  qisim  insanlar  (məhz  İblisə 

uyanlar,  hakim  ictimai  mühitin  sadiq  nümayəndələri) 

"iblis"  addandırılarkən  isə  həmin  məfhumdan  yenə  də 

simvol kimi – ümumiyyətlə, şər daşıyıcısı mənasıda istifa-

də  edilmişdir.  Böyük  hərflə  "İblis"  (İblis  obrazı)  və  kiçik 

hərflə  "iblis"  (İblisin  "qulları")  anlayışlarını,  onların  ifadə 

etdikləri  real  qüvvələrin  qarşılıqlı  münasibət  və  nisbətini 

biz  yuxarıda  ümumi  planda  nəzərdən  keçirmişik.  Lakin 

əsərin finalında "iblis" simvolunun  hər iki  ümumilik dərə-



cəsinin bir daha xatırladılması faciədə bir yox, iki dramatik 

xətt  odduğunu,  başlıca  ideyanın  əslində  iki  nisbi  müstəqil 

yolla inkişaf etdirildiyini və mənzil başında – açılış məqa-

mında  birləşdiyini  göstərən  mühüm  nöqtədir.  Bu  iki  yol, 

bir tərəfdən, İnsan-İblis (mütərəqqi qüvvələr və mürtəce ic-

timai quruluş) konfliktinin, digər tərəfdən isə İnsan-İnsan



 

(Zəka - Nəfs) konfliktinin təkamülü ilə bağlıdır. 



Bir  qayda  olaraq,  ədəbi  tənqiddə  bu  iki  dramatik 

xətdən gah biri, gah da o birisi öz əksini tapır, bu xətlər ara-

sındakı  əlaqə  və  vəhdət  isə  göstərilmir.  Halbuki  müəllifin 

                                           



  Biz  İnsan-İnsan  dedikdə  heç  də  iki  müxtəlif  insan  arasındakı 



ziddiyyəti  nəzərdə  tutmuruq.  Əsərdəki  ideyalar  fərdi 

münasibətlər  səviyyəsindən  qat-qat  yüksəkdə  durur.  İnsan-İnsan 

dedikdə  eyni  bir  insanın,  daha  doğrusu,  ümumiyyətlə  İnsanın 

daxili, mənəvi ziddiyyətləri nəzərdə tutulur.  




 

 

80 



əsas  məqsədlərindən  biri  bu  iki  xəttin  eyniyyətini,  insanın 

daxili, mənəvi ziddiyyətlərinin onun ictimai həyatı ilə, xari-

ci ziddiyyətlərlə qırılmaz vəhdətini göstərməkdən ibarətdir. 

İnsanların  daxili  aləmini,  buradakı  ziddiyyətləri, 

əksliklərin  mübarizəsini  daha  əyani  təsvir  etmək  üçün 

müəllif  obrazları  şərti  olaraq  –  yalnız  bədii  təxəyyülün 

məhsulu ola biləcək bir yolla iki yerə bölür. İnsanın mənəvi 

aləmi  parçalanır  və  eybəcər  ictimai  mühitin  insanlarda 

formalaşdırmış olduğu mənfi cəhətlər ayrıca bir iştirakçıya 

-  məlum  əfsanələrə  görə  bu  cəhətlərin  rəmzi  olan  İblisə 

şamil edilir. Bununla müəllif dialektik təfəkkür üçün zəruri 

olan  "vahidin  ikiyə  bölünməsi  və  onun  bir-birinə  zidd 

hissələrinin dərk olunması" (Hegel) tələbinin ödənilməsinə 

özünəməxsus bədii ustalıqla nail olmuşdur. 

İblis  hadisələrin  müstəqil  bir  iştirakçısı  deyil,  naqis 

ictimai mühitin və bu mühitdə yaşayan müəyyən insanların 

özününküləşdirmiş  olduğu  ictimai  təbiətli  şər  qüvvələrin 

ifadəsidir.  Pislik,  şər  kənardan,  hansı  isə  mövhumi  qüvvə 

vasitəsilə  daxil  edilmir,  o,  ictimai  hadisələrin  öz  daxili 

məntiqindən, habelə bu hadisələrdə iştirak edən  adamların 

dünyagörüşündəki, 

mənəviyyatındakı 

natamamlıqdan, 

mövcud  ictimai  mühitdəki  qüsurların  insan  tərbiyəsinə 

mənfi təsirindən bir nəticə kimi hasil olur. 

İblis müxtəlif qiyafətlərdə müxtəlif adamlarla söhbət 

edir.  Lakin  İblislə  söhbət  insanların  ictimai  mühitlə 



 

 

81 



ünsiyyəti  olmaqdan  başqa,  həm  də  nəcib  hisslərin  qaba 

duyğularla  mübarizəsi, insanın  öz  ikinci, qüsurlu  Məni  ilə 

qarşılaşmasıdır.  Xalqın  qoruyub-yaşatdığı,  nəsildən  nəslə 

ötürdüyü  və  inkişaf  etdirdiyi  ali  mənəvi  keyfiyyətlərin 

ictimai  mühitdəki  nöqsanlarla,  onların  insan  daxili 

aləmindəki inikası ilə qarşılaşmasıdır. 

İblisin fövqəltəbii mahiyyətli ayrıca varlıq deyil, mü-

əyyən ictimai-iqtisadi şəraiti və belə şəraitdə insan mənəviy-

yatında təzahür edən mənfi keyfiyyətlərin təcəssümü olması 

və naqis mühit daxilində insanın daim İblislə qarşılaşmasının 

labüdlüyü əsərin özündə İblisin dili ilə belə söylənilir: 

Siz nə qədər məndən uzaqlaşsanız, 

Yer deyil əflakə uçub qaçsanız, 

Qarşılaşıb birləşəriz daima, 

Ayrı deyil, çünki  biriz  daima. 

Bu  birlik  həm  əksliklərin  vəhdətindən,  insana 

məxsus  mənəvi  keyfiyyətlərin  antinomik  təbiətindən,  həm 

də  insanın  mövcud  ictimai  mühitdən  ayrıla  bilmədikdə, 

onun  nöqsanlarını  da  labüd  surətdə  özündə  daşıması 

faktından irəli gəlir. 

"İblis"də cərəyan edən hadisələr elə bir tarixi dövrə, 

şəraitə təsadüf edir ki, bu zaman mövcud üsuli-idarənin, ic-

timai quruluşun digər naqislikləri ilə yanaşı uzun sürən mü-

haribə  insanların  əsəblərini  tarıma  çəkir,  qayda-qanun  nə-

zarəti daha da zəifləyir, adam öldürmək su içmək kimi bir 

şey olur, rəzil və xainlərin varlanması, kef çəkməsi, hakim 




 

 

82 



mövqe  əldə  etməsi  üçün  əlverişli  şərait  yaranır,  aclıq  və 

səfalətin yayılması altun hökmranlığını daha da gücləndirir. 

İblis  insan  mənəviyyatını  miskinləşdirmək,  onu 

mühitin  passiv  əlavəsinə  çevirmək  vasitələrinin;  altun  və 

qurşunun, maddi nəşə və zorakılığın timsalıdır. İnsanda öz 

gücünə,  həqiqətin,  xeyirin  gücünə  inamsızlıq  yaradan  və 

onu kənardan kömək axtarmağa vadar edən – onu qurşuna 

saran qüvvədir. 

İblisin  fərdi  və  ictimai  mahiyyəti  onun  son 

monoloqunda belə ifadə olunur: 



Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var: 

Qan püskürən, atəş sovuran kinli krallar, 

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər, 

Altun və qadın düşkunü divanə bəbəklər. 

Kralların,  şahların  "püskürdüyü"  müharibənin 

müdafiəçisi,  onların  miras  qoyduğu  ictimai  mühitin  ən 

bariz  və  miskin  nümayəndəsi  İbn  Yəmindir.  "Altun  və 

qadın düşkünü divanə bəbəklər" də ən çox ona məxsusdur. 

İblis  İbn  Yəminin  içindədir,  varlığındadır.  Lakin  İbn 

Yəminin  həyatı  da,  ölümü  də  adidən  adidir,  onda  heç  bir 

mənəvi  mübarizə,  heç  bir  dramatizm  yoxdur.  Dramatizm 

ona  görə  yoxdur  ki,  burada  təkhakimiyyətlilik  var:  İbn 

Yəminin daxili aləmində İblisə qarşı dura biləcək və İblisin 

mübarizə aparmalı olduğu ikinci qüvvə yoxdur. 

Mübarizə  müəyyən  mənada  hakim  ictimai  münasi-

bətlərin, mühitin fövqündə dayanmaq istəyən, namus və lə-



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə