Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə37/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   29   30   31   32   33   34   35   36   37

 

 

151 



«Bu 

rəzalət  Şərq  diplomatiyasının  tarixində 

görünməz  bir  şey  deyildir.  Baxsanız  Avropa  qadınlarının 

qoynunda  imza  edilmiş  bir  çox  müahidələrə,  bir  çox 

müqavilələrə,  bir  çox  imtiyazlara  bəlkə  də  təsadüf  edə 

bilərsiniz. Hər halda tariximiz Baltaçı Məhəmməd paşalara 

yabançı deyildir.»   

*** 

«Hər bir yalan daha məntiqli, daha tutarlı ikinci bir 

yalanın arxasında gizlədilmiş, örtülmüş, bastırılmışdır». 

*** 

«Həyat və fikrin müştərək fəaliyyəti». 

*** 

«El  ədəbiyyatı...  yüksək  yazı  ədəbiyyatında  olduğu 

kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey 

deyil,  əqli  fəaliyyətin  ibtidai  dərəcəsində  bulunan  bir 

kütlənin  coşğun  və  daşqın  saf  həyatından  doğmuş  bir 

şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə görün-

məyinə  baxmayaraq,  çox  vaxt  yüksək  yazı  ədəbiyyatından 

daha artıq təsir buraxıyor. Çünki bu, sadə sözlər ilə səmimi 

bir  duyğunun  ifadəsidir.  Bu  ədəbiyyətın  yaradılması  üçün 

bəlkə  də  düşünülməmiş,  o,  acı  bir  təüssüratın  qopardığı 

fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur. 

Burada  bir  ananın  ninni  çaldığı  cocuğuna  qarşı 

duyğuları  soyuq  bir  fikir  yapma  çərçivələrinə  salınmamış, 

olduğu  kimi,  gəldiyi  kimi,  bu  həyatın  bilaixtiyar  fırlatdığı 


 

 

152 



sözlər ilə ifadə edilmişdir».  

*** 

«Həyat  irəlilədikcə...  dil  də  onun  ardınca  yüyürüb 

tərəqqi edir.» 

*** 

«...  Bir  xalqın  həyatını,  onun  məişət  və  güzaranını, 

ədəbi  bacarıq  və  istedadını,  bir  sözlə,  bütün  xalq 

psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına 

müraciət edilir və edilməlidir.» 

*** 

«Mən  qocaman  bir  xalqı, onun  səadətini,  gələcəyini 

iki nəfər qadının istirahətinə fəda edə bilmərəm.»         

*** 

«Səadətini Tanrım qədər sevdiyim bu xalq bircə səni 

də yaşadmadı.»  

*** 

Səhnədə «bir azərbaycanlı qızı yaratmaq üçün xalqın 

bütün  ruhunu,  hisiyyatını,  tarixini,  adət  və  ənənəatını  gö-

rünməz  incəliklərinə  qədər  bilməli,  onun  dərinliklərindən, 

onun  mühitindən  çıxmalı,  bəlkə  də  bir  azərbaycanlı 

olmalıdır.» 

*** 

«Çünki ruhu həmin mühit ilə mərbutdur»    

*** 

«Avropa  Gündoğuşu  anlamır.  Onu  heç  bir  vaxt 


 

 

153 



doğru təsəvvür etməmişdir.» 

*** 

«Doğrudur,  bir  az  mənliyiniz  çeynəyir,  şərəfiniz 

tapdanır, fəqət əvəzində altun alırsınız.» 

*** 

«Hər bir ustası var, ya yox?!» 


 

 

154 



 

 

Çağdaş fikir sahibləri 

Cavid və Cabbarlı haqqinda

 

 

Yaşar Qarayev: 

«Tarix: yaxından və uzaqdan». Bakı, 1996 

 

«Cavidi yalnız gözəlliyi axtara – axtara və gözəlliyə 

salınan işığın izi ilə axıra qədər başa düşmək olar».                            

*** 

«Cavidin  əsərləri  bəşər  və  dünya  tarixinə  çəkilən 

illüstrasiyalardır.» 

*** 

«Cavid – planeti görən və planetdəki görünən bütün 

qütblərdən görünən sənətkardır».                    

*** 

«Yerə  enməm  də,  səma  şairiyəm!»  -  bu  məşur 

bəyanat müasir kontekstdə təmamilə başqa cür səslənir və 

bir daha inandırır ki, bu sözlərlə şair öz ayağını torpaqdan 

üzdüyünü  elan  etmir,  bəlkə,  əksinə:  torpağı  da,  insanı  da 

səmaya  qaldırmağı  və  ona  yüksəkdə  –  zirvədə  nəzər  salıb 

qiymət  verməyi  bir  sənət  prinsipi  kimi  irəli  sürür!  Belə 

estetik  mövqe  Cavid  şerinə  də  ucada,  zirvədə  durub 

baxmağı,  ona  zirvədə  təhlil  və  qiymət  verməyi  nəzərdə 



 

 

155 



tutur:  həyatın  dibindən,  zirzəmi  və  mətbəx  pəncərəsindən 

Cavid görünmür!” 

*** 

«Bu  gün  Cavid  bizə  yalnız  öz  kosmik,  beynəlmiləl 

meyar  və  düşüncəsi,  qlobal  baxım  və  duyum  ölçüləri  ilə 

yaxın  deyil.  Onun  bizimlə  daha  böyük  müasirliyi  ideya-

amal müasirliyidir.» 

*** 

«Üç  böyük  tarixi  mərhələnin  (Rus,  Türk,  İran 

inqlabları,  Oktyabr  və  Aprel  çevrilişləri,  sovet  sayağı 

sosializm  dövrləri)  narahat  sənətkarı  olan  Cavid  öz  əbədi 

tanrı,  harmoniya  və  həqiqət  axtarışları  ilə  birlikdə  bizim 

epoxamıza  da  daxil  olur  və  azad,  müstəqil,  suveren  milli 

şüuru bu gün yenidən düşündürməkdə davam edir». 

*** 

 «...Beyni  bir  İslama  az  qala  eyni  bir  münasibət 

üstündə  XIV  əsrin  vulqar  fanatikləri  Nəsimini  dinsiz,  XX 

əsrin vulqar ateistləri isə Cavidi dindar elan etmişlər»  

*** 

«Əsrin  əvvəlinin  – inqlab və  intibah dövrünün  bədii 

düşüncəsi və fəlsəfi ovqatı olan bu şer bir də ona görə idni 

də  bu  qədər  müasir  səslənə  bilir  ki,  məhz  əsrin  sonunda 

tarix əsrin əvvəlinə sanki yenidən qayıdır və bizi də yenidən 

Cavidə qaytarır».                  

*** 


 

 

156 



   «İblis – «özünü dərk etmiş şər. 

     Teymur – «özünü dərk etmiş tiran».            

 

 

«Cabbarlı 

hətta 

Bulqar 

imprizmin, 

nadan 

sxolastikanın,  ədəbi  irticanın,  siyasi  ehkamın  və  inzibati 

terrorun  sınağından  salamat  çıxıb,  aşkarlığı  n  və  yeni 

təfəkkürün  sınağından  çıxmaq  onun  üçün  qat-qat  asan 

olacaq!» 

*** 

«Bu  vaxta  qədərki  yasaqlı  və  doqmatik  ədəbi 

güzgüdə Cabbarlı irsi heç də bütün zənginliyi ilə görünmə-

miş, bəzən isə bu realizmin əsl qələbələri onun «ideya qü-

surları» kimi qələmə verilmişdir. Axı dəmir senzura kilidini 

arxiv  və  məfəzlərdən,  yasaq  zolağını  isə  düşüncədən  silib 

atmaq  həmişə  təkcə  Cabbarlının  yox,  həm  də  onun 

tədqiqatçısının qarşısında bir vəzifə kimi durmuşdur.»     

*** 

«...Bu  yaradıcılığın  yenidən  elmi  dərkinə  aşkar 

ehtiyac yaranmışdır». 

*** 

«Cabbarlı  real  həyat  faktına  çevrilən  bədii  əsər 

yazırdı. Gerçəkliyi əks edən yox, dəyişən, yenidən yaradan 

sənət möcüzəsi göstərirdi. Səhnədəki hadisə həyatda təkrar 

və təqlid üçün modelə çevrilirdi».                   


 

 

157 



*** 

«Cəfər  Cabbarlının  «həyatda  inqlab,  məişətdə 

inqlab,  şüurda  inqlab»  şüarı  gerçəkliyin  özündəki 

maksimalizmin sənətdə ifadəsidir.» 

*** 

«Səhnəyə  həyatdan  gələn  bu  obrazlar,  səhnədən  də 

həyata qayıdırdılar».  

*** 

«Cabbarlı... səhnəni səhnəyə gətirmişdir». 

 

Hacı Azər Əbilov. Hüsni-xuda şairi... Bakı 2000  



 

Cavid əsrinin övladı idi, yüzilliyin siyasi atəşi onun 

ilham pərisinin qanadlarını gündəlik yandırırdı. 

Minillik bir əxlaq onun aləmində başqa üslubda 

dindirilirdi.     İlahi sahilsizlik, kosmik ecaz, gəlib, burda 

«Boq umer», - deyə qərar çıxaran sistemdə ifadə olunmağa 

məhkum edilmişdi.          

*** 

Və  yox ki,  bu tənhalığa  onu  zaman  müncər etmişdi. 

Cavid zamanın  fövqündə  idi,  ictimai  şərait  ona  hətta  fərdi 

baxımdan da təsir göstərə bilmirdi.  


 

 

158 



 

 

 

Yekun sözü  

və ya yeni əsrin işığında 

 

Bu  kitab  Cabbarlının  100  illik  yubileyi  ilə  Cavidin 



120 illik yubileyi arasındakı müddətdə yazılmışdır. Bu dövr 

həm də vidalaşdığımız XX əsrlə qədəm qoyduğumuz XXI 

əsrin görüşünə təsadüf edir.  

Yeni  əsr  qloballaşma  əsri  olmaqla  yanaşı  rasional 

düşüncənin elə bir həddi ilə səciyyələnir ki, burada məntiqi 

təfəkkür,  nəhayət,  özünə  vurğunluqdan  ayılaraq  «bədii 

sehr»in  niskilini  çəkir.  Rasionallıq  dənizində  süqut  edən 

Avropa  duyğular  və  sevgilər  dəryasında  qərq  olmuş  qoca 

Şərqin  məlhəminə  möhtaç  olur.  Ayrı-ayrılıqda  süqut 

etməyə,  qərq  olmağa  məhkum  olan  bu  iki  dünyanın 

vüsalından,  vəhdətindən  yeni,  gənç,  daha  yaşarlı  bir 

sivilizasiyanın cücərəcəyinə böyük ümidlər vardır. 

Bu  böyük  pərvərişin  enerci  mənbəyi  isə  təkcə  Şərq 

ilə  Qərbin  vəhdətində  deyil,  həm  Şərqdə,  həm  də  Qərbdə 

olan 

böyük 


düha 

sahiblərinin  müxtəlif  yönümlü 

ideyalarının  da  təmasında  və  vəhdətində  axtarılmalıdır, 

bunun  üçün  keçən  əsrlərin  neçə-neçə  yarımçıq  qalmış  və 




 

 

159 



tamamlanmasını  gözləyən  ideya  axtarışlarındakı  həyati 

enerci də bu yeniləşmənin qida mənbəyinə çevrilməlidir. 

Cavid  və  Cabbarlının  yaradıcılıq  irsində  də  hələ  cü-

cərti  şəklində  olan,  tam  açılmamış,  qönçə  ideyalar  vardır. 

Öz məntiqi açılışını tapan, bir pyesdə əsası qoyulub, bütün 

sonrakı əsərlərdə davam etdirilən, bədii təfəkkürün həmişə 

mərkəzində dayanan yetkin ideyalardan fərqli olaraq, qönçə 

ideyalar çox vaxt tənqidin və tədqiqin diqqətindən kənarda 

qalır. 

Elə  ideyalar  da  vardır  ki,  müəllif  üçün  məntiqi 



təfəkkür səviyyəsində aydın olsalar da, onların bədii açılış 

formaları tapıla bilmir və ideyanın açılış tempi hadisələrin 

cərəyan  sürətindən  geri  qalır.  Güman  edirik  ki,  yeni  əsr 

həm  də  bədii təhkiyədə  tam  açılışını tapa  bilməmiş  qönçə 

ideyaların heç olmazsa fəlsəfi təhlil müstəvisində açılışı və 

ictimai həyatda gerçəkləşməsi ilə səciyyələnəcəkdir. 

Sonluqda  Cavid  və  Cabbarlı  irsinin  gələçək 

tədqiqatlarının mövzusu ola biləcək belə ideyalardan birini 

yada salmaq istərdik. 

Azad istəkdən tərbiyə olunan nəfs, ictimai duyğu və 

nəhayət, azad istəyin ictimai borca uyğunlaşdırılmasınadək 

uzun və ağır təkamül yolu keçən ideya öz bədii həllini heç 

də həmişə axıradək tapa bilməmişdir. 

Bir tərəfdən hər hansı adət-ənənəyə, dini mərasimçi-

liyə,  insanın  arzu  və  istəklərinin  məhdudlaşdırılmasına, 



 

 

160 



hakim  dairələr,  güc  daşıyıcıları  tərəfindən  zorlanmasına 

qarşı  çıxılır.  Digər  tərəfdən,  ictimai  məsuliyyətdən, 

cəmiyyət, xalq, millət qarşısında borcdan danışılır və bu iki 

prosesin dialektikası üzə çıxır. 

Lakin  Şərq  təfəkkürünə  xas  olan  fərdi  azadlıq,  fərdi 

mənəvi  kamillik,  eşq-  məhəbbət  fəlsəfəsi  ilə  Qərb 

dünyasını  səciyyələndirən  «səadət  ictimai  mühitin 

tərəqqisindədir»  fikri  arasında  uzlaşma  yaradılması  bir 

problem  olaraq  qalır,  ideya  tam  bədii  açılışını  tapa  bilmir. 

Böyük  əqidə  yolunu,  ictimai  missiyasını  unudaraq  fərdi 

məhəbbət  idealını,  amalını  (bu  məhəbbət,  bu  amal  hətta 

cismani deyil, ruhani səciyyə daşısa belə) üstün tutan Şeyx 

Sənan  seçimini  kəskin  tənqid  edən  Cəfər  Cabbarlının 

Elxanı  da,  çox  təəssüf  ki,  həlledici  məqamda  Şərqin 

ənənəvi zəifliyindən xilas ola bilmir. Düzdür, son səhnədə 

Elxan  öz  əqidəsi  naminə  sevgilisindən  imtina  edir.  Lakin 

seçdiyi  yol  dar  ağacıdır,  ölümdür.  Bu  seçim,  bu  imtina 

insanı  təslimçilikdən  xilas  etsə  də,  qələbəyə  aparmır.  Bəs 

qələbə  yolunu  Elxan  hansı  məqamda  seçməli  idi?    Onun 

səhvi nə vaxt buraxılmışdı? 

Diqqətlə  tənlil  etdikdə  bu  birinci  seçim  məqamı 

Elxanla  Altunbayın  münasibətində  üzə  çıxır.  Yadelli 

işğalçılara  qarşı  birləşmək  imkanı  Elxanın  özü  tərəfindən 

rədd edilir. O, Altunbaya «bizim gedəcəyimiz yollar başqa-

başqadır», deyir. Altunbay isə «Halbuki, mən sənin qüvvət 



 

 

161 



və  cəsarətini  maddi  köməyimlə  gücləndirə  bilərdim»,  - 

deyir.  Əslində  çıxış  yolunun  düsturu  əsərin  qəhrəmanı 

tərəfindən deyil, mənfi obraz kimi təqdim olunan Altunbay 

tərəfindən  irəli  sürülür.  Görünür,  Elxan  bu  düsturu  hələ 

bilmir.  Halbuki,  Hüseyn  Cavidin  «İblis»i  məhz  «həqiqət  

və    gücün    vəhdəti»    ideyası    üzərində    qurulmuşdur. 

Düzdür, baxılan halda güc və həqiqət eyni subyektin  deyil,   

müxtəlif   subyektlərin əlindədir. Lakin ümumi bir düşmən 

bu  fərqli  qüvvələri  birləşdirmək  üçün  əlverişli  şərait 

yaradır. Buna baxmayaraq, Elxan kompromis yolunu deyil, 

hər  iki  cəbhəyə  qarşı  təkbaşına  mübarizə  yolunu  seçir. 

Cabbarlı  bu  ideyaya  təsadüfi  bir  məqam  kimi  müraciət 

etmir.  Altunbay  mövqeyində  israrlıdır:  «Elxan  Biləkənli, 

çocuq  olma.  Altunsuz  dünya  keçinməz.  Çiyin-çiyinə  gedə 

biləcəyimiz  yolu  ayırma».  Lakin  Elxan  ayrılır  və  həqiqət 

yolunda 


siyasi 

manevrlərin  mümkünlüyünü  inkar 

etdiyindəndir  ki,  son  nəticədə  ikinci,  daha  sərt  bir  seçim 

qarşısında qalaraq dar aqacını seçmək məçburiyyətində alır. 

Bu  seçimdə  Elxan  öz  ictimai  idealı  naminə  şəxsi 

sevgisindən imtina edir. 

Bu  imtina  Cabbarlının  digər  bir  əsərində  -«Oqtay 

Eloğlu»nda  da  ön  plana  çəkilir:  «Mən  qocaman  bir  xalqı, 

onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda 

edə  bilmərəm».  Hətta  bu  qadın  dünyada  ən  müqəddəs  bir 

varlıq - ana olduqda belə! Qarşılaşdırmanın potensialı çox 



 

 

162 



böyükdür.  Lakin  seçim  ənənəvi  Şərq  düşüncəsindən  fərqli 

olaraq,  fərdi  məhəbbətin  deyil,  xalqın  xeyrinədir. 

«Vətəndaşlıq»,  «ictimai  duyğu»  anlayışlarının  Cabbarlı 

dramaturgiyasına daxil olması da Cabbarlının öz seçimində 

israrlı olduğunu göstərir. 

Bir  qütbdən  başqa  qütbə  keçmək  təşəbbüsü 

göstərilir. Çıxış isə vəhdətdədir. Fərdi ilə ictimainin, sevgi 

ilə intellektin, həqiqət ilə gücün vəhdətində! 

 



 

 

163 



 

 

 



M Ü N D Ə R İ C A T 

 

 



Müəllifdən............................................................................ 3 

Ön söz əvəzi:

 

Bədii sehrə işiq fəlsəfədən düşür ............... 13 



Cavid və Cabbarlı .............................................................. 20 

«İblis» və dünya ədəbi-fəlsəfi fikri ................................... 43 

«Iblis»  fəlsəfəsi  –  insan  fəlsəfəsi ................................... 73 

Sıxılmış zaman və ya Cabbarlı fenomeni .......................... 93 

Cavid və Cabbarlı  dil, din, mənəviyyat, azadliq    haqqinda

 ......................................................................................... 125 

Seçmə  fikirlər,  ifadələr .................................................. 134 

Hüseyn Cavid: ............................................................ 134 

Cəfər Cabbarlı: .......................................................... 144 

Çağdaş fikir sahibləri



 

Cavid və Cabbarlı haqqinda ......... 154 



Yekun sözü və ya yeni əsrin işığında .............................. 158 

 

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə