Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə33/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   29   30   31   32   33   34   35   36   37

 

 

132 



tədqiqinə  ancaq  əsrin  sonunda  başlanmışdır.  Cavidin 

sənətkar olmaqdan öncə bir filosof olduğunu biz də qəbul 

edirik.  Lakin  Cavid  yaradıcılığını,  onun  həyat  və 

fəaliyyətini  daha  ətraflı  öyrəndikdə  gözlərimiz  önündə 

poeziyadan  da,  teatrdan  da,  fəlsəfədən  də,  publisistikadan 

da  və  bütün  digər  vasitələrdən  də  məhz  öz  xalqının, 

millətinin  tərəqqisi  naminə  bir  vasitə  kimi  istifadə  edən 

böyük ziyalı, əsl vətənpərvər insan canlanır.  

Bu  qənaət  daha  aydın  şəkildə  onun  publisistikasın-

dan hasil olur. Çünki burada fikir, amal, əqidə nə bədii ob-

razlarla,  nə  də  mücərrəd  təfəkkürlə  vasitələnir.  Burada  əsl 

məqsəd, əsl niyyət adi danışıq dilində, adi şüur səviyyəsin-

də  açıqlanır.  Və  yeni  əsrin  zirvəsindən  baxdıqda  bu  «adi 

şüur»un arxasında böyük bir zəka sahibinin, milli-sosial tə-

fəkkürün  dayandığı  aşkar  olur,  əsl  ziyalı  qəlbinin  çır-

pıntıları, millətin taleyi ilə bağlı hiss-həyəcanları duyulur.  

Ziyalılıq  nədir  və  yeni  əsrin,  yeni  minilliyin 

başlanğıcında  Azərbaycan  ziyalısının  ən  böyük  qayəsi 

nədən ibarətdir? Bu barədə müxtəlif fikirlər olsa da, bütün 

tədqiqatçılar,  demək  olar  ki,  bir  mövqedə  yekdildirlər: 

ziyalı ilk növbədə milli tərəqqi yolunu işıqlandıran, xalqın 

maariflənməsinə  xidmət  edən  insandır.  Lakin,  təbii  ki, 

ziyalı  özü  elə  bir  mərtəbəyə  qalxmalıdır  ki,  buradan 

millətin  nicat  yolu  görünmüş  olsun.  Xalqa  xidmət  etmək 

istəyi hələ azdır. Bu istək ancaq yüksək təfəkkür səviyyəsi 



 

 

133 



ilə  birləşdikdə  ziyalılıq  yaranır.  Əvvəlcə  millətin  tərəqqi 

yolunu,  nicat  yolunu  özü  üçün  aydınlaşdırmaq,  tədqiq 

etmək, dərk etmək tələb olunur. Cavid öz fəlsəfi biliyi ilə, 

öz  sənəti  ilə  məhz  belə  bir  zirvədə  dayanırdı.  Onun  əsl 

məramı  bədii  əsərlərindən  də  hasil  olur.  Lakin  müəllim 

Cavidin  tövsiyələrini  başa  düşmək  daha  asandır.  Maarif 

yolu  da  ən  vasitəsiz,  ən  kəsə  bir  yoldur.  «Demək  ki,  bir 

millətin  hər  halını  tədqiq  etmək  üçün  ən  doğru  meyar,  ən 

kəsdirmə  yol  o  millətin  məktəbləridir».  (Hüseyn  Cavid. 

«Həsbi-hal - 1»). 



 

 

 

 


 

 

134 



 

 

 

Seçmə  fikirlər,  ifadələr 

 

Hüseyn Cavid: 

«Bir  millətin  lisanı  mövcudiyyətinin  ən  parlaq 

bürhanıdır».   

*** 

«Elmdən edilən istifadə yalnız mənəviyyata münhəsir 

deyil. Maddiyyət ilə də münasibətdar olmalıdır».  

*** 

«Elm hər dildə birdir». 

*** 

«Dilsiz bir millət yaşamaz».  

*** 

«...  Ana  dili  nə  qədər  lazım  isə  hökumət  dili  də  o 

qədər vacibdir». 

*** 

«... Ana dilində təhsil, elm üçün məsafələr teyy edib, 

məsarifə  qatlanmaq  indilik  bizə  çox  ağır  gəlir.  Lakin  çox 

yanlış bir xəyal...». 

*** 

«...  Şagirdlərin...  öz  tarixlərindən,  köklərindən 

xəbərsiz» qalmaları «bir millət üçün çox böyük qəflət, çox 


 

 

135 



böyük tədənnidir».  

*** 

«Bir  millətin  tərəqqi  və  tədənnisini  bilmək  üçün 

millətin  məktəbələrini,  daha  doğrusu,  ibtidai  məktəblərini 

görmək kifayət edər». 

*** 

«...  Bir  millətin  hər  halını  tədqiq  etmək  üçün  ən 

doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir».  

*** 

«Dünyada hər iş, hər hərəkət bir qanuna, bir rəhbərə 

möhtacdır...  Lakin  hər  iş  sahibi  öz  işini  layiqi  ilə  bacara 

bilmək  üçün...  sənətində  mahir olmalıdır.  O  məharəti  bizə 

öyrədən şey isə elmdir, məktəbdir».  

*** 

«...  Elmi-iqtisad  bilməyən  bir  tacir  mənfəət  yerinə 

zərər görər. 

Elmi-zirayətdən  başı  çıxmayan  bir  mülkədar,  yaxud 

əkinçi buğda əkərsə çovdar biçər...  

 ...  Həndəsə  bilməyən  bir  memar  qübbə  ilə 

uğraşarkən divarları çatlamış bular. 

Təlim və tərbiyədən anlamayan bir müəllim... fəzilət 

yerinə rəzalət öyrədər...» 

*** 

«... Hər işi iş sahibinə tapşırmalı».  

*** 


 

 

136 



«... Hər məktəbin ilk əsası onun təsisindən və heyəti-

idarəsindən başlanır.»        

*** 

«...  Gürcülərin,  ermənilərin  həm  şəriət,  həm  lisan 

müəllimləri  olduğu  halda,  müsəlmanların  yalnız  şəriət 

mollası var. Onun üçündür ki, bir çox məktəb şagirdləri az 

bir 

zamanda 

özlərini 

unudurlar... 

Tarixlərindən, 

köklərindən xəbərsiz qalırlar.» 

*** 

«...  Hər  işdə,  hər  təşəbbüsdə  ixtisas  və  istedad 

nəzəri-diqqətə alınmalıdır.» 

*** 

«Çocuq  tərbiyəsinə  diqqət  etmək  üçün  tərbiyə 

görmüş  analar  lazım  deyilmi?  Hanı  ana  yetişdirəcək 

məktəblərimiz?»  

*** 

«Qadın gülərsə bu issız mühitimiz güləcək, 

 Sürüklənən bəşəriyyət qadınla yüksələcək!»               

*** 

«Ailə,  məktəb  tərbiyəsindən  başqa  bir  də  tərbiyeyi-

ümumiyyə vardır ki, məktəb təhsili ikmal edildikdən sonra 

35-40 yaşına qədər insanda davam edər. Bu tərbiyə yalnız 

mühit-ümumiyyə  race  bir  tərbiyədir.  Çox  zaman  mühit, 

ümumi, insanın ailə içərisində, məktəblərdə aldığı tərbiyəni 

büsbütün  dəyişdirib  başqa  bir  aləmə,  başqa  bir  cərəyana 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə