118
idarə olunmasını tələb edir ki, SBA elementlərinin
təkmilləşdirilməsi də onun
xüsusiyyətləri sistem halında nəzərə alınaraq tərtib edilsin. Bununla əlaqədar
olaraq MKS-nin xüsusiyyətlərinə və onun mürəkkəbliyinə diqqət yetirmək
lazımdır.
SBA-nın bugünkü tərkibi uzun illər davam edən tarixi inkişafın nəticəsidir.
Əvəllər SBA ancaq kitabxana fondunun tərkibini açan kataloqlardan ibarət idi.
Daha sonralar SBA-nın tərkibinə müxtəlif məlumat nəşrləri, biblioqrafik
nəşrlər, eləcə də kitabxanada tərtib olunan kartotekalar və əvvəllər yerinə
yetirilmiş yazılı arayışlar da daxil edilir.
Bu onu göstərir ki, SBA yarandığı
gündən bu günə kimi onun tərkibi daima dəyişmiş və təkmilləşmişdir. Bu
proses bu gün də davam edir. Belə ki, müasir texnologiyanın, xüsusilə
kompüter texnologiyasının biblioqrafik proseslərə tətbiqi MKS-nin soraq
biblioqrafiya aparatını daha da zənginləşdirir.
MKS-də SBA-nın funksiyaları çox müxtəlifdir və biblioqrafik fəaliyyətin
bütün istiqamətlərində ondan istifadə olunur. Biblioqrafik proseslərə yeni
texnologiyaların tətbiq edilməsi MKS-lərdə ənənəvi kataloq və kartotekaların
elektron formaya keçirilməsinə imkan yaradır. Bu məsələnin həlli
Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün bu
gün ən vacib problemlərdən
biridir. Çünki onlarla filial kitabxanaları özündə birləşdirən Mərkəzi
Kitabxana fəaliyyət göstərdiyi regionun metodiki mərkəz funksiyasını yerinə
yetirir.
İnformasiyalı cəmiyyətə keçdiyimiz bir dövrdə MKS-lərin əsas vəzifəsi
informasiya ehtiyatlarını yaratmaq və formalaşdırmaqdan ibarətdir.
Mərkəzləşdirilmiş kitabxana sistemlərində aparılan biblioqrafik fəaliyyəti daha
düzgün və səmərəli təşkil etmək üçün müasir texnologiyadan və ixtisaslı
kadrlardan istifadə etmək vacibdir.Bu məsələyə əhəmiyyət verməyən
kitabxanalar öz işində müvəffəqiyyət qazana bilməz.
ƏDƏBİYYAT
1. Xələfov A.A. Azərbaycanda kitabxana işinin mərkəzləşdirilməsinin bəzi
yekunları və təkmilləşdirilməsi məsələləri (Tematik məcmuə).- B., 1986. 5.3-24
2. Xələfov A.A.İnformasiyalaşdırılmış cəmiyyətin xüsusiyyətləri və
problemləri// Respublika.- 2002.- 17 aprel.- S. 4.
3. Xələfov A. XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas
inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar).- B., 2006.- 106 s.
4. Xələfova S.A. Azərbaycanda Dövlət kütləvi kitabxanalar şəbəkəsinin
inkişafı (1970-1990).- B., 2007.-160 s.
5. Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu//
Kitabxanaşünaslıq və biblioqrafiya. 1999.- № 1.- S. 3-16.
120
Qəmzə HACIYEVA
Biblioqrafiyaşünaslıq kafedrasının
baş müəllimi
ƏN-NƏDİMİNİN «FİHRİST» ƏSƏRİ
BİBLİOQRAFİYA MƏNBƏYİ KİMİ
Hər bir xalq özünün tarixi inkişaf mərhələsində iqtisadi,
siyasi mədəni,
tarixi, etnik, təbii-coğrafi vəziyyəti ilə şərtlənən biblioqrafik informasiya
mənbələri yaradır və onlardan istifadə edir. Bunun nəticəsində millətin bütün
biblioqrafik fəaliyyəti və onun ayrı-ayrı komponentləri fərqli spesifik
xüsusiyyətlərə malik olurlar.
Biblioqrafiyanın milli xüsusiyyətləri obyektiv mövcud olub, bilavasitə
millətin maddi və mənəvi mədəniyyəti ilə sıx bağlıdır.
Milli biblioqrafiya
bir tərəfdən millətin mədəni nailiyyətlərini əks etdirirsə, digər tərəfdən onun
inkişafına təsir göstərir.
Keçmiş sovet biblioqrafiyaşünaslığında milli bibliorqafiyanı uzun müddət
xarici termin hesab edərək, onu biblioqrafiya terminləri haqqında dövlət
standartlarına daxil etməmişlər. 1977-ci il standartında (QOST 7.0-77) isə
onun mahiyyəti dövlət biblioqrafiyası ilə eyniləşdirilir.
Dövlət biblioqrafiyası ilə milli biblioqrafiyanın
eyniləşdirilməsi düzgün
deyil. Milli biblioqrafiyanın əsasını nəşr yerinə, dilinə görə müəyyən xalqa
aid olan sənədlər və yerli müəlliflər, onların əsərləri haqqında biblioqrafik
informasiya təşkil edir. Belə ki, dünyanın bir çox xalqlarının
öz dövləti
yoxdur. Dövlət biblioqrafiyası yalnız birinci qrup sənədləri əhatə edir və
bunun üçün dövlət məcburi nüsxə haqqında qanun tətbiq edir, vəsait
xərcləyir və s.
Milli biblioqrafiya terminləri ədəbiyyatın mövcud, müxtəlif real uçot
formaları birləşdirir:
1) Ərazi əlamətinə görə uçot (müəyyən ölkə daxilində bütün dillərdə nəşr
olunmuş ədəbiyyat əks olunur).
2) Dil əlaməti üzrə uçot (nəşr yerindən asılı olmayaraq
müəyyən dildə olan
ədəbiyyat əks olunur).
3) Müəyyən ölkə ilə ərazi, dil, müəllif və məzmunca bağlı olan bütün
materialların uçotu. Onu kompleks prinsip adlandırmaq daha
məqsədəuyğundur. Çünki o, həm ərazi, həm dil əlamətləri, həm yerli
xadimlərin xarici nəşrlərini, həm də ölkə haqqında hər hansı bir ədəbiyyatın
qeydini özündə birləşdirir.
Ən qədim milli biblioqrafiya nümunələrindən biri Ən-Nədiminin «Fihrist»
əsəridir. Bu əsər biblioqrafik abidə olmaqla yanaşı, ərəb dilinin