Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə28/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 

 

112 



mürəkkəb  yolu  zamanca  sıxılır,  müxtəlif  dövrlərdəki 

konsepsiyalar  eyni  zaman  müstəvisinə  gətirilir  və  bütün 

daxili  ziddiyyətləri  ilə  birlikdə  mükəmməl  bir  bədii-nəzəri 

sistem yaranır. 

Bu baxımdan, «Od gəlini» Azərbaycanın fəlsəfi fikir 

ensiklopediyasının  bir  parçası  olmaqdan  daha  yüksək 

məqamda  qərar  tutur.  Burada  biz  müxtəlif  dövrlərdəki 

müxtəlif  fikir  qatlarının,  müxtəlif  həyat  və  düşüncə  tərz-

lərinin və hətta müxtəlif fəlsəfi təlimlərin sintezini görürük. 

Bizim  bugünkü  düşüncəmizin  genezisində  hansı  fərqli 

mövqelərin  dayandığını,  çağdaş  fikir  tərzimizin  nələrdən 

yoğrulub-yapıldığını, 

müasir 

azərbaycanlının 



daxili 

aləmində  keçmişdən  miras  qalmış  nə  kimi  ziddiyyətlər 

olduğunu «Od gəlini» gözəl təcəssüm etdirir. Əsər həm də 

inam  və şübhənin, hiss və idrakın milli nisbət əmsalını əks 

etdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. 

Lakin «Od gəlini» sosializm dövründə yazıldığından 

onun  ədəbi  tənqid  taleyi  məhdud  ideoloji  çərçivəyə 

salınmış, dinə qarşı mübarizə mütləqləşdirilmiş və əsərdəki 

bir  sıra  mühüm  ideyalar  işıqlandırıla  bilməmişdir.  Elxanın 

«din  adına  törədilən  qırğınlara»  qarşı  çıxışları  dinə  qarşı 

çıxış  kimi  təqdim  olunmuşdur.  Digər  tərəfdən,  əsərdəki 

hürufilik  notları  diqqətdən  kənarda  qalmış,  hürufilik 

ideyaları  da  ateizm  kimi  qiymətləndirilmişdir.  Halbuki, 

Elxan  bəzi  çıxışlarında  Nəsimidən  fərqlənmir:  «Məndən 




 

 

113 



başqa mənim xaricimdə özgə bir Allah yoxdur. Mənəm Yer 

üzündəki  həyat  və  səadətin  yaradıcısı.  Mənəm  göylərin 

mənəvi varlığındakı qüvvət və iqtidarın məna və mahiyyəti. 

Mənəm Allah, Allah mənim özümdədir.» 

Elxanın  mübarizəsi  islam  dininin  özünə  qarşı  deyil, 

dinlə pərdələnmiş gücə, zorakılığa qarşıdır. Diqqətlə yana-

şıldıqda Aqşin Elxanı yox, Elxan Aqşini əsl dinə, ədalətə, 

düzlüyə, həqiqətə dəvət edir. Elxana görə din əsl missiyası-

nı  əzənlərin  yox,  əzilənlərin  tərəfində  olarsa  yerinə  yetirə 

bilər. Aqşin aldanmışdır. Elxan isə dini ehkamlardan sui-is-

tifadə edən, dini ideallarla manipulyasiya edən və öz qəsb-

karlıq  niyyətlərini  dinlə  ört-basdır  etməyə  çalışan  qüvvə-

lərin iç üzünü Aqşindən daha yaxşı görür: «Mən üzümə bir 

din  qalxanı  çəkib  cahangirlərin  cəlladlığını  qəbul  edə  bil-

mərəm». 

Solmaz  obrazının  daşıdığı  ideya  yükü  də  kifayət 

qədər işıqlandırılmamışdır. Lakin müəllif Solmazı başqa bir 

ölçüdə,  başqa  coğrafi  və  dini  məkanda  da  yenə  sevgi 

prizmasından  təqdim  edir. «Söylə,  müqəddəs  odlar  gəlini! 

Ulu Hürmüzdün paklıq və məsumluğunu təmsil edən gözəl 

Solmaz!».  Bu  baxış  Solmazı  məhz  müqəddəs  görmək 

istəyindən və Solmaza olan sevginin müqəddəslik duyğusu 

ilə,  ülvi  hisslərlə  birləşdirilməsindən  doğur!  Sevginin  ali 

mərtəbəsi  –  vəhdəti-vücud  məqamı!  Cismani  ehtivadan 

daha  yüksək  mənəvi  ehtiva!  Məcnun  məhəbbəti,  platonik 



 

 

114 



məhəbbət,  bütün  maddi  yüklərdən  və  duyğulardan  azad 

olmuş,  çəkisizlik  şəraitində  uçaraq  ən  yüksək  məqamda 

ülviyyətə qovuşan pak bir ruh! Ruhani məhəbbət! 

Və  burada  Cabbarlı  zərdüştilikdən,  atəşpərəstlikdən 

ötərək,  bir  az  əvvəl  vəsf  etdiyi  xürrəmiliyin  tam  əks 

qütbünə  keçir  və  Elxanın  dili  ilə  qətiyyətlə  rədd  etdiyi 

islamın  yüksək  fəlsəfi  təzahürlərindən  biri  olan  sufiliyi 

təlqin  edir:  «...Bütün  alçaq  cismani  duyğuları  atıb,  ruhani 

bir yüksəkliyə vardığını, Ulu Hürmüzdün ülviyyətinə doğru 

yüksəlib onunla mənəvi bir vahid olaraq  uyunduğunu hiss 

edirsənmi?».  Allaha  qovuşmaq,  onunla  vəhdətdə  olmaq 

sufiliyin,  vəhdəti-vücud  ideyasının  məğzidir.  Lakin 

Cabbarlıda  bu  ideya  Hürmüzdün  adı  ilə  birləşdirilir  və 

atəşgahda  baş  verən  bir  hadisə  islamın  ali  məramı 

kontekstinə  salınır.  Əsər  boyu  bir-birinə  qarşı  dayanan 

atəşpərəstlik  və  islam  notları  zildə  bir-birini  tamamlayır, 

eyni bir mahiyyətin müxtəlif təzahürləri kimi üzə çıxır. 

Təbii ki,  belə yüksək fəlsəfi məqama yüksəlmiş bir 

şəxs  üçün  aşağı  pilləyə,  cismani  həyat  səviyyəsinə  enərək 

mərasimləşmiş,  hadisələşmiş,  mövhumatlaşmış  din  – daha 

artıq  din  deyil.  Cabbarlının  nə  kimi  bir  dinin  əleyhinə 

olduğu  da  bu  məqamda  aydınlaşır.  Cabbarlı  hadisələr 

səviyyəsinə  enmiş,  siyasiləşmiş,  sosiallaşmış,  mərasimləş-

miş  və  əslində  müqəddəsliyini,  ülviyyətini  itirmiş  bütün 

«din»lərin  əleyhinədir.  Atəşgaha  da  «qarnı  başından  ağıllı 



 

 

115 



çıxan»  adamlar  qulluq  edir,  uca  mətləblərin  sonu  toyuq-

cücəyə  gəlib  çıxır.  İslamda  da  dinin  ali  ülvi  məqsədi 

kölgədə  qalır  və  onu  əlində  bayraq  edənlər  son  nəticədə 

rəyasət,  var-dövlət,  eyş-işrət  səviyyəsinə  enirlər.  Din 

adından çıxış edənlər bilərəkdən və ya özləri də anlamadan 

onu  yerə  endirir,  ideal  olanı  maddi  güclə  qəbul  etdirməyə 

çalışırlar. «İnsan naminə» insanlara əl qaldırılır. 

Xürrəmilik  ideyaları  heç  olmazsa  yalandan  xilas 

olmağa,  dünyanı  maddi,  lakin  real  istəklər  əsasında 

qurmağa  çağırır.  Lakin  bu  real istəklər  üzərində  qurulmuş 

xoşbəxtlər  ölkəsi  də  «fikri  geniş  fəzalarda  uçan»  Elxanın 

müqəddəs azadlıq idealına uyğun gəlmir və ən yaxşı halda 

onun  bayağı  bir  kölgəsidir.  İnsanlara  hər  cür  sərbəstlik  və 

istəklərə azadlıq  verilmiş  Xürrəmdə  hamı  eyni  mərtəbədə, 

şəraitdə  olduğu  halda  Elxan  yenə  də  qəmgindir.  Cabbarlı 

Xürrəmə  nəinki  bir  ideal  kimi  baxmır,  əksinə,  hər  cür  ali 

hisslərdən,  idealdan  məhrum  edilmiş,  yenə  də  hadisələr 

girdabına  düşmüş,  maddi  başlanğıca  tabe  etdirilmiş  bir 

həyat  kimi  baxır.  Belə  nasiranə  həyat  Elxan  üçün  deyil, 

böyük  ideallar  axtarışında  olan  Elxan  belə  ibtidai  azadlıq 

şəraitində  xoşbəxt  ola  bilməz.  Müəllifin  «xoşbəxtlər 

diyarına»  həqiqi  münasibətini  bilmək  üçün  sadəcə  bir  az 

diqqətli  olmaq  lazımdır:  «Hamı  qatışıq  çalıb-oynayır. 

Bütün  səhnə  başdolandırıcı  bir  hərəkət  halqası  içində 

qaynayır.  Yalnız  Elxan  dərin  və  məsum  baxışlarla 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə