Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə17/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 

 

66 



("İblis"  kimi  realistik  bir  əsər  üçün  belə  bir  sonluq 

bağışlanmaz olardı). Əsər Arif üçün ən gərgin və faciəvi bir 

vəziyyətdə,  ziddiyyətlərin  kulminasiyasında  bitir  və  belə 

təəssürat yarana bilər ki, Arifin inkişaf yolu öz tam əksini 

tapmamışdır,  yarımçıq  qalmışdır.  Əslində  isə  belə  deyil. 

Zirvəyə  qalxdıqda  dağın  o  biri  üzü  də  göründüyü  kimi, 

məhz əsərin finalında, hadisələrin kulminasiyasında Arifin 

həyatının üçüncü  mərhələsi  aşkar  görünür.  Arif  daha  artıq 

ədalət  haqqındakı  mücərrəd  düşüncələrdən  ayrılmış, 

həyatın  sərt  həqiqəti  ilə  üz-üzə  dayanmışdır.  O,  şərin  əsil 

mənbəyini  -  İblisin ictimai  mahiyyətini  dərk  etmiş  və  ona 

qarşı  silahsız,  gücsüz  mübarizə  aparmağın  mümkün 

olmadığını başa düşmüşdür. Şaşqınlıq mərhələsində İblisin 

iradəsi ilə əlinə alıb işlətdiyi silahı Arif indi İblisin, eybəcər 

ictimai  mühitin  ozünə  qarşı  çevirmək  səviyyəsinə 

yüksəlmişdir. Əsərdə hətta silah da rəmz kimi çıxış edir və 

onun  da  keçdiyi  inkişaf  yolunu  izləmək  mümkündür;  İbn 

Yəminin  əlindəki  silah,  Arifin  əlindəki  silah  və  Elxanın 

əlindəki  silah.  Başqa  cür  şərh  etsək,  yəni  məhz  Arif-silah 

münasibətini  izləsək,  belə  demək  olar;  əvvəlcə  Arif 

silahsızdır,  silah  yalnız  İbn  Yəminlərin  əlindədir;  sonrakı 

mərhələdə  Arif  də  əlinə  silah  alır  və  onu  məhz  İbn 

Yəminlərin  işlətdiyi  kimi  işlədir,  lakin  bu  mövqe  ona 

hakim  kəsilə  bilmir,  daxilində  hələ  sönməmiş  olan  ədalət 

və  insanpərvərlik  hissi  ilə  toqquşaraq,  kəskin  mənəvi 



 

 

67 



mübarizəyə  səbəb  olur;  həyatın,  mühitin  silah  götürmək 

tələbi  haqq,  ədalət  tələbi  ilə  birləşərək  tamamilə  yeni 

məzmun  və  məna  kəsb  edir.  Arif  silahının  bu  yeni 

məzmunu  bilavasitə  Elxanın  fəaliyyətində  özünü  göstərir 

və  axırıncı  mərhələdə  silah  İbn      Yəminlərin      tərki-silah 

olunmasına,   haqq-ədalət işinə xidmət edir. 

"Faust"da  olduğu  kimi,  "İblis"də  də  məntiqi 

sonluqdan  başqa,  rəmzi  sonluq  da  vardır.  Bu  əsərin 

ideyasının  düzgün  anlaşılması  üçündür.  Cavid  rəmz  kimi 

mələklərdən  deyil,  real insan  obrazından  istifadə  etmişdir. 

Bu rəmz - Elxandır. Arif əsərin sonunda mövhumi cənnətə 

deyil, Elxanın hakim olduğu real ədalət dünyasına köçür. 

Arifin gələcəyi - həyat yolunun üçüncü mərhələsi bu 

rəmz vasitəsilə daha aşkar əks etdirilmişdir. Həm də Elxan 

obrazı və onunla bağlı səhnə fa-ciənin ideya bütövlüyünü, 

nikbin ruhunu daha qabarıq vermək üçün ən yaxşı vasitədir, 

Elxan  -  öz  gücünü  dərk  etmiş  və  gücə  istinad  edən 

həqiqətin  -  ictimai  inqilabın  rəmzidir.  Elxanın  rəmzi 

mənası  nəzərdən  qaçırıldıqda  onu  asanlıqla  anarxist  kimi, 

utopist  kimi  və  hətta  dindar  kimi  qələmə  vermək 

mümkündür.  Halbuki  o,  Faustdan  fərqli  olaraq,  dənizi 

qurutmaq və onun hesabına adamlara torpaq paylamaq kimi 

utopik  fəaliyyətlə  deyil,  ictimai  ədalətsizliyə  qarşı  çıxmaq 

və  ədaləti  güc  vasitəsilə  bərqərar  etmək  kimi  real  bir  işlə 

məşğuldur. 



 

 

68 



İblis  dünyadakı  vəhşətlərdən  qaçan,  bir  növ  tərki-

dünyalıq  mövqeyi  tutan  insanı  həyata  daxil  edir.  Lakin  bu 

həyat  eybəcər  həyatdır,  cinayətlərlə  doludur.  İblis  insana 

həyatın  məntiqini,  bu  həyatda  nailiyyətlərin  açarını, 

üsulunu  öyrədir,  lakin  bu  həyata  qarşı  çıxmaq,  onunla 

mübarizə  etmək  üçün  yox.  İblis  bunu  heç  ağlına  da 

gətirmir. 

İblis, doğrudan da, realistdir, habelə ağlı və biliyi ilə 

seçilir və bu mənada, doğrudan da, Lüsiferi və Mefistofeli 

xatırladır. Qabili və Faustu ən çox cəlb edən bu mövhumi 

qüvvənin  qeyri-adi  və  qeyri-məhdud  biliyidir.  Hətta 

M.Y.Lermontovun  Demonu  da  sevdiyi  qıza  məhəbbəti 

müqabilində idrak vəd edir: 

Açım əvəzində sənə tamamən 

 İdrakın ən dərin sirlərini mən.

1

 

Bütün  İblislərə  xas  olan  ağıl,  bilik  Cavidin  İblisi 



üçün  də  yad  deyil.  Lakin  simvolun  özü  üçün  bu  dərəcədə 

xarakterik  olan  bu  cəhət  onun  əks  etdirdiyi  obyektə  də 

uyğun gəlirmi? - Tamamilə. 

Bu  mənada  A.  Şaiq  ingilis  imperializminin  fitnə-

fəsadlarını, müstəmləkə siyasətini də İblis rəmzi  kimi  izah  

etməkdə  tamamən    haqlıdır.      Zira,  fitnə-fəsad  da  əslində 

ağlın  törəməsidir.  Rəqabin  zəif  cəhətlərindən  məharətlə 

                                           

1

 

M.Y. Lermontov. Əsərləri, IIjild, Bakı, 1964, səh. 398. 




 

 

69 



istifadə  etmək  üçün  də  ağıl  lazımdır.    Azlıqın  çoxluq 

üzərində hakimiyyətini hələ bir qədər də qoruyub saxlamaq 

üçün  təkcə  güc  deyil,  həm  də  ağıl  lazımdır.  Bu  cəhətlər 

İblisə doğrudan da xasdır və yəqin buna görədir ki, A.Şaiq 

yazır: "İblis kəskin ağla və sarsılmaz iradəyə malikdir… O, 

bütün qüvvətini və hərarətini ağıl və mühakimədən alır."

2

  

  Digər  tərəfdən  də,  burcua  cəmiyyəti  hələ 



yaranışdan  elm  texnikann  nailiyyətlərinə  arxalanmış, 

bundan 


öz 

niyyəti 


üçün, 

iqtisadi 

hakimiyyəti 

gücləndirməyin  bir  vasitəsi  kimi  istifadə  etmişdir.  Hər  iki 

baxımdan, İblisin ağıl və fərasət sahibi olmas onun hakim 

ictimai  mühiti  təmsil  etməsinə  nəinki  zidd  gəlmir,  əksinə, 

bu fikri bir daha təsdiq edir. 

  İblis  məhz  öz  ağlı  ilə  insan  üzərində  yüksəlməyə 

çalışır, ona məsləhətlər verir, həyat həqiqətlərini «öyrədir». 

  Lakin  İblisin  özündənrazı  olmasının  səbəbləri  heç 

də  yalnız  onun  həm  güclü,  həm  də  ağıll  olması  deyil. 

Əksinə,  əsil  səbəb  həyat  həqiqətlərini  heç  də  axra  qədər 

dərk edə bilməməsi, yalnz özünə faydalı olanları bilməklə 

kifayətlənməsidir.  İblis  ona  görə  özündən  razdr  ki,  çox 

gözəl bildiyi cari «həyat həqiqətlərinin» əslində müvəqqəti 

olduğunu və bir gün öz yerini həqiqətə verəcəyini bilmir. 

  İnsan cari həyatı pis bilir, ən çox ona görə ki, onun 

                                           

2

 A. Şaiq. Əsərləri, IV jild, səh. 187. 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə