Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə12/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 

 

46 



(hakim  həyat  tərzinin)  təsiri  altına  düşsə  də,  nəticədə 

əlindəki  silahı  hakim  mühitin  özünə  qarşı  çevirəcəyinə 

şübhə yeri qalmır. 

Əlbəttə, şər -  İblis öz aləmində  müəyyən  qələbələrə 

nail  olur (necə  ki,  Mefistofel  artıq  Faustu  özününkü  hesab 

edirdi), insanı müəyyən konkret cinayətlərə sürükləyə bilir, 

lakin  onun  daxilindəki  həqiqət  hissini  öldürə  bilmir  və 

əksinə, bu hiss - onun daşıyıcısı, nəhayət, həyata açıq gözlə 

baxmağı öyrənir, passiv şikayətçilik mövqeyi tutmaq və ya 

zora təslim olmaq əvəzinə, ona bir vasitə kimi yiyələnmək 

zərurətini dərk edir, 

Beləliklə, ideyalar arasındakı gərgin mübarizə tərəf-

lərdən  hər  hansı  birinin  qələbəsi  ilə  deyil,  onların  hər  iki-

sinin dialektik inkarından doğan yeni bir ideyanın qələbəsi 

ilə bitir. Bu, həqiqət və gücün vəhdəti ideyasıdır. Bu həmin 

ideyadır ki, H.Cavidin sonrakı əsərlərində kitab və qılıncın 

vəhdəti şəklində davam etdirilir. Ayrılıqda hikmət, həqiqət 

və  ayrılıqda  küc,  qüvvət  deyil,  hikmətə  xidmət  edən 

qüvvət, qüvvətə arxalanan hikmət tərənnüm edilir. 

Gücə  belə  konkret  münasibət  "İblis"  əsəri  üçün  də 

tamamilə  səciyyəvidir.  Burada  Cavid  heç  də  hər  cür  gücü 

deyil,  yalnız  "hikmətlə  cilovlanmamış"  (Horatsi),  həqiqət 

cövhəri  ilə  pardaqlanmamış,  ədalətə,  haqq  uğrunda 

mübarizəyə  qarşı  yönəldilmiş  qaba,  nadan  gücü,  zülm  və 

bədbəxtlik  səpən  gücü  inkar  və  ifşa  edir.  Yer  üzərində 



 

 

47 



ədaləti  bərqərar  etməyə  yönəldilmiş  gücü,  həqiqət 

yolçularının gücünü isə, əksinə, təqdir və tərənnüm edir. 

İblis  obrazına  münasibət  məsələsində,  bir  tərəfdən, 

bu  obrazın  mifoloji  İblis  və  demonizm  problemi  ilə 

əlaqələrinin  axtarılmasında,  digər  tərəfdən  də,  klassik 

ədəbiyyatdan  məlum  olan  bir  sıra  İblis  obrazları  ilə 

müqayisələr zamanı yol verilən sərbəstlik və aludəçilik çox 

vaxt  tədqiqatçıları  konkret  məntiqi  təhlildən  yayındırır, 

əsərin  öz  məzmun  və  ideyasından  uzaqlaşdırır,  faciənin 

özünəməxsus,  orijinal  cəhətlərinin  və  spesifik  ideya 

çalarlarının kölgədə qalmasına səbəb olur. 

Bizcə, əsərin düzgün şərhi üçün İblis anlayışının tari-

xən necə meydana gəldiyini, min illərdən bəri ona münasi-

bətin  necə  dəyişdiyini,  müxtəlif  dövrlərdə  və  konkret  icti-

mai  şəraitlərdə  ədəbi  əsərlərdə  İblis  obrazına  müraciətin 

özünəməxsus cəhətlərini izləməkdən daha çox, məhz Cavid 

dövründə  Azərbaycanda  İblis  anlayışının  hansı  mənada 

işlənildiyini müəyyənləşdirmək



 və əgər bu mümkündürsə, 



müəllifin  özünün  "İblis"  faciəsinə  və  İblis  obrazına  şəxsi 

münasibətini  nəzərə  almaq  və  nəhayət,  əsərin  öz  məntiqi 

                                           



  Azərbayjanda  İblis  anlayışına  ənənəvi  münasibət  onun  şər 



timsalı  kimi  qiymətləndirilməsidir.  Xalq  arasında  İblisə inqilabçı 

kimi  baxmaq  meyli  ağlabatmaz  haldır.  Bu  meyl  yalnız  Qərb 

ədəbiyyatının  bir  qisim  nümayəndələri  üçün  xarakterik  olub 

Azərbayjan gerçəkliyinə yaddır. 




 

 

48 



təhlilindən çıxış etmək daha məqsədəuyğundur. 

H.Cavid  irsinin  fəlsəfi,  ədəbi  və  mifoloji  zəmin  və 

ənənələr  fonunda,  müqayisəli  şəkildə  öyrənilməsi,  əlbəttə, 

təqdirəlayiq hadisədir. Lakin əvvəlcə əsərin fəlsəfi-məntiqi 

təhlilini vermədən, onun əsas ideya istiqamətini və müəllif 

mövqeyini müəyyənləşdirmədən müqayisəli təhlilə keçmək 

uğurlu  nəticə  verə  bilməz.  Bizcə,  İblis  obrazının  ədəbi 

tənqiddə  taleyi  məhz  belə  uğursuzluq  nümunələrindən 

sayıla bilər. 

İblis  obrazına  ədəbi  tənqiddəki  müxtəlif  münasibət-

ləri ümumiləşdirsək və təsnif etsək, iki bir-birinə tamamilə 

əks  olan  mövqe  ilə  rastlaşmış  olarıq:  bir  mevqeyə  görə, 

İblis şər qüvvələri ifadə edir və təbii ki, mənfi obrazdır. Di-

gər mövqeyə görə, İblis şər qüvvələrin ittihamçısı və demə-

li, müsbət qəhrəman kimi çıxış edir. H.Cavidin "şər qüvvə-

lərin" təbiəti və mənşəyi məsələsini necə həll etdiyinə dair 

də ədəbi tənqiddə fikir ayrılıqları olduğundan bu mövqelər 

hər  biri  öz  növbəsində  üç  yerə  bölünür.  Birinci  mövqeyə 

görə,  ya  şərin  mənbəyi  Allahdır  və  İblis  Allahın  törətdiyi 

cinayətlərin  timsalıdır,  ya  şərin  mənbəyi  insandır  və  İblis 

insanın özündədir, ya da şərin mənbəyi naqis ictimai mühit-

dir və İblis bu mühitin timsalıdır. İkinci mövqeyə görə, İb-

lis özü şərdən kənardadır və hadisələrə qiymət verərkən ya 

Allahı  şərin  yeganə  mənbəyi  və  baisi  saymaqla  onu  ifşa 

edir,  ya  şəri  insanın  təbiəti  ilə  bağlayır  və  insanı  ifşa  edir, 



 

 

49 



ya da ictimai mühiti şərin törədicisi kimi ittiham edir. Hər 

iki  halda  prinsipial  fəlsəfi  əhəmiyyəti    olan  məsələ  şərin 



mənbəyinin  Allahda,  İnsanda,  yoxsa  ictimai  mühitdə 

axtarılması məsələsidir.  İblis  obrazının şərin timsalı, yox-

sa ittihamçısı olması isə daha çox dərəcədə bir ifadə, təsvir 

metodu olmaqla bədii sənətkarlıq məsələsidir. Lakin aşağı-

da  görəcəyimiz  kimi,  bu  ikinci  cəhət  də  müəllifin  fəlsəfi 

mövqeyinin düzgün açılması üçün ciddi əhəmiyyətə malik-

dir. Allahı şərin baisi hesab etmək üçün əvvəlcə onun möv-

cudluğunu qəbul etmək lazımdır. Şərin əsil ictimai mənbə-

yini qoyub, göylərdə ona mənbə axtarmaq (hətta bu mənbə-

yi  Allahda  görmək  belə)  XIX  əsrin  əvvəlləri  üçün  (mə-

sələn,  Bayron)  bir  orijinallıq  və  cəsarət  idisə,  XX  əsrin 

əvvəlləri  üçün  ya  deyilənlərin  təkrarı,  ya  da  dövrün 

mütərəqqi fikir axınından geri qalmaq kimi qiymətləndiril-

məlidir. Əgər H.Cavid Qərb ədəbiyyatında dərin kök salmış 

və artıq ənənəviləşmiş bir ideyanı sadəcə olaraq təkrar et-

səydi və ya hətta müəyyən dəyişikliklərlə və ən gözəl bədii 

formada təkrar etsəydi, bu, şairin nə böyüklüyündən, nə də 

filosofluğundan  danışmağa  əsas  verərdi.  Zira,  mütəfəkkir 

ədibin böyüklüyü birinci növbədə onun təsdiq və təbliğ et-

diyi ideyanın orijinallığı və böyüklüyü ilə müəyyən olunur. 

Əsərin  əsas  ideyasını  kənarda  qoyub  İblisin,  İxtiyar 

şeyxin və s. sözlərini heç bir əsas olmadan müəllifin adına 

yazdıqda  faciənin  ideya  orijinallığı  şübhə  altına  alınmış 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə