Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə26/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 

 

104 



bir  maneə.  «  Ox,  neçin  o  məni  sevdi!..  Mən  istəyirdim  ki, 

sevdiyim məni sevməsin. Ona çatmaq ümidi ilə yüksəlmək, 

çırpınmaq,  çarpışmaq,  yuxusuz  gecələr,  qanlı  vuruşmalar, 

əzab, gözyaşları, mübarizə…» 

Bu  əlçatmaz  sevgi    tragizminə  meyl  Füzulinin  qəmi 

özünə həmdəm etmək fəlsəfəsini xatırlatsa da köklü surətdə 

ondan fərqlənir. Belə ki, Məcnun qarşısındakı maneə Leyli-

nin sevgisi ( sevməzliyi, etinasızlığı) yox, sosial bir maneə 

idi,  valideyinlərin  müdaxiləsi  və  ictimai  rəy  idi.  Cabbar-

lının  qəhrəmanı  isə  üzərinə  daha  böyük  yük  götürmək  və 

yalnız mövcud ictimai mühitlə bağlı deyil, həm də mövcud 

mənəvi  prinsiplərin  və  fərdi  arzu  –  istək  dünyasının  da 

dəyişdirilməsi zərurəti ilə bağlı problem qoyur. 

 Fərdi  mənəvi  aləm  və  ictimai  mühit  arasındakı 

uyğunluq  və  təzadlar  Cabbarlının  sonrakı  əsərlərində  də 

mühüm yer tutur. 

*** 


XX  əsr  qloballaşma  əsridir.  Böyük  dövlətlərin 

cahangirlik  iddiaları  əsrin  birinci  yarısında  əlində  «hərb» 

bayrağı  olmaqla  –  dünya  müharibələri  vasitəsilə,  əsrin 

ikinci  yarısında  əlində  «sülh»  bayrağı  olmaqla,  iqtisadi, 

texnoloji və informasion vasitələrlə həyata keçirilir.  

XX  yüzilliyin  əvvəllərində  bu  böyük  tarixi  prosesin 

ancaq rüşeymləri var idi. Hətta birinci dünya müharibəsi də 

sadəcə  müharibə  kimi  anlaşıla  bilərdi.  Həmin  dövrdə 




 

 

105 



qloballaşma prosesinin təməli qoyulduğu bəlkə iddiaçıların 

özü  tərəfindən  də  aşkar  şəkildə  anlaşılmırdı.  Bu  proses 

ancaq bu gün – açıq-aşkar görünür və onun nəzəriyyəsi də, 

praktikası  da  göz  qabağındadır.  Lakin  hələ  ki,  bu  proses 

əsasən iddiaçıların özü tərəfindən, əsrin ideoloqları, böyük 

dövlətlərin  politoloqları  tərəfindən  təhlil  olunur.  Kiçik 

dövlətlər,  kiçik  millətlər  düşdükləri  burulğanın  baş 

gicəllənməsindən  hələ  özünə  gəlib  dünyada  gedən 

prosesləri  dərk  etmək  və  öz  sözlərini  demək  iqtidarında 

deyillər. Lakin kiçik xalqların da böyük mütəfəkkirləri ola 

bilər və hər şeyi vaxtında görə bilər.  

Keçən  əsrin  əvvəlində  dünyada  gedən  və  gələcəkdə 

getməli olan prosesləri görənlər var imiş. Böyük Cavidi və 

böyük  Cabbarlını  indiki  zaman  kontekstində  oxuyarkən 

məlum  olur  ki,  onlar  nəinki  qloballaşmanın  mahiyyətini 

dərk  etmiş,  hətta  onu  proqnozlaşdırmış,  bədii  libas 

geyindirmiş  və  gələcək  nəsillərin  düşüncələrini  irəlicədən 

bu böyük hadisələr üçün hazırlamağa çalışmışlar.  

Cabbarlının  əsərlərində  kapital  dünyasının,  altun 

hakimiyyətinin  törətdiyi  hərc-mərcliklər  lokal  bir  hadisə 

kimi deyil, beynəlxalq kontekstdə götürülür.  

Avropada  ilkin  kapital  yığımı  dövründə  pulla 

mənəviyyat  arasında  yaranan  ziddiyyətlər  tarixin  yaxşı 

məlum olan bir səhifəsi kimi  klassik ədəbiyyatda öz  bədii 

və  fəlsəfi  şərhini  gözəl  tapmışdır.  Viktor  Hüqonun, 



 

 

106 



Balzakın,  Drayzerin,  Cek  Londonun  bu  problemləri  əks 

etdirən  bir  sıra  məşhur  romanları  Azərbaycan  oxucularına 

da yaxşı tanışdır.  

XIX  əsrin  axırları,  XX  əsrin  əvvəllərində  neft 

sənayesinin  inkişafı  ilə  əlaqədar  olaraq  Bakıda  kapitalist 

ictimai-iqtisadi  münasibətlərinin  formalaşması  da,  təbii  ki, 

pulun  sosial-mənəvi  həyata  aktiv  müdaxiləsi  ilə  müşayiət 

olunurdu. Cəmiyyətdə gedən bu prosesləri adekvat surətdə 

əks  etdirən  ədəbiyyat  da  dövrün  tələbi  idi.  Maraqlıdır  ki, 

Azərbaycanda  bu  sosial  sifarişi  ilk  növbədə  dramaturgiya 

və teatr yerinə yetirirdi.  

Özü də necə bir dramaturgiya?! 

Həyatda baş verən hadisələrin sadəcə təsvirindən, bu 

mürəkkəb  hadisələr  dünyasından  götürülmüş  maraqlı 

təsadüflərin  doğurduğu  ziddiyyətlərdən  deyil,  meyllərin, 

tendensiyaların  üzə  çıxarılmasından,  nəticələrin  yox, 

səbəblərin,  ideyaların  qarşılaşmasından  doğan  bir 

dramaturgiya!  

Cabbarlı  hadisələr  arasındakı  əlaqəni  açmaqla 

kifayətlənmir; o, hər bir hadisənin, hər bir iştirakçı tərəfin 

daxili  ziddiyyətlərini  açır  və  müxtəlif  tərəflər  arasındakı 

münasibətləri  də  məhz  daxili  potensialın  təzahür  vasitəsi 

kimi  qələmə  alır.  Hadisələrin  daxili  dinamikası  da, 

insanların  iç  üzü  də  proseslərdə,  əlaqələrdə  üzə  çıxır. 

İnsanla mühit arasında, bir əqidə ilə başqa əqidə arasında, 



 

 

107 



habelə,  ayrıca  insanın  daxili  aləmindəki  müxtəlif  fikir  və 

istək 


yönümləri 

arasında 

ziddiyyətlər 

bir-birini 

tamamlayaraq bütövlükdə dövrün sosial-siyasi və psixoloji-

mənəvi səciyyəsini verir.   

Oqtay Eloğlu aşkar şəkildə zahirilikdən, görünüşdən 

fərqli olaraq alt qatların, daxili məqamların, mahiyyətlərin 

üzə çıxarılmasına səsləyir. «1905-ci ildə» əsərində erməni-

müsəlman  qarşıdurması  şəklində  təzahür  edən  zahiri 

görünüşün  arxasında Rusiyanın imperiya siyasətinin dəqiq 

konturları görünür. «Aydın»da bir ailənin faciəsi timsalında 

bütövlükdə    kapital  dünyasının  iç  üzü  açılır.  «Solğun 

çiçəklər»də  ictimai  mühitin  eybəcərliklərin  hətta  ən 

müqəddəs  duyğu  olan  sevgiyə  belə  sirayət  edir.  Bütün 

bunlar  zahiridən  batiniyə,    görünüşdən  mahiyyətə  keçidin 

parlaq nümunələridir. 

Gerçək  ictimai  həyatda  gedən  bu  proseslər,  heç 

şübhəsiz,  sənətdə  və  ədəbiyyatda  da  bu  və  ya  digər 

dərəcədə  öz  əksini  tapırdı.  Bu  baxımdan,  altun  və 

mənəviyyat,  güc  və  həqiqət  mövzuları  özü-özlüyündə 

ədəbiyyat  üçün  bir  yenilik  sayıla  bilməzdi.  Lakin  necə  ki, 

insanlar  çox  vaxt  hadisələr  içərisində  itib-batır  və  daxil 

olduqları  böyük  ictimai-siyasi  prosesləri,  ictimai  axının 

əsas  istiqamətini  görə  bilmirlər,  eləcə  də  sıravi  ədəbiyyat 

bir  qayda  olaraq  bir-birindən  maraqlı  hadisələr  silsiləsini 

təsvir  etməkdən  usanmır.  Nəticədə  neçə-neçə  detektivlər, 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə