Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə50/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

 
121
tədqiqatçılarına  da yaxşı  tanışdır və bir çox  elmi  və elmi-kütləvi  nəşrlərdə  
onun  haqqında  ətraflı  məlumat verilir.  Biblioqrafik məlumat  mənbəyi kimi 
«Fihrist»  əsəri  az  öyrənilmiş, yalnız B.Semenovkerin məqaləsində (2, s. 86-
89)  daha  ətraflı  tədqiq  edilib  araşdırılmışdır.  Məqalə müəllifi  bu  yazılı  
abidəni  öyrənərkən  onun mətninin  iki  nəşrindən  istifadə  etmişdir.  Onlardan  
ərəb dilindəki Q.Flüqelə, ingilis  dilində  olan    isə B.Dodja məxsusdur. 
B.Dodjin nəşri  «Fihrist»in  daha dolğun  və  tam  olan    müasir      variantıdır.  
Həmin variant  indiyədək  məlum olan  əlyazmalar  əsasında  yaradılmışdır. 
Belə  əlyazmalardan  bəzilərini  Q.Flüqel XIX əsrdə  əldə  edə bilməmişdir.  
Qeyd edək ki,  Q.Flüqel  bu əsəri  2 cilddə  1871-1872-ci  illərdə  ərəb dilində,  
1970-ci ildə isə  B.Dodj  ingilis  dilində  çap  etdirmişdir.  
Ən-Nədimi haqqında  məlumat çox  azdır. Onun əsl Adı    Əbül Fərəc  
Mühəmməd ibn İshaq  ibn  Mühəmməd ibn İshaqdır.  Amma  onu sadəcə  
olaraq Ən-Nədim, yəni  yüksək  vəzifəli  şəxslərin  həmsöhbəti adlandırırdılar.  
Nədimin  vəzifəsi  himayədarlarını  mənalı  söhbətləri ilə  əyləndirmək idi.  
«Fihrist»in  ən qədim  əlyazmasında  müəllif  Ən-Nədim adlandırılmışdır. 
Sonralar  bəzi müəlliflər onu İbn Ən-Nədimi (Nədimin  oğlu), yaxud Əl-Varraq 
(kitab  taciri) adlandırmışlar.  
«Fihrist»də olan məlumata görə    Ən-Nədimiin təqribən 935-ci ildə  anadan 
olmuşdur. Atasının kitab dükanı olduğundan  o, uşaq  yaşlarından  kitab ticarəti  
və kitabların  üzünün  köçürülməsi  ilə  məşğul   olmuşdur.  Bu məşğuliyyət  
onda biblioqrafik  işə və  kitabşünaslığa  maraq  oyatmışdır. Belə güman edirlər 
ki,  o, 990-cı ildə  «Fihrist» əsərini  bitirdikdən sonra  vəfat etmişdir.  
X  əsrdə yaradılmış    Ən-Nədimin  «Fihrist»  əsəri dövrümüzə    tam  şəkildə  
gəlib çıxmış    ən qədim mədəniyyət  abidələrindəndir.  «Fihrist» ərəbcə 
«göstərici» və ya «məlumat kitabı»  deməkdir.  «Biblioqrafiya» sözü ilə eyni 
məna kəsb edən və müasir  ərəb dilində  biblioqrafik  fəaliyyət  mənasını  verən  
«fihrisiyə» sözü  də bu deməkdir.  
Əsərin  ümumi  səciyyəsi  onun giriş  hissəsində  verilmişdir.  Bu,  bütün 
xalqların,  ərəblərin, qeyri-ərəblərin  ərəb dilində yazılmış  kitabları, elmi 
əsərləri, müəllifləri, onların  mənsub olduqları    təbəqələr, doğulduğu tarix,  
həyatı,  ölüm tarixi,  yaşadıqları    şəhərin yeri, üstünlükləri və çatışmayan  
cəhətləri,  hicrətdən sonrakı 377-ci  (987/988-ci illər) ilədək  olan  hadisələrin  
göstəricisidir. Beləliklə,  «Fihrist» bibliloqrafik  abidə  kimi 987-ci ildən erkən  
yaranmışdır.  Minilliyi  tamam olmuş bu biblioqrafik  soraq kitabının  əsasını  
dil prinsipi  təşkil  edir. Bu prinsip  Milli  biblioqrafiya  nəşrlərində  
ədəbiyyatın  əsas uçot  prinsiplərindən biridir.  
Ən-Nədiminin  atası  kitab taciri olmuşdur.  Müəllifin ömrünün  çox hissəsini 
Bağdadda  keçirməsi  və oranın   kitab bazarı ilə tanış olması «Fihrist»in  
coğrafi  əhatəsini müəyyənləşdirir.  Əsərdə Çinin, Hindistanın, Fransanın, 
rusların və b.  yazı    nümunələrindən  bəhs olunur. «Fihrist»in  tədqiqatçısı 


 
122
Y.Funkin finkrincə, çox güman ki, bu əsərə Bağdad  kitab  bazarına  gəlib  
çıxan  kitablar  haqqında  məlumat  daxil edilmişdir.  
«Fihrist»in  həcmi  barəcə  danışarkən  burada sadalanan  adların sayı  heyrət  
doğurmaya  bilməz.  Təkcə  II fəsildə  238  müəllif və 1116 əsər haqqında  
məlumat verilmişdir. Ümumiyyətlə, 3428 müəllifin  adı çəkilmişdir.  Bunların  
içərisində  ərəb, yunan,  roma və d. hökmdarların,  rəsmi simaların, hərbçilərin,  
hüquqşünasların, hətta  kitab cildləyənlərin adlarına  rast gəlmək olar. Əsərin  
əsas xüsusiyyəti  onun elmi,  tarixi-ədəbi xarakter  daşımasıdır. Təkcə  bu ilk  
nəhəng  biblioqrafik əsərin  yaranması    faktı  ərəb  kitab mədəniyyətinin  o 
dövrdə  yüksək  təşəkkül tapmasına  sübutdur. «Fihrist»  universal  biblioqrafik 
göstəricidir. O, müxtəlif elm sahələrinin  müəllifləri  və    əlyazma  əsərləri  
haqqında  məlumatı    əks etdirir. Burada  material  müəllifin  özü tərəfindən  
yaradılmış  təsnifat  əsasında  sistemli qaydada  qruplaşdırılmışdır.  Bütünlükdə 
«Fihrist» 10  fəsil və 34  bölmədən  ibarətdir.  Fəsillər  aşağıdakılardır:  
1.  İslamaqədərki  elmlər və Quran, o cümlədən müxtəlif  xalqların  yazı 
sistemləri  və kitab mədəniyyəti  haqqında  
2. Filologiya, ərazi  məktəbləri üzrə bölgü  ilə. 
3. Tarix (islam tarixi). 
4. İslamaqədərki və  islam poeziyası. 
5. Müsəlman  ilahiyyatı, təriqətlər üzrə  bölgü əsasında. 
6. Müsəlman  hüququ, məktəblər üzrə  bölgü əsasında.  
7. Fəlsəfə, riyaziyyat, astronomiya, təbabət. 
8.  Əyləncəli ədəbiyyat, o cümlədən qeyri-müsəlman  xalqların  tarixi. 
9. Qeyri-müsəlman  xalqların  dini təlimləri. 
10. Kimyagərlik. 
«Fihrist»in  təsnifat  sxemi  üçün  bütün elmlərin  iki qismə (ərəb və yadelli) 
bölünməsi  xarakterik  cəhətdir. Bu bölgüdə  o dövrdə  ərəb mədəniyyətinə  xas 
olan  cəhət-dini və fəlsəfi  biliklərin  qarşılaşdırılması öz əksini  tapmışdır.  
Əsərin  ərəb fəsilləri də öz  növbəsində  iki qismə  ayrılır: dini (1-4) və tətbiqi 
(5-6). Burada  fəsillər X əsrdə elmlərin nüfuzuna görə    yerləşdirilmişdir. 
Filologiya onların arasında birinci  yeri  tutur. Çünki Quranın  şərhi  və ərəb 
dilinin  təmizliyinin saxlanması üçün  bu çox  vacibdir. Müsəlman 
tarixşünaslığı  filologiya əsasında  yarandığı  üçün  ikinci  yeri tutur. Onun  
ardınca  poeziya, xüsusilə    islamaqədərki poeziya haqqında  olan fəsil gəlir. 
Nəhayət, yalnız X əsrdə  hüquq  ilahiyyatdan   ayrıldığı    və  mənəvi  deyil,  
əməli  elm olduğu üçün  islam  bilikləri  sırasında  sonuncu  yeri tutur. 
Fəsillərdəki  bölmələrin   ardıcıllığında  isə  elmi məktəblər  və elmi  təlimlərin 
əhəmiyyəti  əsas götürülmüşdür.  
Bölmələrdəki  bioqrafik  və biblioqrafik materiallar  məzmunundan  asılı  
olaraq müxtəlif  səviyyələrdə  qruplaşdırılır. Burada həm xronoloji  ardıcıllıq, 
həm  müəlliflər arasındakı    əlaqə, həm müəllim-şagird  münasibəti  nəzərə 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə