Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə31/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 

 

124 



görməyə çalışan oxucu sonluqda Balaşın da başqalaşmasını 

və  bəlkə  də  «get,  daha  sən  o  Sevil  deyilsən»  deməsini 

gözləyir.  Lakin  təəssüf  ki,  Balaş  hadisə  müstəvisində 

dəyişərək  indi  daha  Edilyanı  deyil,  Sevili  seçsə  də, 

mahiyyət müstəvisində yenə dəyişməz qalır. 

Hadisələrin  yox,  ideyaların  inkişaf  yolunu  izləyən 

oxucu  qadınların  taleyindəki  bu  inqilab  (məhz  inqilab!) 

fonunda  kişilərin  və  kişiliyin  taleyi  barədə  cavabsız 

suallarla birgə qalır. 

Bizcə,  əsərin  ən  böyük  məziyyəti  də  ön  plandakı 

cavablarla yanaşı, arxa plandakı suallar da üzə çıxır. 

* * * 


Bütün bunlar bu gün necə də tanış gəlir?! 

Elə  bil  bütün  dünyalar  nə  vaxtsa  açılıb,  təzədən 

bağlanıb, kələfin ucu nə vaxtsa tapılıb, təzədən itib. Dövrün 

üvertürası  çoxdan  çalındığı  kimi,  dövrün  faciəsi  də, 

dramatizmi də, hətta təntənəli marşı da nə vaxtsa irəlicədən 

yazılıb.  Onları  öz  mədəni-mənəvi  sərvətlərimizdə  və  milli-

genetik kodumuzda axtarmalıyıq! 

Dahilər  zaman  tanımır,  –  deyirlər.  Sadəcə  zamanı 

tariximizin 

mənəvi 

yüksəliş 

məqamlarına 

doğru 

sürüşdürmək,  sonra  yenidən  çağdaş  zamana  qayıtmaq 

lazımdır  –  dahilərlə  birlikdə!  Onların  dahiliyi  gələcək 

nəsillərin yoluna çıraq tutmağındadır! 

 


 

 

125 



 

 

 

 

 

Cavid və Cabbarlı  

dil, din, mənəviyyat

, azadliq haqqinda 

 

Bütün  bu  deyilənlərə  əlavə  olaraq  XX  əsrin  bu  iki 

böyük  şəxsiyyəti  arasında  daha  bir  ümumi  cəhəti  qeyd 

etmək  istərdik.  Bu  –  dil  məsələsidir.  Müasir  Azərbaycan 

dilinin formalaşmasında onların rolu məsələsidir.  

Hamı tərəfindən qəbul olunmuş, lakin yenə də layiq 

olduğu  dərəcədə  vurğulanmayan  həqiqətlərdən  biri  budur 

ki,  müasir  Azərbaycan  dilinin  formalaşmasında  heç  kim 

Cəfər  Cabbarlı  qədər  böyük  rol  oynamamışdır.  Cabbarlı 

türk dilini gözəl bilməklə yanaşı, məhz yerli türk ləhcəsinin 

müstəqil ədəbi-bədii dil səviyyəsinə çatdırılması sahəsində 

əvəzsiz xidmət göstərmişdir. Lakin Cavidin dilimizin inki-

şafında  rolu  barədə  fikirlər  müxtəlifdir.  Çoxları  hətta  onu  

yabançı üslubda yazmaqda təqsirləndirir, müasir dilimizdə 

fərqli ünsürlərə Osmanlı şivəsinin təsiri kimi qiymət verir-

lər.  Lakin  məhz  Cavidin  dilimizi  zənginləşdirmək,  böyük 

türk dilinin potensial imkanlarının müasir Azərbaycan dili-



 

 

126 



ni inkişaf etdirmək sarıdan xidməti ədalətsizcəsinə heçə en-

dirilir və ya ən yaxşı halda çox sönük şəkildə qeyd olunur. 

Bax, bu sahədəki həqiqətə işıq salmaq üçün o dövrün 

gerçəkliyindən verilən qiyməti yada salmaq yerinə düşərdi. 

Həm  də  ona  görə  ki,  bu  böyük  həqiqi  qiyməti  kim  isə 

başqası  deyil,  məhz  C.Cabbarlı  verir:  “Caviddə  su  kimi 

duru,  almaz  kimi  saf,  parlaq  və  oynaq  bir  lisan  vardır  ki, 

bu,  islahına  çalışan  lisanımızın  təkamül  özülü  ola  biləcək-

dir, zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, 

ədibləri  yaradırlar  ki,  Cavid  də  bu  cəhətdən  qiymətlidir. 

Bizcə,  Cavidin  orta  bir  yol  götürmüş  lisanı  Azərbaycanda 

tətbiq  ediləcəyi  kimi,  ərəbləşmiş  Fikrət  və  Hamid  lisanla-

rını da meydandan sıxıb-çıxaracaqdır” (C.Cabbarlı. “Ədəbi 

mübahisələr”). 

Müasir  dövrdə,  məhz  Cavidlərin,  Cabbarlıların 

böyük  səyləri  nəticəsində  formalaşmış  Azərbaycan  ədəbi 

dili  ilə  müqayisədə  bizə  bəlkə  də  çətin  görünən  Cavid 

lisanının o dövr üçün həqiqətən böyük bir tərəqqi olduğunu 

ancaq onun müasirləri düzgün qiymətləndirə bilərdi. 

* * * 


Cavid  milli  və  dini  dəyərlərlə  müqayisədə, 

ümumbəşəri  dəyərlərə  daha  böyük  önəm  verir.  Onun 

maarifçiliyi də, dünyəvi məktəblər uğrunda mübarizəsi də, 

bizcə, hər hansı bir millətə və dinə mənsub olmaqdan öncə, 

bir  bəşər  övlədı  olaraq  özünü  dərk  etməyi  ön  plana 



 

 

127 



çəkməsindən irəli gəlir. Maraqlıdır ki, gəncliyində daha çox 

millətçi  olan  Cabbarlı  da  tədricən  ümumbəşəri  ideyalara 

doğru  təkamül  yolu  geçir.  «Od  gəlini»ndə  oxuyuruq: 

«Bizim  üçün  ərəb,  fars,  rum,  yəhudi  olsun  –  heç  bir  fərqi 

yoxdur.  Bax,  bu  ərəbdir.  Bizə  azad  əmək  əli  uzadır.  O, 

bizim  qardaşımızdır,  Biz  ərəb  mö'təsəmlərinə,  Bağdad 

xilafətinə  qarşı  vuruşuruq.  İki  addımlığımızda  Şirvan 

şəhriyarlığı  da  ona  qarşı  çarpışır.  Lakin  biz  onunla 

birləşmirik. Çünki bizim üçün Şirvan şəhriyarilə Bağdadın 

mötəsəmləri,  Bizansın  imperatorları,  Makedoniyanın 

iskəndərləri, Romanın qeysərləri, neronları arasında heç bir 

fərq  yoxdur.  Biz  insan  dostunun  dostu,  insan  düşməninin 

düşməniyik». (səh.63)   

Cavid  məkan  və  zaman  müəyyənliyindən,  etnik  və 

dini  mənsubiyyətindən,  mənəvi-əxlaqi  məxsusiyyətindən 

asılı  olmadan  bütün  insanların  eyni  bir  mahiyyətə 

yüksəlmək  şansını  qəbul  edir.  Məhz  mahiyyətə  varanda, 

insani,  ümumbəşəri  keyfiyyətlər  önə  çıxanda  üfüqi 

müstəvidəki  fərqlər  itir  və  insanlar  ancaq  vertikal 

müstəvidə,  haqqa,  həqiqətə  yaxınlıq  dərəcəsinə  görə 

fərqlənirlər.  Burada  «məni  hər  kim  sevirsə,  yüksəlsin» 

(«Şeyx Sənan») fəlsəfəsi rəhbər tutulur. Yaxud Cabbarlıda 

«alçaq  cismani  duyğuları  atıb,  ruhani  bir  yüksəkliyə 

varmaqdan» («Od gəlini») söhbət açılır. 

Həm də bu yüksəliş intellektual müstəvidən daha çox 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə