Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə21/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

 

 

83 



yaqətlə  yaşamağa  çalışan Ariflə onu  mühitin çirkabına  sü-

rükləmək  istəyən  İblis  arasında  daha  kəskin  gedir.  Bir 

qədər  sadələşdirdikdə  bu  mübarizə  insan  ilə  mühit 

arasındakı mübarizədir. 

Arifin taleyi ilə tanış olduqda təbii bir sual ortaya çı-

xır.  İctimai  mühitdən  kənarda,  onun  fövqündə  dayanmaq 

ümumiyyətlə mümkündürmü? İnsan özü naqis mühitdə ola-

ola bu mühitə qarşı çıxa bilərmi? Mühitin təqdir etdiyini in-

kar edə bilərmi? Bəlkə elə mövcud ictimai mühit şəraitində 

İblisin qələbəsi zəruridir, ona qarşı mübarizə əbəsdir? Axı 

məlum müddəaya görə, insan ictimai mühitin məhsuludur. 

Bu  doğrudur.  Lakin  mövcud  üsuli-idarə  və  siyasətlə 

şərtlənən  hakim  mühitdən  başqa  xalqın  əsrlərdən  bəri  ye-

tirib yaşatdığı, nəsildən nəslə ötürdüyü sağlam mənəviyyat 

da  vardır.  Bu  mənəviyyatı  özündə  gəzdirən  insan  hakim 

mühitdən  daha  zəngindir.  Məhz  buna  görə  də  insan  eyni 

zamanda  mühiti,  şəraiti  dəyişdirən,  "tərbiyə  verənin özünə 

(mühit)  də  tərbiyə  verən"  (Marks)  qüvvədir.  Böyük  hərflə 



İnsan məhz lazım gəldikdə naqis mühitin fövqündə durma-

ğı, ona qarşı mübarizə aparmağı və özü ilə həmagəng olan 

yeni mühit yaratmağı bacaran insandır. Əlbəttə, bu mübari-

zədə qalib gəlmək çətindir. Naqis, kəsirli ictimai mühitdə – 

müharibələrə  sövq  edən,  altunlara  hakimiyyət  verən,  mə-

həbbətin  tapdanılmasına  yol  açan  bir  mühitdə  insan  çirkli 

dəryada  üzən  təmiz  qayıqdakı  kimidir;  müvazinət  azca 



 

 

84 



pozulduğu təqdirdə çirkli sular insanı öz ağuşuna ala bilər. 

"İblis"də  tərənnüm  olunan  müvazinət  zəka  ilə 

xarakterin,  hiss  ilə  ağılın,  ehtiras  ilə  təmkinin,  əqidə  ilə 

iradənin  müvazinətidir,  onların  ahəngdar  vəhdətidir.  Bu 

vəhdət  qırıldıqda,  müvazinət  pozulduqda  İblisin  insan 

mənəviyyatına  daxil  olması  üçün,  yaxud  mühitin  təlqin 

etdiyi mənfur cəhətlərin təzahürü üçün şərait yaranmış olur. 

Nə  qədər  ki,  Arifin  mənəvi  aləmində  ahəng 

pozulmamışdı,  o,  İblisi  daxilinə  buraxmır,  onun  açdığı 

qapılardan - altun və qurşun qapılarından keçmirdi. Elə ki, 

Arif  fərdi  məhəbbəti  yolunda  mühitin  mənfur  maneələrinə 

rast  gələrək,  onlara  qarşı  dayanmaq  əvəzinə  onlarla  sazişə 

girir,  elə  ki,  məhəbbət  öz  ecazkar,  ruhani  xarakterini 

dəyişib  eqoist  xarakter  alır,  ağıl  hissə,  təmkin  ehtirasa 

güzəştə gedir, xarakter və iradə zəka və ideyanı tamamlaya 

bilmir, onda Arif İblisin açdığı rakı (şərab) qapısından keçir 

və  dumanlanmış  Məni tərəfindən  heç  bir  müqavimətə  rast 

gəlməyərək, altun və qurşun dünyasına daxil olur. 

Arifin düşdüyü halı İblis belə mənalandırır: 

Vurulub bir qıza pabus oldun, 

Xırsız oldun, meyə mənus oldun. 

Əslində  isə  Arifi  İblisə  uymağa  məcbur  edən 

məhəbbət  deyil,  bu  məhəbbətin  təmkin  və  iradə  ilə 

tamamlanmaması, yarımçıq və eqoist xarakter daşımasıdır. 

Zira, məhəbbət insanı alçaltmalı deyil, yüksəltməlidir. Arifi 

alçaldan isə onun öz gözəl məqsədinə çatmaq üçün istifadə 




 

 

85 



etdiyi eybəcər yollardır. Bu yollar Arifin yaşadığı mühitdə 

salınmış  yollardır.  Bu  yollarla  altuna  çatmaq  olar,  lakin 

qarşılıqlı məhəbbətə, vüsala çatmaq olmaz. 

Rənanı da yanılmağa vadar edən, İbn Yəminlərin ar-

xasınca sürükləyən tək bir mənəvi keyfiyyətin – qisas hissi-

nin  mənəviyyatın  ümumi  ahəngindən  ayrılaraq  mütləqləş-

məsi, bütün başqa hissləri, hətta məhəbbət hissini də gölgə-

də qoymasıdır. Qisas hissi o dərəcədə mütləqləşir ki, Rəna-

nın hətta ailə qurmaq meyarı da məhəbbət yox, qisas olur: 

Bulsa hər kim babamın qatilini,  

Bil ki, məmnun edər ancaq o məni. 

Fərdi qisasçılıq hissi Rənanın yeganə həyat amalına 

çevrilməsəydi,  fərdi  məhəbbət  Arifin  digər  insani 

keyfiyyətlərini  pərdələməsəydi,  İblis  onların  dünyasına 

nüfuz edə bilməzdi. 

Mühit  nə  qədər  eybəcər  olursa  olsun,  İblis  nə  qədər 

güclü olursa olsun, insan öz şəxsi mənəvi dünyasında zəif-

lik göstərməsə, səhvə yol verməsə məğlub olmaz. İblisə yol 

açan belə səhvlərdən biri müəyyən bir fərdi hissin mütləq-

ləşməsidir, hər hansı bir mənəvi keyfiyyətin, duyğunun, eh-

tirasın ölçü həddini keçərək öz əksliyinə çevrilməsi, insanın 

əqidə və amalına zidd mahiyyət kəsb etməsidir. Bu baxım-

dan, müəllif insanın mənəvi aləmində əksliklərin vəhdəti və 

mübarizəsi problemini qabarıq şəkildə qoymuş, insanın İb-

lislə mübarizəsinin yalnız xarici ziddiyyət məqamını deyil, 

həm  də  daxili  ziddiyyət  məqamlarını  müvəffəqiyyətlə, 




 

 

86 



yüksək bədii ustalıqla əks etdirə bilmişdir. 

Əsərdən həm də belə bir məntiqi nəticə hasil olur ki, 

insan  öz  daxili  aləmini  dərk  etmədən  mühiti  dərk  edə  bil-

məz və ona qarşı dayana bilməz. Kamil mənəviyyata malik 

olmadan mühitin təzyiqinə tab gətirə bilməz. Fərdi hisslərin 

məhdud  dairəsini  keçib,  onları  ümumbəşəri  hisslərlə 

tamamlaya  bilməsə,  fəlsəfi  baxımdan  mənalandırmaq 

səviyyəsinə yüksələ bilməsə çirkli mühitdə saf qala bilməz. 

Hamlet  ona  görə  filosofdur  ki,  o,  fərdi  qisasçılıq 

hissindən yüksəkdə dayanır, kiminsə eybəcərliyi arxasında 

bu eybəcərliyi doğuran naqis mühiti - dünyanı görür və tək 

əmisini  deyil,  bütövlükdə,  həmin  naqis  dünyanı  özünə 

düşmən  sayır.  Bununla  belə,  Hamlet  bu  naqisliklərin  əsil 

səbəbini və ona qarşı mübarizə yolunu tapa bilmir. 

H.Cavidin  qəhrəmanları  isə  inkişaf  prosesindədirlər. 

Onlar  əvvəlcə  İblisi  yaxına  buraxmaq  istəmir,  hakim 

mühitin tələblərindən, real həyatdan uzaq qaçırlar. İblisin - 

hakim mühitin eybəcərliyini hiss etsələr də, dərk etmir, fəal 

mövqedə  dayana  bilmirlər.  Sonra  real  həyata  daxil  olur, 

fərdi  hisslərə  uyur  və  özləri  də  bilmədən  eybəcər  mühitin 

çirkabına  bulaşırlar  (inkar  məqamı).  Daha  sonra  isə  öz 

səhvlərini dərk edir, İblisin mahiyyətini anlayır və onu rədd 

edir (inkarı inkar məqamı). Lakin bu inkişaf asanlıqla, öz-

özünə həyata keçməyib, gərgin daxili mübarizənin, mürək-

kəb dramatik hadisələrin nəticəsi kimi ortaya çıxır. Burada 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə