Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə24/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

 

 

96 



fiziki-bioloji  üstünlük,  var-dövlət,  əmlak  üstünlüyü  və 

hökm,  rəyasət,  taxt-tac  üstünlüyü.  Digər  tərəfdən,  maddi 

yükdən  azad  olmaq,  imtina  etmək  hesabına  daxili  mənəvi 

yüksəliş,  intellektual  və  əxlaqi  üstünlük.  Sosial  müstəvidə 

nəfs iqtisadi və siyasi prizmalardan keçərək başqa donlara 

girsə  də,  mahiyyəti  eynidir.  Bütün  dövrlərdə  böyük  sənət-

karlar bu problemlərə müraciət etmiş və onları öz dövrünün 

və öz mühitinin konkret cizgiləri ilə qələmə almışlar.  

Cabbarlı da istisna deyil. O da Nizami kimi, Şekspir, 

Axundov, Dostoyevski, Cavid kimi var-dövlət və mənəviy-

yat  qarşıdurmasına,  sosial  determinizm  və  ictimai  azadlıq  

əksliyinə dəfələrlə müraciət edir və problemi öz dövrünün 

və  öz  mühitinin  rəngində,  konkret  təzahürlərində  qələmə 

alır.  


* * * 

SSRİ  dağıldıqdan  və  Azərbaycan  müstəqillik  əldə 

etdikdən  sonra,  yenidən  kapitalist  ictimai-iqtisadi 

münasibətlərini  özünə  inkişaf  yolu  kimi  seçən  ölkəmizin 

qarşılaşdığı  problemlər  bədii  ədəbiyyatda  öz  əksini  necə 

tapır?  Müasir  dövrdə  ictimai-siyasi,  sosial-iqtisadi  və 

mədəni-mənəvi müstəvilərdə baş verən böyük dəyişikliklər, 

heç  şübhəsiz,  insanların  fərdi  həyatına  da  müdaxilə  edir. 

Cəmiyyətlə  insan  arasında  harmoniya  pozulur.  Dağılmış 

köhnə  münasibətlərin  üzərində  yeni  dövrün  tələblərinə 

uyğun  yeni  münasibətlər  formalaşanadək,  sosial-mənəvi 



 

 

97 



harmoniya  yenidən    qərarlaşanadək  insan  «xaosun 

qaydaları»  əsasında  yaşamalı  olur.  Bax,  həmin  bu 

təbəddülatlı keçid dövrünün dramatizmini əks etdirən yeni 

ədəbiyyat  da  harmonik  həyata  qayıdışın  mühüm 

vasitələrindən biri olur.  

Bəs  hanı  bu  yeni  ədəbiyyat?!  Zahiri  yeniləşmə, 

həyatın üst qatlarındakı müasirlik, hadisəçilik səviyyəsində 

problemlər  və  konfliktlər  ədəbiyyatda  da  öz  əksini 

tapmaqla onu cılızlaşdırır, keçid dövrünün keçici hadisələri 

sırasına  müvəqqəti  cari  ədəbiyyat  da  əlavə  olunur.  Cari 

problemlərin  alt  qatlarını  açmağa,  müasir  cəmiyyətdə 

gedən  proseslərə  insanlığın  əzəli-əbədi  problemləri 

kontekstində 

baxmağa 


qadir 

olan, 


mahiyyətlər 

səviyyəsindəki invariantlara söykənən böyük ədəbiyyat isə 

elə  bil  ki,  yorulub  fasilə  vermiş  və  nəfəsini  heç  cür  dərib 

qurtara  bilmir.  Lakin  məhz  bu  keşməkeşli  keçid  dövründə 

bizə  haradan  gəlib  haraya  gedəcəyimizi  nişan  verə  bilən 

həqiqi böyük ədəbiyyat lazımdır.  

...Bu  günümüzü  mahiyyət  müstəvisində  əks  etdirə 

bilən  böyük  ədəbiyyat  intizarında  ikən  diqqətimiz  istər-

istəməz ötən əsrin əvvəlində Cəfər Cabbarlının inşa etməyə 

başladığı  əzəmətli  sənət  abidələrinə  yönəlir.  Və  yenə  də 

heyrətlənməyə bilmirsən. Onun bir sıra pyeslərində elə bil 

ki,  bu  günün  problemləri  əks  olunur.  (Bəli,  böyük 

klassiklər həmişə müasirdirlər). Digər tərəfdən isə görünür, 



 

 

98 



zaman  özü  təkrar  olunur.  Biz  yenə  də  ilkin  kapital  yığımı 

dövrünü, yeni zənginlərin yaranması – milli burcuaziyanın 

formalaşması  ərəfəsində  özünə  pozitiv  funksiya  tapa 

bilməyən  pulun  törətdiyi  eybəcərliklər  dövrünü  yaşayırıq. 

Yenə  də  kapital  dünyasının  açdığı  yeni  imkanlar  ona 

adekvat 


olan 

yeni 


əxlaqın  formalaşması  tempini 

qabaqlayır... Yenə də azad dünyaya açılan qapılardan yeni 

texnologiya  ilə  yanaşı  çürük  mənəviyyat,  pozulmuş  əxlaq 

da daxil olmağa çalışır.  

XX  əsrin  əvvəllərində  Bakıda  kapitalizm  özünün  ən 

klassik  formasında  sürətlə  inkişaf  edirdi.  Avropada  yüz 

illər ərzində gedən proses neft səltənətində on illər ərzində 

həyata keçirdi. Sosial-iqtisadi və hətta siyasi mühitin sıxlıq 

dərəcəsi  xeyli  artmışdı.  Hadisələrin  gedişini  sürətləndirən 

bir  amil  də  xarici  kapitalın  və  onun  Avropada  artıq 

formalaşdırmış  olduğu  həyat  tərzinin  hazır  şəkildə 

transformasiyası  idi.  Həm  də  belə  sür'ətli  ictimai-iqtisadi 

yeniləşmə  böyük  mədəni  yüksəlişlə  müşayiət  olunurdu. 

Milli dirçəliş, milli özünüdərk prosesləri artıq başlanmışdı. 

Bu,  əlbəttə,  yaxşı  idi.  Lakin  şəxsi  mənafeləri  naminə  öz 

istəklərindən asılı olmadan milli iqtisadi dirçəlişə də təkan 

verənlər  bu  prosesin  mədəni-mənəvi  dirçəlişlə  müşayiət 

olunması zərurətini təbii ki, nəzərə almırdılar.  

Kapital elə bir sinkretik hadisədir ki, o, hər hansı bir 

diyara təşrif gətirəndə özü ilə bərabər təkcə maddi nemətlər 




 

 

99 



deyil, həm də bu maddiliyin hökmranlıq iddiasını gətirir və 

mənəvi  müstəvidə  ənənəvi  olaraq  qərarlaşmış  nə  varsa, 

hamısını alt-üst etməyə çalışır.  

Şüurda  təhkimçiliyin,  ehkamçılığın,  pis  mənada 

ənənəçiliyin qoyduğu qadağalar aradan götürülür, buxovlar 

qırılır,  şlüzlər  açılır,  işgüzarlığın  və  inqilabi  təfəkkürün 

köpüklənən  dalğaları  mənəvi  çəpərləri  də  çör-çöp  kimi 

qabağına qatıb aparır. Yeni şlüzlərin tikilməsi, yeni ictimai 

meyarların, yeni mənəvi qadağaların formalaşması isə xeyli 

vaxt tələb edən çətin bir prosesdir.  

 Sözün böyük mənasında azadlığa gedən yol, təəssüf 

ki, əvvəlcə azad iqtisadiyyatın bazar labirintlərindən keçir. 

Buna  müqavimət  göstərə  biləcək  yeganə  qüvvə  isə  milli 

ruh  və  onun  daşıyıcıları  olan  ziyalılardır.  Bu  baxımdan 

əsrin  əvvəlində  Azərbaycanın  mədəni-mənəvi  məkanında 

ziyalıların  məqsədyönlü  fəaliyyətinin  güclənməsi  əslində 

bilavasitə  yeni  iqtisadi  münasibətlərə  keçidin  yox,  onun 

mənəvi  müstəvidəki  dağıdıcı  təsirlərinə  reaksiyanın, 

mədəni-mənəvi  müqavimət  hərəkatının  nəticəsi  idi.  Gənc 

Cabbarlının öz yaşını qabaqlayaraq əsri vaxtında haqlayan 

və  inersiya  ilə  ola  bilsin  ki,  lazım  olduğundan  da  qabağa 

gedən impulsiv yaradıcılığı da o dövrdə məhz artıq yetkin 

ziyalı mühitinin yaratdığı milli-mənəvi reaksiya hərəkatının 

dalğalarında sür'ət və vüsət almışdı.  

* * * 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə