Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə5/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   2   3   4   5   6   7   8   9   ...   37

 

 

16 



da  şərq,  türk  «mən»inə  və  mentalitetinə  eyni  dərəcədə 

uzaq,  yad  ideoloji  perspektivləri  vaxtında  görən  Cavidə 

üstünlük verərkən, müəlliflə razılaşmamaq mümkün deyil. 

Romantik  Cavid  ən  sərt,  realist  bolşevik  gerçəkli-

yində  də  məqama  xidmət  etmədi,  tarixi  ana  –  sosializmə 

ötəri  münasibət  ifadə  eləmədi,  «ötüb-keçəcək»  epoxaya 

«ötüb-keçən» əsərlər həsr eləmədi. İçərisində olduğu həyatı 

təsvir  və  təhlil  etmədi,  özünün  içərisindəki  həyatı  (və  bu 

həyatda  kodlaşan  milli-etnik  taleyi,  yaddaşı)  təsvir 

eləməkdə davam etdi. 

O  vaxtkı  ən  böyük  bəlaya  -  Qərbdən  gələn  selə 

Cavidin,  yoxsa  Cabbarlının  teatrı  bir  sipər  idi?  Yox, 

Cabbarlının  bu axara,  selə münasibətdə  daha  çox  «körpü» 

rolundan bəhs açmaq olar. Sipər - Cavid idi. 

Səhnədə  də,  həyatda  da  sonrakı  vulqar  stereotiplər 

hamısı bir proses kimi «Sevil»in - «atılan çadranın» davamı 

oldu:  qadınlıq  «sevilləşdi»,  daha  sonra  əlifba  kirilləşdi, 

cəmiyyət  sinifləşdi,  şer-sənət  «sexləşdi»,  məişət  kolxoz-

laşdı,  mənəviyyat  əşyalaşdı...  Bütün  bunlar  hamısı  Sevilin 

atdığı,  sosializmin  isə  büründüyü  çadranın  davamından, 

onun tipacından, tiracından başqa bir şey olmadı. 

Həyatın  özündə  tarixin  sonrakı  davamı  ilə  həm 

Cavidin, həm də Cabbarlının milli sabaha və taleyə verdiyi 

proqnozlar sınaqdan keçdi. 

Tarixin  kinayəsidir  ki,  Aydın  bizim  dövrün  də,  yeni 



 

 

17 



əsrin  də  astanasında  öz  səhnə  həyatını  yenidən  yaşadı. 

Aydının  səhnədə  yaşadığı  bu  faciələr  arasında  fərq  də 

xalqan həyatda, tarixdə taleyinin iki anı, iki faciəsi arasında 

fərqi əks etdirdi. 

Köhnə  (ötən  əsrdəki)  teatr  təfsirində  Aydın  və 

Gültəkin  Qərbdən,  Avropadan  əsən  səmumun,  özgə,  yad 

küləyin hələ gələcək, sabahkı qurbanları kimi, yeni təfsirdə 

isə... doğma zamanın, məkanın, millətin özünün dərdləri və 

bəlaları  kimi,  dar,  lokal  «mən»dən  və  içdən  səslənirdi. 

Salon  və  zal  Gültəkinin  (əsrin  və  cəmiyyətin!)  namus 

faciəsini indi gündəlik məişətin, adi gerçəkliyin həyat tərzi 

və əxlaq biznesi kimi qarşılayırdı... 

Bütün  bunlar  sabanın  hələ  yetmiş  il  bundan  əvvəl 

məhz  dəf  olunmuş,  qaldırılmış  pərdədən,  atılmış  çadradan 

sənətkara - Cavidə görünən konturları idi. 

Kitabdakı təhlilərdə məhz səksən il sonrakı – bugün-

kü  Cabbarlı  ilə  yanaşı  müəllifin  bugünkü  Cavidə  münasi-

bəti də predmetli detallarda və konkret təfsilatda açıla bilir.  

H.Cavid:  «Yerə  enməm  də  səma  şairiyəm!»  -  deyə 

sona  qədər  sosializmin  müvəqqəti  (yetmiş  illik)  start 

meydanına  enmədi.  Lakin  təəssüf  ki,  illər  ötdü  və  daha 

«səmadan  enməyə»  ehtiyac  qalmadı:  əvəzində  səma  özü 

yerə  endi.  Və  indi  daha  Cavidə  «səma  şairi»  demək 

mümkün deyil: altun da, qurşun da, iblis də və onun bütün 

səma tipacı da bu gün artıq hər tində, hər məhəllədə var - 



 

 

18 



üfüq birləşib, səma - yer bölgüsü aradan qalxıb. 

Lakin  bütün  bunlar  yerin  ucalması  və  səmalaşması 

hesabına olmayıb, əksinə, ucalıq enərək yerlə bərabərləşib. 

Və Cavidin də qanadı, romantikası prozaik bir gerçəkliyin 

bir hissəsinə çevrilib. 

Elə  məhz  buna  görə  də  müəllif  qərara  gəlir  ki, 

«bugünkü  həyatın  müstəvisində  rollar  dəyişir,  Cavid  daha 

çox realist, Cabbarlı daha çox romantik təsiri bağışlayır». 

Bir zamanlar qadınlığın Afət gələcəyi üçün hər hansı 

narahatlığı,  təşvişi  rədd  edən  C.Cabbarlı  yazırdı  ki,  «biz 

deyirik ki, qırx il də, əlli il də bizdən sonra Azərbaycanın, 

ya  türklüyün  başqa  bir  ölkəsi...  Afət  həyatı  ilə  yaşaya 

bilməyəcəkdir».  Sevilin  Afət  alternativinə  Cabbarlı 

inanmırdı.  Lakin  Afət  çox-çox  Sevillər  üçün  yalnız 

alternativ yox, həm də perspektiv oldu... 

İlkin kapitalist münasibətləri dövrünün özü kimi, bu 

dövrün  Afət  və  Sevil  taleləri  də  öz  tərcümeyi-hallarını 

yenidən yaşadı. 

Qoşa kontekstdə, yanaşı apardığı təhlillərini ümumi-

ləşdirərək, müəllif öz fikirlərinə belə bir haqlı yekun vurur 

ki,  «bizə  bu  gün  ayrılıqda Cavid,  ayrılıqda  Cabbarlı  deyil, 

həm Cavidin, həm də Cabbarlının ideyalarından bəhrələnən 

vahid  mədəni-mənəvi  özünüdərk  və  inkişaf  konsepsiyası 

lazımdır». Bir-biriləri ilə birləşərək bütövlük (milli birlik!) 

təşkil  etmək  millətin  hər  iki  qutbü  üçün  yalnız  o  halda 



 

 

19 



mümkün  olar  ki,  ayrı-ayrılıqda  bu  qütblərdən  hər  biri 

əvvəlcə  babalarla  (əcdadın  kodu  və  etnosun  arxitipi  ilə) 

bütövlük təşkil eləsin. 

Səlahəddin Xəlilovun «Cavid və Cabbarlı» kitabı bu 

böyük missiyaya, nəinki bu böyük tarixi hikmətin, həm də 

onun 


fəlsəfi  dərki  və  şərhi  sahəsində  babaların 

(klassiklərin)  tarixi  xidmətlərinin  ən  geniş,  ən  kütləvi 

miqyasda  oxucuya,  ictimai-ədəbi  fikrə  çatdırılmasına 

xidmət edir. 



Yaşar QARAYEV 


 

 

20 



 

 

 

 

Cavid və Cabbarlı 

 

Fəqət, bir fərq var ki, burada bir 

fikir  üçün  bir  həyat...  yaradılmayıb, 

bəlkə  yaranmış  bir  həyatdan,  təbii  və 

açıq bir həqiqətdən bir fikir alınır



C.Cabbarlı 

  

Cavid və Cabbarlı. Biri ideyalar, mahiyyətlər dünya-



sında qərar tutur və yerdəkilərə sadə bir təzahür kimi baxır, 

o biri yerdə olanların zahiri pərdəsini götürməklə mahiyyəti 

də,  ideyanı  da  gerçək  həyatın  özündən  intixab  etməyə 

çalışır. 

Əslində  hər  iki  dahi  eyni  bir  yolu  qət  edir.  Biri 

səmadan enir, o biri səmaya yüksəlir. Biri həyatın ali məna 

zirvəsindən həyatın dibinə işıq salır, o biri həyatın dibindən 

onun  ali  mənasına  doğru  insanlarla  birlikdə  çox  çətin  bir 

yüksəliş yolu keçməyə çalışır. Yollar eyni olsa da, səmtlər 

bir-birinin  əksinədir.  Əvvəlcə  özü  nura  çatıb,  insanlara 

nurdan pay  verməklə,  insanlarla  birlikdə  nura  doğru yürüş 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə