Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

 
123
alınmışdır. Müəllif haqqında bioqrafik  məlumatdan sonra, onun əsərləri  
haqqında  məlumat  əks olunmuş, bir çox  kitabların  məzmunu açılmış,  bəzən 
onlardan  şeirlər, kəlamlar verilmişdir. Ən-Nədim kitabın müxtəlif  variantları, 
ölçüsü, səhifələrin miqdarı,  sətirlərin sayı haqqında  məlumat  verməklə 
yanaşı,  bəzi hallarla illüstrasiyalar  haqqında  da məlumatı    əks etdirir. 
«Fihrist» də kitabların qiyməti  nadir  hallarda  göstərilir,  hansı  kitablara daha  
böyük  tələbat  olduğu qeyd olunur.  
I. Bioqrafik  məlumatların  həcmi  «Fihrist»in  müəllifinin  hansı faktlar  əldə  
etdiyindən  çox  asılı idi. Bəzi məqalələr  dolğunluğu ilə seçilsə də, bəzilərində  
müəyyən  bioqrafik  faktlara  təsadüf edilmir. Tərtibçi  bu halda  qeyd edir ki,  
müəllifin  həyatı barədə    məlumat yoxdur və onun  kitablarının  adlarını  
sadalamaqla   kifayətlənir.  Bəzi müəlliflər  haqqında isə o,  aşağıdakı   
qeydləri verir: «Onun  heç  bir  kitabı    da  məlum  deyil. Lakin  sözlərini, 
kəlamlarını hələ də   xatırlayırlar». 
Ayrı-ayrı ədiblərin  əsərlərinin siyahısı  göstərildiyi halda, bəzilərinin  yalnız   
kitablarının sayı  qeyd  olunur. Müəyyən qisim müəllifləri ehtiram  əlaməti 
olaraq  onların  əsərləri  mövzular  üzrə  qruplaşdırılmışdır. Məsələn, fəlsəfə, 
məntiq, hesab və s.  
Əgər  hər hansı  bir əsərin  iki variantı (tam və qısa) mövcuddursa, əvvəlcə  
birincisi göstərilir.  Bu onunla izah  olunur ki,  bəzən  ixtisar olunmuş variant  
digərinə    nisbətən  daha  geniş  yayılmışdır. Yunan, fars və digər  dillərdən  
tərcümə edilmiş      əsərlərin siyahıları  da böyük  üstünlük  təşkil edir.  Bu 
zaman   tərcüməçinin daha  hansı  əsərləri  tərcümə  etdiyi və sifarişçinin  kim 
olduğu  da göstərilir. Eyni  zamanda  şərikli  müəlliflər  haqqında  da məlumat 
verilmiş, yaxud hansı    müəllifin  əsəri başlaması, hansının  isə sona  
çatdırılması  qeyd olunmuşdur. Bəzən belə faktlara  da təsadüf olunur ki,  kitab 
müəyyən müəllifin adı  ilə bağlı  olsa da, onun  yaradıcısı tamamilə    başqa 
adamdır. 
Məşhur  kitablar  haqqında  məlumatlar  xüsusi  əhəmiyyət kəsb edir. Belə 
əsərlərin  təsviri, məzmunu, quruluş prinsipi, əhəmiyyəti,  tərcümələri haqqında  
məlumat,  şərh  və  təkliflər  göstərilmiş, kimin üçün  yazılması  qeyd  
olunmuşdur.  
«Fihrist» müəllifi  kitabların  məzmununu  açmaq müxtəlif  metodlardan  
istifadə  etmişdir. Daha məşhur  kitablar  fəsil-fəsil  təsvir olunmuş, onlardan  
mətnlər, şeirlər, kəlamlar verilmiş, əsərin  əhəmiyyəti  ön plana  çəkilmişdir.  
«Fihrist»  ərəb  kitab mədəniyyətinin  öyrənilməsində  tükənməz  məlumat 
mənbəyidir.  
Müəllif  məlumatın  əldə  edilməsinin üç əsas  üsulunu  tətbiq  etmişdir:  
kitablarla  bilavasitə    tanışlıq,  şifahi  məlumatlar və  mənbələrdən  iqtibaslar. 
«Fihrist»də  Ən-Nədiminin istifadə etdiyi  biorafik  və biblioqrafik  əsərlər 
barədə  də  geniş  məlumat vardır. Bioqrafik  əsərlərin  çoxu  sahəvi  xarakter 


 
124
daşıyır. Burada Platonun, Aristotelin, Qalenin və    başqalarının  ərəb  dilinə 
tərcümə  olunmuş  biobiblioqrafik  əsərlərindən  geniş  istifadə olunmuşdur.  
Ən-Nədiminin bu əsəri  şəxsi  təşəbbüs  əsasında  yaranmış  və sözsüz  ki,  
nöqsansız  da deyildir. Müəllif özü  də  bəzən  məhdud  məlumata malik 
olduğunu etiraf edir.  
Ən-Nədiminin  əlyazması  yarandıqdan  təqribən  200 il sonra, yalnız  XIII 
əsrdə  ərəb alimləri  tərəfindən  aşkara çıxarılmış  və uzun müddət  əlyazması  
şəklində  üzü köçürülərək  yayılmışdır. Sonrakı  surətlərdə  mətnə  əlavələr  və 
dəyişikliklərin edilməsi  onun əhəmiyyətini  daha da artırmışdır.  
XIII  əsrdən başlayaraq bu günə  qədər  «Fihrist» mütəxəssislər  tərəfindən  
yüksək  qiymətləndirilmiş  və o, ərəbşünaslar  üçün  ən qədim  deyil, həm də  
ən mükəmməl  informasiya mənbəyidir. O, milli biblioqrafiyanın  ilk  tam  
külliyatı idi.  
 
 
ƏDƏBİYYAT 
 
1.  Гудовщикова  И.В.,  Лютова  К.В.  Общая    иностранная  
библиография.- М.: Книга, 1978- 224 с. 
2.  Семеновкер  Б.А.  Тысячелетие  «Фихриста»  Ан-Надима//  Сов. 
Библиография.- 1987.- № 2.- С. 86-89 
 
 
Г.СГАДЖИЕВА  
 
ПРОИЗВЕДЕНИЕ АН-НАДИМА  «ФИХРИСТ» КАК  
  БИБЛИОГРАФИЧЕСКИЙ  ИСТОЧНИК  
 
РЕЗЮМЕ 
 
В  статье    характеризуется    произведение    Ан-Надима  «Фихрист»  
который    был    создан    в  Х  веке.  Это    произведение    имеет    больщое  
значение    и  изучение  арабской    книжной    культуры.  Он  не  только 
древний, но и  важнейщий  источник  информации. 
 
 


 
125
G.S. HAJİYEVA  
 
PIECE «FIHRIST»  OF AN-NADIM AS THE  
 BIBLIOGRAPHIC SOURCE
 
 
SUMMARY
 
 
The article examines the tenth century’s piece of «Fihrist» An-Nadim. This 
piece is of great importance for the study of the Arabic book culture. It is not 
only ancient but also an important source of information.
 
 


 
126
Solmaz SADIQOVA 
Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi 
 
AZƏRBAYCAN KİTABINA HƏSR OLUNMUŞ BİBLİOQRAFİK  
İNFORMASİYA MƏNBƏLƏRİ  
 
XX  əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini qazanmış ölkəmizdə 
milli dövlət ideyalarının və  ənənələrinin möhkəmlənməsində, demokratik 
dəyərlərin bərqərar olmasında, beynəlxalq aləmdə Azərbaycanın rolunun və 
nüfuzunun güclənməsində mətbuatımızın xidmətləri xüsusi qeyd edilməlidir.  
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan elmində islahatların 
aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında Sərəncamında 
deyilir: «Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsinin zəngin 
ənənələri vardır. Yüzillər boyu mütəfəkkir sənətşünaslarımız tərəfindən 
yaradılan və  bədii-estetik düşüncə tariximizin incilərinə çevrilən  əsərlərdə 
elmi-fəlsəfi fikirlər parlaq təcəssümünü tapmışdır. Dünya elmi fikir tarixinə 
görkəmli şəxsiyyətlər bəxş edən Azərbaycanda bütün bu dövrlərdə elm özünün 
yüksək səviyyəsi ilə seçilmişdi» (1). 
Kitab mədəni irsin, xalqın mənəvi sərvətinin qiymətli bir hissəsi, siyasi-
ideoloji mübarizənin qüdrətli vasitəsidir. Kitablar bizim müdrik babalarımızın 
yadigarı, tarixin canlı şahidləridir. Yazı və dilin, ədəbiyyat və incəsənətin, elm 
və texnikanın inkişafı ilə bağlı olan kitabların mənşəyi tarixin çox qədim 
dövrlərinə gedib çıxır. Müasir çap kitabının ən qədim sələfləri daş, ağac, gil və 
kaşı qablar, bürünc, sümük və s. materiallar üzərində yazılmış müxtəlif 
mətnlərdir.  Əlbəttə, kitab sənətinin müasir səviyyəyə çatanadək keçdiyi yolu 
bütün ölkələr eyni vaxtda qət etməmişdir. Orta və Yaxın  Şərq xalqları öz 
qədim yaxın mədəniyyətlərini  əlyazma kitabları vasitəsi ilə inkişaf etdirərək
ağır və keşməkeşli bir yol keçdikdən sonra kitab çapına başlaya bilmişdir. 
Milli mədəniyyətimizin zəngin xəzinəsi olan «Azərbaycan kitabı» ən dəyərli 
sərvətlərimizdən hesab olunur. Azərbaycanın müstəqil bir dövlət kimi 
inkişafında elm, təhsil və  mədəniyyətin inkişaf etdirilməsində kitabın rolu 
əvəzolunmazdır. Milli Azərbaycan kitabının ümumi retrospektiv biblioqrafik 
repertuarının yaradılması probleminin həlli iki elmi və  təcrübi  əhəmiyyətli iş 
üçün çox böyük kömək ola bilər. Bunlardan birincisi, Azərbaycanda kitab 
nəşrinin inkişafında  əldə edilmiş nailiyyətlərin biblioqrafik baxımdan 
ümumiləşdirilməsi və onlar haqqında ən dolğun informasiya əldə edilməsi ilə 
əlaqədardır.  İkincisi isə, milli kitablarımızın həm zaman, həm də  məkan 
etibarilə retrospektiv axtarışının müvəffəqiyyətlə təmin edilməsi ilə bağlıdır. 
Bu problemin müvəffəqiyyətli və müasir dövrün tələbləri səviyyəsində həlli 
iki istiqamətli tədqiqat aparılmasını  tələb edir. Birincisi, indiyə  qədər 
«Azərbaycan kitabı» göstəricisinin çap olunmuş I cildinin və II cildin I 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə