Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə30/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 

 

120 



budur ki, Cabbarlı bu ideyaları Freyddən asılı olmadan irəli 

sürür.  Və  sadəcə  problemi  qoymaqla  kifayətlənməyib,  bir 

addım da irəli gedir. Burada söhbət arzunun özünün hansı 

səviyyədə  olmasından,  ictimai  rəyin,  əxlaqın,  adətin 

xeyrinə  nəfsin  boğulmasından  yox,  nəfslə  sağlam  fikir 

arasındakı,  nəfslə  ictimai  şüur  arasındakı  ziddiyyətin 

aradan  götürülməsindən  gedir.  Bir  tərəfdən  nəfs  özü  də 

tərbiyə oluna bilər. Və yüksək insanın nəfsi, istəyi, arzusu 

da  yüksək  ola  bilər.  Digər  tərəfdən  də  insan  artıq  bu  cür 

formalaşıbsa  və  onun  istəkləri  artıq  müəyyənləşibsə  təkcə 

bu  istəklərin  məhdudlaşdırılması  deyil,  qarşı  tərəfin  də 

(adət,  əxlaq  və  s.)  müəyyən  güzəştlərə  getməsi  müzakirə 

obyektinə çevrilə bilər. 

Cəmiyyət insanı düzgün tərbiyə etməlidir. Onun his-

sləri  də,  nəfsi  də,  arzusu  da  hələ  lap  uşaqlıqdan, ilkin  yet-

kinlik dövründən hansısa ictimai ideala adekvat surətdə for-

malaşır. Lakin istəklə ictimai tələb arasında fərq varsa nəyə 

görə gərək ancaq birinci ikinciyə güzəştə getsin? Məgər ən 

ali  məqsəd  insanın  xoşbəxtliyi  deyilmi?  Və  xoşbəxtlik  is-

təklərin reallaşmasından başqa özgə necə başa düşülə bilər? 

Məhz  problemin  dərinliyinə  getməsindəndir  ki, 

Cabbarlı  ancaq  sosial  normaları,  artıq  qərarlaşmış  ictimai 

mühiti  və  onun  mənəvi  prinsiplərini  müdafiə  etmək 

mövqeyində  dayanıb  qalmır,  insanın  aliliyi,  məhz  insanın 

son  məqsəd  olması  mövqeyindən  çıxış  edərək  cəmiyyətin 



 

 

121 



insan qarşısında qoyduğu bütün buxovları təftiş edir, onlara 

yenidən, yeni dövrün səviyyəsindən baxır. 

Çox vaxt yazıçı müəyyən obrazların dili ilə öz şəxsi 

mövqeyini,  hadisələrə  simpatiyasını  biruzə  verir.  Başqa 

obrazlarda isə onun antipatiyası, qəbul etmədiyi və tənqidi 

münasibət bəslədiyi cəhətlər əks etdirilir. Dünya yaxşıların 

və  pislərin  dünyasına  bölünür.  Və  oxucu  müəllifin  şəxsi 

mövqeyini,  yazıçı  şəxsiyyətini,  təbii  ki,  yaxşıların 

dünyasında axtarır. Böyük sənətkarlarda isə  obrazlar bütün 

daxili rəngarəngliyi və təbəddülatları ilə, yaxşı və pis, üstün 

və naqis cəhətləri ilə birlikdə təqdim olunur. İdeal müsbət 

və mütləq mənfi insanlar gerçəklikdə rast gəlmədiyindən və 

real  insanlar  çox  vaxt  sinkretik  səciyyə  daşıdığından  real 

həyat  mənzərələri  və  canlı  obrazlar  yaradan  realistik 

ədəbiyyat  həmişə  idealizasiyadan  qaçmağa  çalışır. 

Cabbarlının əsərləri də son dərəcə həyati və realdır. Lakin 

burada  məhz  Cabbarlı  üçün  spesifik  olan  və  dünya 

ədəbiyyatında  çox  nadir  hallarda  rast  gəlinən  bir  metod 

diqqəti  cəlb  edir.  Müsbət  bir  cəhətin  idealizasiyası, 

mütləqləşdirilməsi  və  bəzən  ifrata  çatdırılması  ilk 

yaxınlaşmada  məhz  müsbət  kimi  görünən  bir  hadisənin 

çatışmayan,  naqis  cəhətlərinin  üzə  çıxmasına  səbəb  olur. 

Burada  söhbət  hər-hansı  bir  hadisədə,  obrazda  müsbət 

cəhətlə  yanaşı  mənfi  cəhətin  də  qələmə  alınmasından,  üzə 

çıxarılmasından  deyil,  məhz  müsbət  cəhətin  özünün 



 

 

122 



mənfiliklərindən gedir. Müsbət və mənfinin, yaxşı və pisin 

eyni  bir  sistemin,  toplumun  müxtəlif  tərkib  hissələri, 

elementləri    kimi  yanaşı  mövcudluğunda  qeyri-adi  heç  nə 

yoxdur.  Bu,  həyatın  öz  dialektikasıdır.  Bu,  hər  bir  tamın 

əslində  mürəkkəb  daxili  quruluşa  malik  olmasından  irəli 

gəlir.  Əsl  sənət  də,  əsl  ədəbiyyat  da,  təbii  ki,  həyatın 

dialektikasını ehtiva etməlidir. Cabbarlı sənəti üçün bu adi 

bir haldır. Lakin bizim vurğuladığımız cəhət, Cabbarlını bir 

sənətkar  kimi  fərqləndirən və  yüksəkliklərə qaldıran cəhət 

dialektikanın  da  ən  ali  bədii  təcəssümüdür.  Çünki  burada 

tamın  tərkibcə  və  keyfiyyətcə  ikiləşməsindən  deyil,  eyni 

keyfiyyətin  ölçü  müstəvisində  (daha  doğrusu,  bu  müstə-

vidən,  ölçü  hüdudundan  kənara  çıxdıqda)  ikiləşməsindən 

və hətta öz əksliyinə çevrilməsindən söhbət gedir. 

«Od  gəlini»ndə  Elxan  din  əleyhinə,  adət-ənənə 

əleyhinə o dərəcədə məntiqli, o dərəcədə kəskin və pafoslu 

danışır  ki,  oxucu  az  qala  onun  tərəfinə  keçir  və  onun 

simasında az qala müəllifin özünün dayandığını zənn edir. 

Lakin  liqqətdlə  yanaşıldıqda  dinsizlik,  ənənəsizlik  və  ifrat 

azadlığın  da  iç  üzü  görünmüş  olur.  Kapital  dünyasına 

meydan  oxuyan  Aydın  da,  səhnə  dekorasiyası  arxasında 

həyat  həqiqətləri  arayan  Oqtay  Eloğlu  da,  geriliyin, 

cəhalətin səbəbini çadrada axtaran Gülüş və Sevil də, marş 

sədaları altında köhnə dünyaya qarşı yürüş edən Almaz da 

ifrata  varanda  öz  əksliyinə  çevrilir  və  diqqətli  oxucu 



 

 

123 



həyatın  naqisliklərini  təkcə  qarşı  tərəfdə  deyil,  həm  də 

üsyançı tərəfin özündə görə bilir. 

«Sevil»  Cabbarlının  ədəbi  tənqiddə  mübahisə 

doğurmayan  və  birmənalı  izahı  olan  əsərlərindən  sayılır. 

Qadın azadlığı ideyası həmişə mütərəqqi ideya olub və bu 

gün  də  belədir.  Lakin  Cabbarlının  nə  üçünsə  kölgədə 

qalmış kiçicik bir əsərini  – «Hürriyyəti-nisvan» şerini oxu-

yarkən hətta «Sevil»ə də yenidən, daxili dialektik incəliklər 

prizmasından baxmaq zərurəti ortaya çıxır. Bununla biz heç 

də  Cabbarlının  haradasa  arxa  planda  çadra  nostalcisində 

olduğunu demək istəmirik. Lakin bir şey aydındır; tərəqqi-

yə mane olan heç də çadra deyilmiş, onun köklərinin daha 

dərində axtarılmalı olduğunu Cabbarlı artıq dərk etmişdi. 

Hətta  «Sevil»in  özündə  axırıncı  səhnədə  «Tumanım 

qısa,  dabanım  dikdir»  deyən  Sevilin  simasında  tərəqqini 

çadranın atılması ilə bağlayanların peşmançılığını görürük. 

Sevil qalib nəzərlərlə Edilyadan da o tərəfə getmək iqtida-

rında olduğuna işarə edərkən Cabbarlı əyri (çevrəvi) yolun 

yenidən  başlanğıca  gətirə  biləcəyini  yada  salır.  Zavallı 

Balaş indi Sevilin ayaqları altına düşür. Lakin öz səhvlərini 

anlayıb əvvəlki təmiz, saf, səmimi Sevilə qayıtmaq həsrəti 

iləmi, yoxsa Moskvada kurs keçənin Fransada kurs keçənə 

nisbətən «üstünlüyünü» anladığı üçünmü? 

Təəssüf ki, Sevil dəyişir, lakin Balaş dəyişmir, yenə 

də  zavallı  olaraq  qalır.  Əsərdə  arxa  planı  görən  və  ya 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə