Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə54/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

 
132
 
Sima İSMAYILOVA  
Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi 
 
MÜSTƏQİLLİK İLLƏRİNDƏ  FOLKLORŞÜNASLIQ 
BİBLİOQRAFİK  MƏNBƏLƏRDƏ 
 
Xalqın yaratdığı şifahi  yaradıcılıq   nümunələri  geniş  və çoxcəhətlidir.  Bu 
bədii yaradıcılıqda  xalq həyatının,  mənəviyyatının  müxtəlif cəhətləri  bədii  
şəkildə    əks olunmuşdur.  Ağızda yaranan,  kollektivin köməyi ilə  cilalanan  
variantlarda  yayılan  nəğmə, nağıl, dastanlarımızla yanaşı,  bədii təfəkkürün  
erkən mərhələləri  ilə bağlı  törəyən  inanc,  fal,  alqış, öyüd,  təsəlli, məsəl və 
b. nümunələr  də çox  əski  çağlardan  mövcud olmuşdur.  Bədii təfəkkürün  
bütün  bu hikmət dünyası-ağız  ədəbiyyatı,  xalq yaradıcılığı  və yaxud  folklor  
adlandırılmışdır.  
Yazıya qədərki  bu ədəbiyyatın  yaranmasından,  onun  növ, janr  və forma  
xüsusiyyətlərindən, nəzəri  qayda  və qanunlarından  bəhs edən elm  sahəsinə  
folklorşünaslıq  deyilir.  
Folklorşünaslıq  nisbətən cavan  elm sahəsidir. Onun   meydana gəlməsi  
XIX  əsrin  ortalarına təsadüf  edir.  Hər bir xalq milli  folklorunu  araşdırmaqla  
özlərinə  məxsus milli  mədəniyyət  tarixini,  soy kökünü, yaranmasını,  başqa  
xalqların  mədəniyyəti  içərisində  özünəməxsusluğunu  müəyyənləşdirməyi  
qarşıya  məqsəd qoymuşdur.  
Ayrı-ayrı    tədqiqatlarda  XIX  əsrdə  yarandığı  göstərilən  Azərbaycan  
folklorşünaslıq məktəbi  əslində  XX əsrin  əvvəllərində  formalaşmışdır.  XX 
əsrə    qədərki  mərhələ      isə milli  folklorşünaslığın  toplanma  və  nəşrinin   
başlanğıc  mərhələsi olmuşdur. Xalqımızın uzun əsrlər  boyu yaratdığı, 
yaddaşlarda yaşayıb  zaman-zaman  müxtəlif  variantlara  saldığı, yaşadıqca  
cilalanıb  gözəlləşən  və yüksək mənəvi- əxlaqi  dəyərlərə  malik zəngin  şifahi  
sərvəti vardır. Bu sərvət  qədim dövrlərdən  yaranmağa  başlamış,  müxtəlif  
ictimai  formasiyalara yoldaş olmuş, ayrı-ayrı  dünyagörüş    və  təriqətlərlə  
təmasda olub bu günümüzə  gəlib çatmışdır.  
1991-ci ildə    Azərbaycan müstəqillik  əldə  etdikdən sonra, 
 
ədəbiyyatşünaslığın  digər  sahələri    kimi    Azərbaycan  folklorşünaslıq  elmi  
yenidən  tədqiq  olunmağa  başlandı.  
Müstəqilliyin  daimi  və əbədi   olduğunu  elan  edən  Azərbaycan xalqı  bu 
yolla  əzəmətli  addımlarla  addımladığı  kimi, öz milli  mədəniyyətini,  
ədəbiyyat  və    incəsənətini  özünün  erkən  milli  mənəvi  dəyərlərini  daha 
ardıcıl  olaraq  dünya  elmi,  ictimai  fikrinə  təqdim edir. XX əsrin  sonunda  
belə böyük   tədbirlərdən  biri  məhz «Kitabi-Dədə Qorqud»la  bağlı oldu.   


 
133
1997-ci ilin  aprelin 20-də  «Kitabi-Dədə Qorqud»un  1300 illik yubileyinin  
keçirilməsi   barədə    sərəncam imzalandı.  Bu sərəncam  «Kitabi-Dədə 
Qorqud»un  və eləcə  də  milli  şifahi  sərvətimizin  öyrənilməsi  sahəsində  
mühüm  tarixi  sənəd oldu.  «Kitabi-Dədə Qorqud»un  dünya  miqyasında  
tanınmasında  2000-ci il aprelin  1-də  keçirilən  yubileyin  türk xalqlarının  
böyük  ənənəvi  bayramına çevrilməsində  eposla  bağlı YUNESKO xətti ilə  
tədbirlərin  həyata  keçirilməsində  bu sərəncamın  böyük  rolu oldu.  
Yubiley ərəfəsində  «Kitabi-Dədə Qorqud»la bağlı   onlarla  dəyərli  əsərlər  
nəşr  edildi. Tanınmış  Qorqudşünaslardan  Şamil  Cəmşidovun, Flora  
Əlimirzəyevanın,  Nizami Cəfərovun, Kamal Abdullanın, Oruc  Əliyevin, 
Bəhlul  Abdullanın, Xalid  Əlimirzəyevin monoqrafiyaları      işıq  üzü gördü.  
«Kitabi-Dədə Qorqud»un  Universitetdə  tədqiqi» adlı  biblioqrafik  göstərici  
tərtib olunmuşdur   ( Tərtib  edənlər: Ş.Tahirqızı, S.Sadıqova).  
XX  əsrin  sonu  folklorşünaslığın  yeni  mərhələyə  yüksəlişi  folklor 
tədqiqatçılarının  daha  aktual   problemlərin  ön plana  çəkilməsi, yeni  folklor  
mərkəzlərinin,  elmi-tədqiqat  laboratoriyalarının  yaranması,  milli  kökə  
güclü  qayıdışla  bağlı   olmuşdur.  1989-cu  ildə BDU-da  Folklor  kafedrası 
yaradıldı.  Folklorşünaslığın  inkişafında, gənc  kadrların  yetişməsində, yeni-
yeni  toplama  və tədqiqat  işlərinin  aparılmasında  Folklor  kafedrası  mühüm  
rol oynayır.  
Azərbaycan  Dövlət Pedaqoji  Universitetində açılması,  ədəbiyyatşünas alim, 
AMEA-nın  müxbir üzvü Y.Qarayevin  təşəbbüsü ilə  Nizami  adına  
Ədəbiyyat  İnstitutu  nəzdində    Folklor    mərkəzinin  fəaliyyətə    başlaması 
respublikada  folklor  və folklorşünaslıq  məsələlərinin öyrənilməsinə  diqqətin  
artırılmasına səbəb  oldu. AMEA-nın  Nizami  adına Ədəbiyyat  İnstitutunda 
«Şifahi  xalq ədəbiyyatına  dair  tədqiqlər», BDU-nun Folklor kafedrasında çap 
olunan  «Folklorşünaslıq  məsələləri» məcmuələri  folklor  irsinin 
 
öyrənilməsinə  mühüm kömək  oldu.  Folklor işinə  kömək  göstərən   radioda  
«Bulaq»  verilişlərinin   genişlənməsi,  burada xüsusi   şöbənin  açılması, 
respublika  televiziyasında  «Xalq  yaradıcılığı»  baş redaksiyasının  (1999) 
yaradılması  bu sahədə  mühüm  hadisələr  idi.  
Müasir  Azərbaycan  filoloji  fikrinin  tanınmış      nümayəndələrindən  olan 
Nizami  Xudiyevin  milli  folklorumuzun  toplanma və təbliğinə,  qızıl fondlara  
salınıb  gələcək nəsillər üçün  qorunub  saxlanılmasında  çox böyük  xidməti  
oldu.  O, Azərbaycan  şifahi  dili, onun  müxtəlif  dövrlərdəki  inkişaf  
xüsusiyyətləri, mif,  nağıl, epos  düşüncəsi, onların  qarşılıqlı  əlaqəsi,  türkün  
tarixi  taleyi, bu gün  yaşadığı  ərazidə   məskunlaşma məsələləri kimi  mühüm  
problemləri  son illərdə  araşdırmalara  cəlb etmişdir.  
Azərbaycan folklorşünaslarının  yeni nəslinə   mənsub olan  Ramazan Qafarlı  
son illərdə  elmi- pedaqoji  fəaliyyətini   nəzəri və  təcrübi  aspektdə  davam  
etdirir.  O, ən az   işlənmiş  sahə  olan uşaq  folkloru,  mifologiya, nağıl, əfsanə, 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə