Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə59/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   53   54   55   56   57   58   59   60   61

 
144
informasiyanın daşıyıcısı olan məzmunda müəllif fikrinin realizəsini təmin 
edən fəsillərin, bölmələrin, paraqrafların arasında məntiqi  əlaqənin olması 
vacibdir. Çünki elmi əsərin strukturu bilavasitə onun məzmunu və  şərhinin 
məntiqi ilə  sıx bağlıdır. Məzmunun daşıyıcısı  və  əsərin  əsası kimi mətn, 
müəyyən mənada, kitabın oxucusu ilə  təmasda olub, elmi kommunikasiya 
sisteminə daxil olur. 
Monoqrafiyanın predmet və ya hadisənin təsviri,  şərhi məhz  əsərin  əsas 
mətnində  təqdim edilir: burada şərhin hərəkət trayektoriyası, obyektlərin 
təsnifatı, onların inkişafının təsviri və s. göstərilir. 
Elmi nəşr olan monoqrafiyaların müəllifləri tərəfindən materialın təq-
dimatında  şərhin izahedici növü geniş istifadə edilir. Əksər hallarda belə 
mətnləri mətn-mülahizələr adlandırırlar. Çünki onlar elmi sübutu və ya inkar 
etmə prosesini qeyd edirlər.  
Nəticədə  aparılan tədqiqatın məntiqi yekununa müvafiq olaraq nəticələr 
formalaşdırılır, tövsiyələr təqdir edilir, gələcək elmi tədqiqatların mümkün 
istiqamətləri göstərilir. 
Nəticə konkret olmalı, təhlil edilən problemin əldə olunan faktiki səviyyəsi 
qiymətləndirilməli, monoqrafiyada həllini tapa bilməyən məsələlərin həlli üçün 
istiqamətlər göstərilməli, problemin (sahə və ya predmetin) gələcək inkişafının 
istiqamətlərinin və perspektivlərinin aşkarlanması haqqında məlumatları 
özündə  əks etdirməlidir.  Əgər burada tövsiyələr verilirsə, onlar çıxarılan 
nəticələrdən irəli gələrək əsaslandırılmalı, ölkədaxili və xarici elmi, texniki və 
istehsalat nailiyyətlərinin tətbiqi sahəsində aydın, konkret təkliflərlə  çıxış 
etməlidir.  
Elmi nəşr olan monoqrafiyalarda girişdən əvvəl ön söz, nəticədən sonra isə 
son söz verilir. 
Ön söz ya müəllifin özü tərəfindən, ya da kitabın elmi redaktoru, tərtibçi 
tərəfindən yazılır. Burada təqdim edilən elmi tədqiqat barədə yığcam məlumat 
verilir,  əsərin müəllifi və ya tərtibçisi oxuculara təqdim olunur, onların elmi 
fəaliyyətləri işıqlandırılır. 
Son söz əsasən tarixi mövzuda olan və ya tərcümə  ədəbiyyatlarına yazılır. 
Son söz elmi problemin müasir anlayışını, müəllifin tədqiqat predmetinin 
öyrənilməsindəki rolunu, ölkə və xarici alimlərin konsepsiya və yanaşmalarının 
xüsusiyyətlərini izah edir. 
Monoqrafiya elmi əsərlərin daha əhəmiyyətli bir janrıdır.  O,  elmi  biliyin 
bütün müasir elmi formalarını sistemli şəkildə  təsəvvürdə yaradıb realizə 
etməyə imkan verir. Müəllifin fərdi yaradıcılığının təqdim etdiyi subyektiv və 
obyektiv məqamların varlığı monoqrafiyanın  əsas  əlamətlərindəndir. Onun 
bilik və  təcrübəsi, monoqrafiyada həyata keçirə bildiyi metodiki yanaşma 
burada  şərh olunan yeniliyin fərqləndirici xüsusiyyətlərindəndir. Müəllifin 
şəxsiyyəti və onun elmi səviyyəsi monoqrafiyanın elmi-kommunikativ 


 
145
əhəmiyyətinə fəal təsir göstərir. Bu da əsərin redaktəsi zamanı mütləq nəzərə 
alınmalıdır. 
Elm insan fəaliyyətinin sferası kimi obyektiv aləmin dərketmə şəklində əksi, 
yaranışın sosial istiqamətləndirilməsi ilə xarakterizə olunur.Bu aləmin elmi 
dərki prosesinin və  nəticələrinin yazılı  şəkildə çatdırılması elmi ədəbiyyatın 
öhdəsinə düşür. 
Monoqrafiyaların, bir elmi ədəbiyyat kimi, predmeti elmin əsas formalarının 
- nəzəriyyə, qanun, təsnifat, problemlər, metodlar və s.-nin elmi 
kommunikasiyada fəaliyyətini təmin edən elmi anlayışlar sistemidir. Məhz 
elmi ədəbiyyat elmin belə dərketmə funksiyalarını - obyektiv həqiqi hadisələrin 
şərhini, aydınlaşdırılmasını  və sistemləşdirilməsini həyata keçirməyə  şərait 
yaradır. 
Elmi  ədəbiyyatın məzmununda elmi tədqiqatın  əhəmiyyət kəsb edən 
elementlər anlayışının - məqsədin, problem şəraitinin, yekun ehtimallarının, 
ilkin biliklər və onların öyrənilmə metodlarının, və  ən nəhayət, tədqiqatın 
nəticələri olan yeni biliklərin ifadəsi təqdim edilir. Bundan əlavə, elmi 
ədəbiyyata dair əsərlər konkret elmin tədqiqat prosesinin xüsusiyyətlərini 
şərtləndirən müxtəlif komponentlərin inikasıdır. 
Elmi ədəbiyyatın məqsədyönlü təyinatı elmin müvafiq tələbləri ilə şərtlənir. 
Bu növ ədəbiyyat elmi biliklərin  əsərdə  şərh olunmasına imkan yaradır, yəni 
elmi anlayışların "istehsalını" təmin edir. Bundan əlavə, elmi ədəbiyyat həmin 
anlayışların qavranılması, bu və ya digər kommunikativ sistemdə istifadəsi 
üçün zəruri şəraitdir, elmi biliklərin istehlakının təminatçısıdır. 
Elmi dərketmənin çoxçalarlı xarakteri elmi ədəbiyyatın məqsədyönlü 
təyinatının mürəkkəb daxili strukturunu müəyyən edir. 
Monoqrafiya müəllifləri  əsərlərinin oxucu ünvanını düzgün təyin etmək 
qabiliyyətinə malikdirlər: onlar elm fədailəri və elm xadimləridirlər. Oxucu 
nəinki elmi əsərlə tanış olur, müəllif anlayışını  təsəvvüründə canlandırır, o, 
həmçinin elmi anlayışların müxtəlif məqsədlərini aşkarlayır, məzmunu öz 
şüurunda tamamlayır və onu (məzmunu)  şəxsi nöqteyi-nəzəri ilə tutuşdurur. 
Belə hallarda şəxsi mülahizələrdən imtina edilmə halları heç də isnisna 
olunmur. 
Elmi ədəbiyyat bir çox əsrlər ərzində formalaşmışdır. Onun formalaşmasına 
əsasən elmin tədricən insan fəaliyyətinin sferası kimi xüsusiləşməsi, 
ədəbiyyatın sosial kommunikasiyanın üsulu olması təsir etmişdir.  
Elmi  əsərin özünəməxsus müxtəlif növlərə ayrılan fərqləndirici 
xüsusiyyətləri mövcuddur. Monoqrafiyada qarşıda duran elmi məsələnin 
həllinə doğru yönələn faktların hərtərəfli təhlili onun məqsədyönlü 
istiqamətləndiricisidir. Buraya qarşılıqlı  əlaqələrin, qarşılıqlı asılılığın və 
arqumentləşdirilmiş  dəlil və  əsasların, nəzəri ümumiləşdirilmələrin, faktların, 
məntiqi nəticələrin və praktiki tövsiyələrin  əhəmiyyətinin qiymətləndirilməsi 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə