Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə34/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   29   30   31   32   33   34   35   36   37

 

 

137 



tabe  edər.  Bu  xüsusda  maddi  və  mənəvi  bir  para  təsirat 

insanın  aldığı  tərbiyələri  zirü  zəbər  edəcək  dərəcədə 

məsləkinə müğayir hallara sövq edə bilər. 

Azacıq muşikafanə bir nəzərlə baxılsa deyilə bilər ki, 

bütün  bu  tərbiyələrin  ən  əhəmiyyətlisi,  ən  müqəssiri,  ən 

qüvvətlisi olsa-olsa yenə tərbiyeyi-ümumiyyə (təsiri-mühit) 

ola 

bilər.  Yalnız  mühiti-ümumi  təsirindən  yaxanı 

qurtaracaq  bir  müəssir  var  ki,  ona  da  nəfs  deyilir.  Nəfs 

əksərən  irəliki  tərbiyələrə  tabe  olmaqdan  varastə  ola 

bilməz,  lakin  mətanəti-fövqəladəyə  malik  olan  insanlarda 

isə daima qabili-təhəvvül, daima qabili-islahdır.»  

*** 

«Ailə  tərbiyəsi  və  səhhəti-bədən,  vücud  sağlamlığı, 

həyati-bəşəriyyənin ən mühüm əsasını təşkil edir.»  

*** 

«İndi bizim yalnız məktəblərimiz deyil, bütün həyati-

ictimayəmiz belə saf, parlaq bir tərbiyəyə möhtəcdır.»  

*** 

«Çocuqlar  məsumdurlar,  onunçün  etdikləri  işlərin 

heç birindən məsul deyildirlər, onların hal və hərəkətlərin-

dən məsul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tər-

biyə etməkdə  müsamihə  göstərən  valideyn  qanun  və əxlaq 

nəzərində  şiddətlə  məsul  tutulmalıdır.  Çünki  cəmiyyəti-

bəşəriyyə üçün müzürr bir adam hazırlamış olurlar.» 

*** 


 

 

138 



«Ağlanacaq bir həl idi özümüzdə görürdük, 

Dilimizin, dinimizin getməsinə gülürdük.» 

*** 

«Siyasət rol oynarkən ədəbiyyat susar.»  

*** 

«Arif odur, gülsün içindən bahar.»  

*** 

«Nümayiş üçün qabaran hissiyyat dəniz köpüyündən 

çox  da  fərqli  olmaz.  Qabarması  ilə  sönüb  getməsi  bir 

olar.»  

*** 

«Hər işdə səbat və istiqamət ən birinci şərt sayılır.»  

*** 

“Mənə biganə zövqi-nəfsani, 

Sevdiyim yalnız eşqi-ruhani...    

*** 

«Yox deyildir o qaranlıqda işıq.»  

*** 

«Bizə gülməzsə həqayiqdəki sirr 

  Sərxoş ol, ya ayıq ol, fərqi nədir?”  

*** 

“Geri dönməz bu şətarətli zaman!”  

*** 

“Bir nəfəsdir bu sürəksizcə həyat! 

  Bir nəfəs!.. Getdimi? Gəlməz...”  


 

 

139 



*** 

“Kişi irfan işığında parlar.”   

*** 

“...Bilgidə allah gücü var.”    

*** 

“Əmin ol, nerdə nəfs olmuşsa hakim,  

 Həqiqi eşqi məhf etmiş məzalim.”   

*** 

«Kimin ülviysə ruhu, söz onundur,  

Əsiri nəfs olan daim zəbundur.»    

*** 

«Böyüklər  kiçiləri  böyük  görmək  istər,  kiçiklər  isə 

böyükləri kiçiltməklə təsəlli bular.»  

*** 

«Arslanların saymazlığı şikarı tülkülərə qapdırar.» 

*** 

«Qüvvətə, altuna tabe dünya?!» 

*** 

«Söz qəvinindir?!»  

*** 

«Əvət mələkdir, fəqət  

Şeytan ruhlu bir mələk!.»  

*** 

«Hər səfada cəfa buldum.»  

*** 


 

 

140 



«Yüksələn məhv olar, fəqət enməz.»  

*** 

«Dinsiz olmaq da bir təriqətdir.»  

*** 

 «Səni alçaldan ehtiras olacaq.»  

*** 

«Sosializm qabığından çıxmış faşizm beşiyi...»  

*** 

«Daim sülhü özləyə-özləyə hər gün hərbi zavodlar 

tikilir.»  

*** 

«İblisəmi uymuş bəşəriyyət!?»                                 

 

*** 

«İnsanlığı həp unutdu insan?!» 

*** 

 

«Sən vulkanı qığılcımlamı söndürmək istəyirsən?»  

*** 

«Bəşəriyyəti 

heç 

bir 

zaman 

göz 

yaşları 

qurtarmamışdır.»  

*** 

«Papa  həzrətləri  məni  buraya  qarışdırmaq  üçün 

deyil, barışdırmaq üçün göndərmişdir...» 

*** 


 

 

141 



«Başdan-başa həp yer üzü vəhşət,  

 İblis ilə həmrəngi-siyasət»                 

 

*** 

«Həqiqi sülhü əldə etmək üçün hər kəsin haqqı təmin 

olunmalıdır.» 

*** 

«Bizə  hüquq  və  torpaq  verilmədikcə,  barışıqdan  söz 

açmaq yersizdir.» 

*** 

«Məncə bu cəmiyyətə diplomatlar bircası demək 

daha doğrudur.» 

*** 

«Təzad həyatın ahəngidir.»     

*** 

«Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan 

yıldızlar bunca sevilməzdi.»  

*** 

 «...Bu günkü müharibədə toplar, tüfənglər deyil, hər 

məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də 

ayrıca haizi-əhəmiyyətdir.» 

*** 

«Ədəbiyyat bir millətdəki əhvali-ruhiyyənin inikası 

deməkdir.» («Müharibə və ədəbiyyat» s.234) 

*** 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə