Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə23/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

 

 

91 



dur. Bir az əvvəl dövlətin, qanun "keşikçilərinin" ittihamın-

dan altun gücünə xilas olan İbn Yəmin indi daha heç nə ilə 

xilas  ola  bilmir.  Çünki  Elxan  divanı  altuna  -  rüşvətə  tabe 

deyil. Qurşuna, zorakılığa ümid etməyin də mənası yoxdur. 

Çünki Elxan güclüdür. Burada yeganə meyar var. O da əda-

lətdir. Təbii olaraq belə çıxır ki, burada İblisə yer olmama-

lıdır. Belə də olur. Bu mühitdə İblis daha başqa donda qala 

bilmir,  hamı  onun  iç  üzünü  görür  və  ona  lənətlər  yağdırır. 

İblisə  qarşı  ümumi  hücum  başlanır  və  İblis  Yerin  dibinə 

çəkilməli olur. 

Əsərdə  İblisə  qarşı  mübarizənin  iki  yolu  təlqin 

olunur. Birinci yol naqis mühitin fövqündə durmağı, bunun 

üçün isə filosofluq səviyyəsinə yüksəlməyi, ikinci yol naqis 

mühitlə  vuruşmağı,  bunun  üçün  isə  silaha  sarılmağı  tələb 

edir.  Birinci  yol  fərdi-mənəvi  qələbəyə,  ikinci  yol  ictimai-

maddi qələbəyə aparır. 

Əsərin sonunda Arifin yeni mənəvi mövqedən – in-

qilabçı-filosof mövqeyindən çıxışı - son monoloqu verilmə-

mişdir və bu ilk baxışda əsəri yarımçıq göstərir. Bu, bəlkə 

də əsərin yazıldığı tarixi şəraitlə bağlıdır. Lakin Arif danış-

masa da, həssas oxucu onu eşidir. Arifin son monoloqu ha-

disələrin  məntiqi  davamından,  onların  inkişaf  dialek-

tikasından çıxır. Bütün əsər boyu izlənilən mənəvi prosesin 

bu  qanunauyğun  yekunu  artıq  oxucunun  öz  daxilində 

səslənir.  Bu  monoloq  əsərin  sonunda  iştirakçıların  da 



 

 

92 



daxilində səslənir və onlarda mühitin eybəcərliklərinə qarşı 

dərin  nifrət  hissi,  mübariz  ruh  yaranır.  Onların  hamılıqla 

İblisə  hücum  etməsi  mövcud  mühitə  qarşı  mübarizənin 

simvolu kimi səslənir. 




 

 

93 



 

 

 

 

 

Sıxılmış zaman  

və ya Cabbarlı fenomeni 

  

Bu  yaradıcılığın  yenidən  elmi 



dərkinə aşkar ehtiyac yaranmışdır.  

Yaşar QARAYEV 

 

  Qoca  Parmenidin  «İnsan  hər  şeyin  meyarıdır»,  – 



fikri,  heç  şübhəsiz,  zamana  da  aiddir.  Zamanın  böyüklüyü 

və  kiçikliyini  insan  bir  qayda  olaraq  öz  ömrünə,  daha 

konkret 

yanaşdıqda 

isə 

asudə 


vaxtına 

nisbətlə 

qiymətləndirir.  

Ömürlər özü də müxtəlif olur. Kim isə az ömürlə də 

tarixə düşür, kim isə hafizələrdə ancaq çox yaşadığına görə 

qalır. 19 il  yaşayıb  E.Qalua  da  olmaq  olar,  160  il  yaşayıb 

Şirəli Müslümov  da olmaq olar.  

Hər  halda,  nə  qədər  çox  fərqlənsələr  də  bu  ömürlər 

sürəklilik  baxımından  eyni  tərtiblidir.  Bir  növ  «insan 

ömrü»  anlayışının  hüdudlarıdır.  Bir  foton  ömründən 




 

 

94 



milyardlarla  dəfə  çox,  bir  ulduz  ömründən  milyardlarla 

dəfə az.  

Bəli,  insan  ömrünü  zaman  müddəti  baxımından  nə 

fotona,  nə  ulduza  bərabərləşdirmək  olar.  Lakin  zaman 

ancaq müddət deyil. O, həm də sıxlıqla səciyyələnir. Yazıçı 

demişkən, gün var, əsrə bərabər... 

Ömrün  sadəcə  uzunluğu  ilə  fəxr  edənlər,  görünür, 

zamanın həm də sıxlıq dərəcəsi ilə ölçüldüyünü unudurlar. 

Eyni  həcmdə  hava  ilə  dəmirin  kütləsi  fərqli  olduğu  kimi, 

eyni  zaman  müddəti  də  insanın  tarixi  prosesdə  iştirak 

dərəcəsi,  ona  real  müdaxiləsi  baxımından  boş  və  dolu  ola 

bilər. Tarixin  bilavasitə  yaradıcıları,  milli  ruhun  bilavasitə 

daşıyıcıları  ilə  milli  inkişaf  prosesindən  kənarda  öz  fərdi 

həyatlarını  yaşayan  adamların  ömür  sıxlığı,  təbii  ki,  eyni 

deyil.  Öz  şəxsi  həyatlarını,  talelərini  millətin  taleyi  ilə 

bağlayan  insanların  ömrü  millətin  ömrü  ilə  vəhdətdə 

əbədiyyətə qovuşur.  

Tale  insana  öz  ömrü  ilə  yanaşı  neçə-neçə  ömürlər 

yaşamaq  şansı  verir.  O,  dünyaya  gəldiyi  və  müstəqil 

mənada yaşadığı vaxtla məhdudlaşmayıb, keçmiş əsrləri və 

hətta gələcəyi də ehtiva etmək imkanına malikdir. İnsan tək 

öz  şəxsi  həyatının  xoş  və  faciəli  məqamlarını  yaşamaqla 

kifayətlənməyərək,  başqalarının  keçirdiyi  hiss  və 

həyəcanları  da  bölüşmək,  özününküləşdirmək,  keçmişdə 

baş  verən  hadisələrin  dramatizmini  bir  daha  yaşamaq,  bu 



 

 

95 



günün  ictimai-siyasi  və  mədəni-mənəvi  inkişaf  meyllərini 

ekstropolyasiya etməklə gələcəyi də öz ömrünə daxil etmək 

əzmindədir.  

...19 


yaşında 

müasir 


riyaziyyatın 

yeni 


istiqamətlərindən  birinin  təməlini  qoyan  Qalua  ilə,  25 

yaşında  fizikada  iki  böyük  inqilab  edən  A.Eynşteyn  ilə 

yanaşı  60  yaşından  yazmağa  başlayan  Sədi  Şirazi  də,  100 

yaşında sənətin zirvəsində inamla dayanan Aşıq Ələsgər də 

reallıqdır. Fikrin ən iti və ən qanadlı məqamı ilə ən soyuq 

və  ən  ləngərli  məqamı  adətən  müxtəlif  qütblərdə:  biri 

cavanlıqda, biri qocalıqda üstünlük təşkil edir.  

Bəli, kim isə çox gənc ikən iti fikrin və entuziazmın 

qanadında,  kim  isə  ağsaqqal  çağında  hikmətin  işığında 

ucalır. Lakin yaş və yaradıcılığın nisbəti baxımından məni 

heç kim Cabbarlı qədər heyrətləndirməyib.  

Cabbarlıda  gənclik  və  müdriklik  qoşadır.  O  hələ  ən 

gənc  yaşlarında  sənətin  poeziyasını  qoca  fəlsəfənin  hüzu-

runa  gətirir.  Və  eyni  ustalıqla  qocaman  cəmiyyətin  qart 

problemlərinə çağdaş həyatın al-əlvan libasını geyindirir.  

Qədimdə  də,  indi  də  –  bütün  tarix  boyu  insan 

qarşısında  həmişə  eyni  fəlsəfi  problemlər  dayanır.  Bunlar 

ilk növbədə insanın cismi, nəfsi və mənəviyyatı arasındakı 

münasibət və mücadilənin şəxsi və sosial prizmada, ailə və 

tarix  miqyasında  müxtəlif  təzahürləridir.  Bir  tərəfdən, 

cismani  tələbat,  nəfs  və  onun  ödənilməsinə  yönəldilmiş 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə