Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə35/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   29   30   31   32   33   34   35   36   37

 

 

142 



«...Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib 

edərsə, tez-gec bütün oxucularını da zəhərləmiş olar»  

*** 

 «Avropa yolunu tanır-tanımaz, ... onların az-çox 

ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəyərsiz və 

çürük əsərləri təqib olunur...» 

 

*** 

«Kəssə hər kim tökülən qan izini,  

 Qurtaran dahi odur yer üzünü»  

*** 

«Xəstə bir üzvə bənzər amili-şər,  

 Kəs də, bulsun şəfa vücudi-bəşər.»  

*** 

 «Məncə əzmək də, əzilmək də xəta, 

 Haqqı sev, haqsızı dəf et, zira!»   

*** 

«Əhli-vicdanə busə, xainə kin!»    

 

*** 

«Üz çevirmiş də Tanrıdan insan, 

 Küfrü haqq, cəhli mərifət sanıyor»   

 

*** 

«Gülüyor nura daima zülmət»           


 

 

143 



  

*** 

«Nə dərd olaydı, nə dərman»             

 

*** 

«Susmaq, o da başqa dürlü fəryad!» 

 

*** 

«Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı!» 

 

*** 

«Ey varlığı yox, yoxluğu vardan daha dilbər!»  

  

*** 

«...Türk ordusu daim basaraq ölkələr almış,  

 Ən sonda siyasətdə basılmış da bunalmış» 

 

*** 

«İdrakı sönük başçıların qəfləti ancaq, 

 Etmiş, edəcək milləti həp əldə oyuncaq» 

 

*** 

«Turana qılıncdan daha kəskin ulu qüvvət, 

 Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət»                   

 


 

 

144 



*** 

«...Ancaq mübarizə mənlik verir hər dövlətə!»   

 

*** 

«Mənim tanrım gözəllikdir, sevgidir!» 

*** 

«Gözəlsiz bir gülşən zindana bənzər». 

*** 

«Mən gözəllikdə gözəl ruh araram, 

 Ruhu düşgünləri çirkin sanaram». 

 

 



Cəfər Cabbarlı:

 

 

“Bu göy boya Göy Moğoldan qalmış 



 bir türk nişanı,... 

  Yaşıl boya islamlığın sarsılmayan imanı,... 

  Şu al boya azadlığın, təcəddüdün fərmanı!...”  

*** 

“Dünyanı qanunsuzluqla idarə etmək olmaz”  

*** 

“Mənim, bütün bəşəriyyətin səadət günəşini qucmuş 

əməlim,  sevgilərin  geniş  fəzalarında  uçan  fikrim,  bütün 

kainatın  gözəlliklərini  öpən  istəklərim,  bu  qulluq 

fərmanının əski, dar cildinə sığışdırıla bilməz”  


 

 

145 



*** 

“...  Bir  günəşin  telləri,  bir  vicdanın  çarpması,  bir 

mənanın görsənişləri olan bəşəriyyət...»    

*** 

«Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı!» 

*** 

«Mənəm... 

varlığın 

gözəlliyində 

gülümsəyən 

mövcudatı təcəssüm etdirən...»  

*** 

 

«Mühitdən intiqam almaq...»    

*** 

«Mən  istəyirdim  bütün  bəşəriyyət  mənim  fikrimə 

tapınsın.»  

 *** 

«Mən  bütün  dünyanı  fikrimə  tapındırmaq  istərkən, 

önümdəki bir həqiqəti anlamıram?!»  

*** 

«Günbatan fikirli, gündoğan duyğulu bir sima.»  

*** 

«...Beyni  kitab  arasında  Parisdən,  ürəyi  isə  mizrak 

ucunda altay dağlarından almışdır.»  

*** 

«Qaranlıq keçmişin mənfur heykəli.»  

*** 


 

 

146 



«Mən  elə  bir  dünya  istəyirəm  ki,  orada  millətlər 

azad, fərdlər azad olsun.» 

*** 

«Dilək  ilə  nəticə  arasında  keçilməz  bir  uçurum  var 

ki, onu ancaq bir neçə qüvvətli simalar keçmişlər... Onlarla 

da tarix fəxr edir.» 

*** 

«Əsrimizdə şöhrət və böyüklük qapalı bir evdədir ki, 

yiyəsi altun, açarı təsadüf, qoruyucusu ölümdür.» 

*** 

«Kaş  o  füsunkar  gözəlliyə  uzuqdan-uzağa  pərəstiş 

edənlərdən biri də mən olaydım.»  

*** 

«Hamının  ardınca  behiştdə  getməkdənsə,  hamının 

qabağında cəhənnəmə getmək yaxşıdır.» 

*** 

«Dünyada ən böyük səadət arzu ilə vüsal arasındaki 

hicrdə imiş!»     

*** 

 «...Hər baharın qaçılmaz bir xəzanı vardır»  

*** 

«...Hələ  lazımınca  açılmamış  bir  çiçəyin  mənliyində 

qorxunc  bir  xəzanın  acı  küləkləri,  gözlərində  batan  bir 

günəşin solğun şüası inləyib durur...»                     

*** 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə