Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə56/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   53   54   55   56   57   58   59   60   61

 
136
1980-cı illərin  sonlarından Kitab  Palatasının   fəaliyyəti xeyli 
 
məhdudlaşdığından  və 1999-cu ildə  Milli Məclis tərəfindən  qəbul edilən  
«Kitabxana işi  haqqında» Azərbaycan Respublikasının  Qanunu ilə ölkə  
ərazisində    dərc  olunan   çap məhsullarının  dövlət   uçotunu  aparmaq  və 
arxiv  fondunu  yaratmaq  Milli Kitabxanaya  həvalə  olunduğundan   bu iş  
dayandırılmışdır.  
2004-cü ildə  M.F.Axundov  adına Dövlət Kitabxanasına «Milli Kitabxana» 
statusu  verildikdən sonra  milli  biblioqrafiya   vəsaitlərinin   nəşri  bərpa  
olundu və  1990-cu ilə  aid  ilk  buraxılış  2005-ci  ildə  işıq  üzü gördü.  
«Birillik  Azərbaycan  Kitabiyyatı»nın  2003-cü  ilə  aid  buraxılışı  2007-ci 
ildə çap  edilmişdir. Biblioqrafik vəsaitdə  materiallar elm sahələri  üzrə  dövlət 
biblioqrafiyası  orqanlarında  tətbiq  edilən  dövlət təsnifat  sistemi  əsasında  
təsnifləşdirilmişdir.  
Bölmələr daxilində  əvvəlcə  Azərbaycan  dilində  olan, sonra isə rus  dilində 
olan materiallar  qruplaşdırılmışdır. Hər bir  bölmə və yarım bölmə  daxilində  
əlifba  prinsipi  gözlənilmişdir.  
Folklor və folklorşünaslığa dair materiallar vəsaitin «Ədəbiyyatşünaslıq» və 
«Azərbaycan ədəbiyyatı»  bölməsində verilmişdir.  
Paşayev Q. Kərkük  folklorunun   janrları.- B.: Elm, 2003.-  315 s.  
 və ya «Azərbaycan  ədəbiyyatı» bölməsində:  Azərbaycan   folkloru  
antologiyası: Ağbaba  folkloru/ AMEA, Dədə  Qorqud  ad. Folklor  elmi-
mədəni mərkəzi.- B.: Səda, 2003.- VII kitab.-  476 s. Biblioqrafik vəsaitin 
sonunda  tələbatçıların  ondan  istifadəsini  asanlaşdırmaq  məqsədilə   köməkçi 
aparat- həm Azərbaycan və  həm də  rus dillərində    müəlliflərin  əlifba   
göstəricisi  və  vəsaitdə   sərlövhə  üzrə  təsvir olunmuş  əsərlərin  sərlövhəsinin  
əlifba  göstəricisi  verilmişdir (6).  
Müstəqillik illərində    nəşr edilmiş   biblioqrafik  mənbələr  içərisində  
M.F.Axundov  adına  Milli Kitabxana  tərəfindən  2006-cı ildən  çap  edilən  
«Yeni kitablar» (11) adlı  annotasiyalı   biblioqrafik göstəricidir.  Biblioqrafik  
informasiya  vəsaitini  hazırlamaqda  məqsəd   tələbatçıları  Milli Kitabxanaya  
daxil olan  yeni ədəbiyyatla  tanış etməkdir.  
Annotasiyalı  biblioqrafik göstəricidə 2006-cı ildə Milli kitabxanaya  daxil 
olmuş  1042 adda ədəbiyyatın  37-si  folklor  və folklorşünaslığa  aiddir.  
Göstəricidə    əks olunan  bölmələr  daxilində    əvvəlcə    Azərbaycan dilində, 
sonra rus  və xarici  dillərdə  materiallar  əlifba  sırası ilə  düzülmüşdür.  
Biblioqrafik göstəricidə    Azərbaycan folklorşünaslığına  həsr edilmiş   
nümunələrə  nəzər  yetirək:  
   Azərbaycan dastanları: 5 cilddə / tərt. ed. Ə.Axundov, M.H.Təhmasib; Red. 
H.Araslı; AMEA Folklor İnstitutu.- B.: Çıraq, 2005.- 424 s.  
Azərbaycan  şifahi  xalq ədəbiyyatının  ən maraqlı  və rəngarəng  mövzularla  
zəngin  janrlarından  olan  dastanlarda  elin həyat və mübarizəsi, xalqın duyğu 


 
137
və düşüncələri, istək və arzuları əlvan   çalarlarıyla  öz  tərənnümünü tapmışdır. 
və ya: Azərbaycan folkloru antologiyası:  İrəvan  çuxuru folkloru/ Topl. tərt. 
ed., ön sözün,  qeyd  və izahların müəl. H.İsmayılov,  Ə.Ələkbərli; Red. 
İ.Abbaslı; Rəy. T.Bünyadov, Q.Namazov; AMEA Folklor İnstitutu.- B.: Səda,  
2004.- 471  s.  
Biblioqrafik vəsaitdən istifadəni  asanlaşdırmaq məqsədilə  Azərbaycan, rus, 
türk və xarici  dillərdə    müəlliflərin   və  sərlövhələrin  əlifba göstəricisi 
verilmişdir.  
Müasir  mərhələdə  biblioqrafiya  sosial-iqtisadi  inkişafın  ən  mühüm  
cəhətlərini  əks etdirir və  bununla  da elmin, mədəniyyətin və istehsalın bütün   
sahələrinin  biblioqrafik   informasiya  ilə  təminatına  şərait  yaradır.  
Azərbaycan Milli EA Mərkəzi Elmi Kitabxanasının  çap etdirdiyi  cari 
biblioqrafik  vəsaitləri  fonda  daxil olan  yeni ədəbiyyat haqqında  məlumat  
vermək məqsədi  güdür. Ölkə kitablarını  əks etdirən  biblioqrafik  siyahılarda  
məzmuna görə  bölgü  prinsipi  əsas götürülür.  Bu da tələbatçıya  imkan verir 
ki, istifadə etdiyi  bu vəsaitdə  maraqlandığı  sahə üzrə    ədəbiyyat haqqında  
tezliklə  informasiya  ala bilsin.  
Filologiya  elmləri  başlığı altında  ədəbiyyatşünaslığın  digər sahələri  kimi 
folklor  və folklorşünaslığa  aid olan  materiallar  müəlliflərin  əlifba   sırası  ilə 
qruplaşdırılmışdır.  Cari biblioqrafik  informasiya vermək  funksiyasını yerinə 
yetirən bu vəsaitdə  folklorşünaslığın  müxtəlif məsələlərinə    həsr edilmiş  
materiallar əhatə  edilmişdir. Məsələn:   
Aşıq Ələsgər: Şerilər, dastan-rəvayətlər, xatirələr/ tərt. ed.: İ.Ələsgər.- Bakı: 
Çinar-Çap. 2003.- 496 s. və ya: Azərbaycan folkloru  antologiyası. VI kitab: 
Şəki folkloru. II cild/  Nizami  adına  Ədəbiyyat  İnstitutu: Red.: Y.Qarayev.- 
Bakı: Səda,  2002.- 491 s.  
Biblioqrafik vəsaitdə  folklorşünaslığa  dair  materiallar  içərisində  «Kitabi-
Dədə Qorqud»la bağlı  ədəbiyyat  üstünlük təşkil  edir:  
Bəhlul Abdulla «Kitabi-Dədə Qorqud»un poetikası.- Bakı: Elm, 1999.- 228 s.  
Ümumilikdə bu bölmə  daxilində   biblioqrafik təsviri verilmiş 252  
ədəbiyyatdan  folklorşünaslıq məsələlərinə  həsr edilən 16 ədəbiyyatın  təsviri  
verilmişdir (9).  
Biblioqrafik informasiya  bülletenində  materiallar  kitabxana-biblioqrafiya  
təsnifatı    əsasında  elmlər və  daxili əlifba üzrə,  Şərq dillərində  isə ölkələr  
üzrə qruplaşdırılmışdır.  
Cari xarakterli  biblioqrafik  informasiya  mənbələri  kimi, ümumi 
yekunlaşdırıcı  retrospektiv   biblioqrafik  informasiya mənbələri silsiləsində 
Azərbaycan dövrü  mətbuatına  dair  biblioqrafik  göstəricilər  də mühüm  yer 
tutur.  
Retrospektiv  elmi-köməkçi  xarakterli vəsaitlərdən  də dövri və ardı davam 
edən nəşrlərin tərkib və məzmununu açan  biblioqrafik göstəricilərdir. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə