Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə36/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   29   30   31   32   33   34   35   36   37

 

 

147 



«Hər bir qanun azadlığa bir yağı              

  İnsan oğlu olmuş insan tapdağı»  

*** 

«Azad təbiətə zəncir yaraşmaz, 

Azad günəş, azad yağış, azad yel. 

Yer üzündə daşdan çəpər gərəkməz, 

Azad dünya, azad sevgi, azad el.»  

*** 

«Cəmiyyət  qadınsız  çürüdüyü  kimi,  qadın  da 

cəmiyyətsiz çürüyür.» 

*** 

«Fəlakət insanlıq səadətinin kölgəsidir!» 

*** 

«Həyat işıqlandıqca kölgə də qalınlaşır»  

*** 

«Ən  baş  bir  qanun  vardır  ki,  o  da  hər  kəsin 

başqasına zərərsiz azad istəyidir». 

*** 

«Dilimizdə olan ən kobud və yaraşıqsız söz, ən gözəl 

yabançı kəlmələrdən əziz tutulmalıdır» 

*** 

«Adətən  türklük...  tənqidə  dayanmıyor  ki,  burası 

bizdə milli bir xüsusiyyət halına gəlmişdir.» 

*** 

«Tənqid təkamülün babasıdır.»                   


 

 

148 



  *** 

«... İdraksız bir kütlə...», «cismani duyğu»       

*** 

«Ruhani və cismani tərbiyə»   

*** 

«...Mədəniyyət  adı  altında  bütün  dünyanı  qara 

qüvvələrə tabe etmək istəyənlər...»  

*** 

«... Ağ çöhrəli, qara vicdanlı Qərb...»  

*** 

«İşıqlı Şərqin qaranlıq yavrusu»  

*** 

«Dünya olsun azad ana qucağı»  

*** 

«Yeni  hücum  üçün  sahildən  uzaqlaşan  dalğaların 

hicəti...» 

*** 

«Biz  burasını  daha  müthiş,  daha  qüvvətli,  yeni 

hücum  üçün  sahildən  uzaqlaşan  dalğaların  ricətinə 

bənzətmək  istərdik.  Biz  Cavidin  gəndisində  bulunduğuna 

şübhə  etmədiyimiz  istedad  dənizlərinin  dərinliklərindən 

yeni  qüvvət  alıb  hücum  edəcək  və  xalqımıza  mühit  və 

həyatımızın  qoynundan  doğmuş  bir  dilbər-ədəbi  təqdim 

edəcəyini ümid və arzu edərik.»  

*** 


 

 

149 



«Fəlsəfə  sənət  üçün  bir  əsas  deyil,  bir  məziyyət  ola 

bilər...» 

*** 

«Sənət  oxuculara,  seyrçilərə  və  dinləyicilərə  həzzi-

mənəvi, həyəcani-bədii təmin etməkdir». 

*** 

«Nemətlərindən  istifadə  etdiyi  mühitin  bir  yavrusu 

bir  fərdi  doğurur,  bəsləyir,  yaşadır,  böyüdür,  tərbiyə  edir, 

öz-özünü  idarə  edə  biləcək,  dolandıra  biləcək  bir  insan 

halına  döndərir  ki,  bunlar  həpsi  həmin  şəxsin  möhtac 

dövrlərində dirilmiş bir borcdur. Alınan bir borc, şübhəsiz 

ki,  qaytarılmalıdır.  Bunu  inkar  etmək  olmaz.  Həm  də  bu 

borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun 

vardır.  Təsir  əks  təsirə  müsavidir.  Bu  qanunu  dediyimiz 

məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, 

hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər 

də  artıq  zəhmət  çəkməli,  nə  qədər  artıq  faydalanmışsa,  o 

qədər artıq fayda verməlidir.  

İnsan  adlı  bir  təsir  meydana  çıxıyor  ki,  onun  da 

mənası belədir: Sən bəşəriyyətin bir üzvü, onun illər boyu 

qazandığı  təcrübələrindən,  tərəqqi  və  təalisindən  istifadə 

etmişsən.  Sən  ona  bir  mənfəət  yetirməlisən.  Sən  içində 

bulunduğun xalqın bir üzvü, ölkənin bir yavrususan. Onun 

biliyindən, ruzisindən, ab-havasından istifadə etmisən, ona 

bir  mənfəət  verməlisən.  Həm  də  bu  mənfəət  aldığın 


 

 

150 



faydanın miqdarına çox da olmazsa, bərabər olmalıdır. İştə 

buradan  tarixdə  öylə  qüvvətli  simalar  təsadüf  ediyor  ki, 

bütün  varlığının  xəlqə  borclu  olduğunu  hiss  ediyor  və 

kəndisini  unudub  varlığını  da  həmin  xalqa  vəqf  ediyor. 

Fəqət  öylə  simalar  da  vardır  ki,  onlar  öz  vəzifeyi-

ictimaiyyətlərini  ifa  etməyir,  xalqa,  cəmiyyətə  bir  fayda 

gətirməyir,  hətta  bir  çox  zərərlər  də  toxundururlar.  Bu 

adamlar  aldıqları  borcu,  aldıqları  şeyləri  qaytarmadıqları 

üçün.. toxundurduqları zərərlər içində bir canidirlər.»  

*** 

 «Burada bir vətəndaşlıq, ... nə isə ictimai bir duyğu 

vardır»  

*** 

«Həyat  tərəqqi  etdikcə,  cəmiyyət  irəlilədikcə  şərait 

dəyişir.  Bununla  bərabər  yaşayış  vasitələri,  fikirlər, 

fəlsəfələr də dəyişir.»       (s.246)  

*** 

«Fəqət  başındakı  bir  fikri,  inandığı  bir  əqidəyə 

doğru sandığı bir məsləki, bayrağını gəzdirdiyi bir ordunu 

ancaq  öz  şəxsiyyətinə,  öz  mənfəətinə,  öz  şəxsi  səadət  və 

ehtiraslarına fəda edən adama nə ad vermək olar.»  

*** 

«Fəqət 

daxilindəki 

qadınçılığı 

onu 

rahat 

buraxmayıb...  O qadınlara qarşı gücsüzdür.» 

*** 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə