Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə29/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 

 

116 



qaynaqlaşmaqda  olan  bu  insan  axınına  baxıb  uzaq-uzaq 

yerləri  düşünürmüş  kimi  dalğın  oturur».  Xürrəm  diyarı 

xeyli dərəcədə Nizaminin «xoşbəxtlər ölkəsinin» xatırlatsa 

da ondan ciddi surətdə fərqlənir. Belə ki, bu «xoşbəxtliyin» 

öz  içərisində  ona  qarşı  bir  üsyan  var.  Elxan  öz  yaratdığı 

dünyanın naqisliyini duyur, bu mühit onu darıxdırır və yeni 

axtarışlara sövq edir. 

* * * 


Əsrlər  boyu  fəlsəfinin  ən  önəmli  problemləri 

sırasında duran pul və mənəviyyatın, ağıl və hissin, güc və 

tədbirin, riya və həqiqətin inam və şübhənin mübarizəsi və 

s. bu kimi problemlər yeri gəldikcə məhz fəlsəfi müstəvidə 

işıqlandırılır və müəllifin bu məsələlərə olduqca orijinal və 

yaradıcı  münasibəti  üzə  çıxır.  Gənc  Cabbarlıda  «azad 

sevgi»,  «hissiyyat  azadlığı»  ideyaları,  səadət  yolu 

qarşısında  ucaldılmış  sosial  və  iqtisadi  çəpərlərə,  vaxtı 

keçmiş,  daşlaşmış,  qartlaşmış  adət-ənənələrə  qarşı  üsyan 

mövqeyi  spesifik  bir  xətt  kimi  keçir  və  müəllif  bu 

məsələləri  ön  plana  çəkmək  üçün  heç  vaxt  fürsəti  əldən 

vermir.  «Solğun  çiçəklər»də  də,  «Nəsrəddin  şah»da  da, 

«Aydın»da  da  kobud  güc  (fizikimi  güc,  pulunmu  gücü, 

ictimai  mövqedən,  yaxud  valideynlik  hüququndan  sui-

istifadəmi  –  fərqi  yoxdur)  saf  məhəbbətə  qarşı  çıxır  və 

gənclərisəadətdən məhrum edir. Lakin «Solğun çiçəklər»də 

ailə  miqyasında  üzə  çıxan  kobud  güc  «Nəsrəddin  şah»da 



 

 

117 



bir  ölkənin  başçısının  xarakteri  və  bu  ölkədəki  siyasi 

recimlə, «Aydın»da, «Oqtay Eloğlu»da və «Od gəlini»ndə 

isə  ictimai  quruluşun  mahiyyəti  ilə  bağlanır.  «Od 

gəlini»ndə  sosial  ədalətsizliyə  işğal  və  əsarət  ideyası  da 

əlavə olunur və burada həm də əsl dinə və dindən ictimai 

güc  vasitəsi  kimi  istifadə  edilməsinə  münasibət  ifadə 

olunur. 

«Nəsrəddin  şah»da  zülmün,  rəzalətin  mövcud  siyasi 

recimin hadisələrlə zəngin bədii obrazı yaradılır. Neçə-neçə 

qətllər, neçə-neçə iradələrin zorlanması, neçə yurd-yuvanın 

yerlə  yeksan  edilməsi...  Pyesdə  mövcud  sosial  gerçəklik, 

zülm,  sosial  ədalətsizlik  hadisələr  səviyyəsində  təsvir 

olunur.  Burada  hələ  «Bəxtsiz  cavan»,  «Müsibəti-

Fəxrəddin», «Laçın yuvası» və s. bu qəbildən olan əsərlərlə 

ideya və üslub yaxınlığı vardır. 

Belə  əsərlərdə  şəxsi  qəddarlıq  kimi  də  anlaşıla 

biləcək  hadisələr,  insanların  öldürülməsi,  qızların  zorla 

aparılması,  kobud  fiziki  gücün  konkret  təzahürləri  təsvir 

olunur.  Burada  ideyanın,  mövqeyin,  iradənin  yox,  ancaq 

kobud  gücün  təcavüzündən  söhbət  gedir.  Burada hətta  şah 

da  bir  dövlət  başçısı  olmaqdan  daha  çox  bir  fiziki  şəxs 

kimi, öz fərdi istəkləri ilə hadisələrə qatılır. Burada intiqam 

da  son  həddə  məhz  şəxsdən  intiqam  alınması  ilə,  fiziki 

güclə,  hadisə  ilə  həyata  keçirilir.  Burada  hələ  pis  insanlar 

və  yaxşı  insanlar  bölgüsü  vardır.  Hadisələr  insanın 



 

 

118 



daxilində deyil, insanlar arasında baş verir. «Aydın»da isə 

proseslər  daha  çox  dərəcədə  insanların  qəlbində  və 

düşüncələrində  baş  verir.  Və  bu  ideyalar  sosial  həyatın 

ziddiyyətləri  ilə  bilavasitə  bağlıdır.  Burada  ölüm  də  qətl 

yox,  intihar  yolu  ilə  həyata  keçir.  İnsanlar  bilavasitə  fiziki 

təcavüz  nəticəsində,  zalımların  xəncərindən  və  ya 

gülləsindən deyil, mənəvi aləmə ğəcavüzün nəticəsi olaraq 

həlak olurlar. Azadlıq idealı da təkcə öz evi, öz mülkü, öz 

kəndi miqyasında, daha çox maddi-sosial müstəvidə deyil, 

öz  istəkləri,  öz  arzuları,  öz  düşüncələri  miqyasında,  daha 

çox mənəvi-sosial müstəvidə təqdim olunur. 

«Din  və  azadlıq»,  «adət-ənənə  və  azadlıq»,  «ictimai 

mühit  və  azadlıq»  problemləri  Cabbarlının  müxtəlif 

əsərlərində  müxtəlif  kontekstlərdə  üzə  çıxır.  «Aydın»da 

oxuyuruq:  «Dühalar  düşməni,  zəkalar,  iradələr  qatili 

adət!»;  «Öz  varlığını  göstərmək  istəyənlər  heç  bir  adətə, 

qanuna  boyun  əyməməlidirlər».  «Məni  ancaq  arzularım 

idarə  edir...»  «İnsan  arzu  uğrunda  heç  bir  şey  qarşısında 

durmamalıdır. Budur mənim prinsipim»... 

F.Nitsşenin  öz  şah  əsərini  nəyə  görə  Zərdüştün  adı 

ilə  bağladığını  anlamaq  üçün  çox  uzağa  getməyə  ehtiyac 

yoxdur. Bu əlaqənin kökləri «Aydın»da və «Od gəlini»ndə 

çox  gözəl  açılır.  Mütləq  azadlığa  can  atan  insan  bütün 

buxovları  qırmaq,  bütün  qadağaları  ləğv  etmək,  öz 

əməllərini  ancaq  gəndi  istəklərinə  uyğun  qurmaq  əzmi 



 

 

119 



göstərir.  Lakin,  əlbəttə,  bu  mümkün  deyil.  Bu,  vəhşi 

azadlıqdır.  Müasir  insan  isə  vəhşilərdən  məhz  öz  istəyini, 

instinktlərini,  nəfsini  buxovlamaq,  dinin,  əxlaqın,  adət-

ənənənin  və  nəhayət,  intellektin  və  hüququn  tələblərinə 

uyğunlaşdırmaqla  fərqlənir.  İnsan  buna  məcburmu  olur? 

Yoxsa insan öz xoşu iləmi öz qarşısında çəpərlər çəkir? 

Əlbəttə,  mütləq  azadlığın  mümkün  olmadığını, 

həyatı  nəfsə  tabe  etdirməyin  yüksəklik  əlaməti  olmadığını 

Cabbarlı  çox  gözəl  bilirdi.  Bəs  bu  paradoks  necə  izah 

olunmalıdır?  Necə  ola  bilərdi  ki,  bütün  əsərlərində  var-

dövlət  hərisliyinə,  cismani  hissiyyata,  meşşanlığa,  şəhvətə 

qarşı  kəskin  mövqe  tutan,  insanlığın  ali  mənasını,  ali 

hissləri... tərənnüm edən Cabbarlı adət-ənənəyə, dinə qarşı 

meydan oxusun?! 

Baş  qəhrəmanı  «İnsan  arzusu  uğrunda  heç  bir  şey 

qarşısında  durmamalıdır»,  –  deyən  yazıçı  arzunu  ancaq 

sadəcə istək, nəfs mənasındamı başa düşürdü? 

Burada 


Cabbarlı 

ənənəvi 


Şərq 

fəlsəfəsinin 

hüdudlarından  kənara  çıxır.  İstər-istəməz  belə  bir  sual 

yaranır. 

Arzuların 

buxovlanmasına, 

boğulmasına 

yönəldilmiş  Şərq  tərbiyəsinə  qarşı  üsyan  edərkən  Cəfər 

Cabbarlı  ifrat  Qərb  təlimi  olan  freydizmin  təsiri  altına 

düşmürmü?    Lakin  maraqlı  da  burasıdır  ki,  Cabbarlının 

müasiri  olan  Z.Freydin  və  onun  təliminin  o  vaxt 

Azərbaycanda məlum olması ehtimalı çox azdır. Real olanı 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə