Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə16/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 

 

62 



Buna bənzər fikirlər ayrı-ayrı konkret situasiyalarda, 

xüsusi  emosional-psixoloji  vəziyyətlərdə  -  bədbinlik 

məqamlarında digər iştirakçılar tərəfindən də söylənilir. 

İxtiyar deyir: 



Yüz, min deyil iblisə uyan...həp bəşəriyyət 

 Etmiş bu gün ev yıxmağa, qan içməyə adət. 

yaxud: 


Yox kimsədə mərhəmətlə vicdan, 

 İnsanlığı  həp unutdu insan. 

Xavər deyir: 

 

İblisə uyub da əhli-aləm, 

 

Həp yer üzüqanlı, cümlə sərsəm... 

Hətta Arif belə xüsusi həyəcan və sarsıntı keçirərkən 

bu hissə qapılır: 



Yalnız deyil insanlara; vəhşilərə sorsan, 

 Onlar belə insandakı vəhşiliyə heyran. 

"Şər  insanın  təbiətindədir"  fikrinin  Cavidə  şamil 

edilməsinin üçüncü "əsası" - subyektiv səbəbi isə, yuxarıda 

artıq  qeyd  etdiyimiz  kimi,  dramaturqu  "şərin  mənbəyi 

İblisdir" fikrindən "xilas etmək" təşəbbüsüdür. 

  Lakin,  bizcə,  Cavid  yaradıcılığının  tədqiqində 

məqsəd  və  əsas  motiv  ona  haqq  qazandırmaq,  onu  "xilas 

etmək"  və  s.  bu  kimi  subyektiv  meyllər  ola  bilməz  - 

Cavidin buna ehtiyacı yoxdur. 

Məqsəd  -  əsl  həqiqəti  üzə  çıxarmaq,  əsərin  həqiqi 




 

 

63 



məntiqi  təhlilini  vermək,  müəllif  ideyasını  olduğu  kimi 

müəyyənləşdirməkdir. 

Əvvəlcə  müqayisə  üçün  dünya  ədəbi  tənqidinin 

"Faust"a və "Qabil"ə münasibətinə nəzər salaq. 

Faust  adam  öldürür,  lakin  qatil  olmur;  çünki  bu 

təsadüfidir  və  ya  Mefistofelin  felidir.  Sevgilisini  atır, 

övladının  taleyini  unudur,  lakin  ləyaqətsiz  sayılmır;  çünki 

daha  böyük  məqsədlər  naminə  onları  tərk  etməyə  məcbur 

idi.  Mefistofellə  (iblislə)  əl-ələ  verib  hər  cür  eybəcər  eyş-

işrətdə  iştirak  edir,  amma  yenə  də  hər  cür  eybəcərlikdən 

uzaq  hesab  olunur;  çünki  Faust  bunları  dünyanı  öyrənmək 

naminə edir və s. 

Qabil  ata-anasının  üzünə  ağ  olur,  onu  sevən 

qardaşını  öldürür,  dünyada  ilk  ölüm  hadisəsinin  səbəbkarı 

olur,  lakin  tənqid  onu  ölməzlik  uğrunda  mübariz  kimi 

təqdim edir, ona əməlinə görə yox, istəyinə görə, hadisəyə 

görə  yox,  mahiyyətə  görə,  təsadüfən  (?!)  əlindən  çıxan 

xətaya  görə  yox,  böyük  ideallarına  görə,  üsyankarlıq, 

inqilabçılıq  xislətinə  görə  qiymət  verir,  qatil  kimi  deyil, 

müsbət obraz kimi səciyyələndirir. 

Bəs Arifin tənqid taleyi bu baxımdan necədir? 

Arif  çılğın  vəziyyətdə,  aşkar  stress  halında,  adam 

öldürərkən, 

qeyd-şərtsiz, 

peşəkar 

qatil 


kimi 

səciyyələndirilir, özünü itirdiyindən (keçid-istihalə dövrü!) 

mənəviyyatı  ilə  heç  cür  uyuşmayan  hərəkətlər  edərkən 



 

 

64 



onun  "caniyə",  "ən  eybəcər  məxluqa"  çevrilməsindən, 

"iblisləşməsindən" danışılır. 

Niyə?  Nəyə  görə  "Faust"a,  "Qabil"ə  mahiyyət 

baxımından,  "İblis"ə  isə  hadisəçilik  baxımından  qiymət 

verilməlidir? 

Bəlkə  Cavid  bu  hadisələrin  Arifin  deyil,  mühitin 

mahiyyətindən  irəli  gəldiyini  qabarıq  şəkildə  çatdıra 

bilməmişdir?  Bəlkə  burada  sənətkarlıq    nöqsanı  vardır? 

Xeyr.  Əksinə,  Cavid  elə  bil  bunu  bilmiş    kimi    əsərin  

düzgün      başa    düşülməsinə  nail  olmaq  üçün  Arifin mənfi 

hərəkətlərini  "çılğın",  "sinirli",  "son  dərəcə  həyəcanlı  və 

müztərib",  "şaşqın".  "sərxoşca  qəhqəhə  ilə"  və  s.  bu  kimi 

sözlərlə  müşayiətdə  verir,  həmin  məqamlarda  Arifin  öz 

təbii  halından  çıxmış  olduğunu  göstərir.  ("Faust"-da  isə 

belə izahlar yoxdur. Bu da təbiidir. Çılğınlıq güclü ehtiras 

Şərq  adamı  üçün  daha  səciyyəvidir.  Bu  baxımdan  son 

dərəcə ağıllı və soyuqqanlı Fausta buraxdığı səhvlərə görə 

bəraət qazandırmaq çətindir). Bu məqamda Arif elə bil ki, 

köhnə  yatağından  çıxmış,  yeni  yatağını  isə  tapmamış 

daşqın  çay kimidir. 

"İblis"in 

təhlili  zamanı  buna  xüsusi  diqqət 

yetirilməlidir ki, Arif amalı, mövqeyi qabaqcadan bəlli olan 

və  axıradək  bu  amala  "sadiq  qalan"  stabil  obraz  kimi 

səciyyələndirilə  bilməz.  Onun  hər  hansı  bir  halını 

mütləqləşdirməyə  çalışanlar  qabaqcadan  məhkumdurlar. 




 

 

65 



Çünki Arif - prosesdir. Onun keçdiyi yolun əvvəli, ortası və 

axırı  var.  Arifi  yalnız  bu  məqamların  hamısını  nəzərə 

almaqda  səciyyələndirmək  olar.  Ən  başlıcası  isə  prosesin 

istiqamətinin  düzgün  müəyyənləşdirilməsidir.  Yol  öz 

hissələrinin  sadəcə  cəmi  deyil,  öz  yolçusunu  hara  aparıb 

çıxarması ilə, istiqaməti ilə müəyyən olunur. 

"İblis"    əsərində    Arifin    inkişaf  yolunun  son 

(üçüncü) həddi göstərilirmi? 

Doğrudan da, "Faust"dakından fərqli olaraq "İblis"də 

qəhrəmanın gəldiyi son qənaət və onun fəaliyyəti bilavasitə 

konkret hadisələrlə göstəril-məmişdir. "Faust" əsəri insanın 

qələbəsi  ilə  bitir.  Əgər  "Faust"  və  "İblis"in  təhkiyələri 

müqayisə  olunarsa,  onda  ilk  baxışda  "İblis"in  sonluğunun 

"Faust"un birinci hissəsinə uyğun gəldiyi zənn olunar. Belə 

ki, birinci hissə müəyyən mənada Mefistofelin qələbəsi ilə 

bitir.  Faust  bədbəxt  və  şaşqındır,  vicdan  əzabı  çəkir, 

tərəddüd  keçirir.  İkinci  hissə  xeyli  fantastik  və 

mürrəkəbdir,  lakin  sonluqda  Faust  haqq  yolunu  tapır  - 

bəşəri fəaliyyəti, insanlıq üçün çalışmağı hər şeydən üstün 

tutur.  Ən  nəhayət,  əsərin  epiloqunda  Faustun  qələbəsi 

simvolik şəkildə - cənnətə köçmə səhnəsi ilə göstərilir. Bu 

aş-kar sonluq tənqidçilərin işini xeyli asanlaşdırır. 

Belə  bir sonluq  "İblis"də də  vardır.  Deməli,  "İblis"i 

"Faust"un yalnız birinci hissəsi ilə müqayisə etmək düzgün 

olmazdı. Lakin "İblis"dəki sonluq Arifi cənnətə köçürmür. 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə