Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə12/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

 
31
Kitabxanaların idarəçilik funksiyasından danışarkən onu nəzərə almaq 
lazımdır ki, MKS-lərin idarəçilik xüsusiyyəti digər kitabxanalardan fərqli 
olaraq yeni metodları  nəzərdə tutmalıdır. Yeni idarəçilik xüsusiyyəti, əlbəttə, 
mərkəzləşdirilmiş kitabxana sistemlərinin spesifik cəhətləri və  bu sistemin 
mürəkkəbliyi onunla bağlıdır ki, sistemə daxil olan filial kitabxanaları dağınıq 
və  pərakəndə struktur bölmələrin operativ idarəetmə  işində  çətinlik yaradır. 
MKS-lərin idarəetmə sistemləri həm də ona görə mürəkkəbdir ki, həm  mərkəzi 
kitabxananın, həm də filial kitabxanalarının struktur bölmələrinin, yəni 
sistemin bütövlükdə  hərtərəfli idarəçiliyə  cəlb olunması vacib şərtlərdəndir. 
Mərkəzi kitabxana sisteminin direktoru və  şöbə müdirləri eyni zamanda 
mərkəzi kitabxananın və bütün filial kitabxanalarının idarə edilməsində iştirak 
edirlər. 
Baxmayaraq ki, idarəetmə funksiyasından yuxarıda geniş  bəhs etdik və 
doğrudan da bu işə kifayət qədər  əhəmiyyət verilir, lakin MKS-lərin idarə 
edilməsinin nəzəri və metodiki cəhətdən işlənilməsi hələlik bir problem kimi 
qalır. Hər şeydən əvvəl bu, kitabxana işinin planlaşdırılması ilə bağlıdır. 
Kitabxana işi sahəsində xüsusilə planlaşdırmanın  həm nəzəri, həm də 
praktiki məsələləri üzrə bir sıra tədqiqatlar aparılmış və müəyyən nailiyyətlər 
əldə edilmişdir. Lakin istər bütün kitabxanaların,  o cümlədən MKS-lərin işinin 
planlaşdırılması üzrə heç bir əsaslandırılmış  təklif və göstəriş 
hazırlanmamışdır. 
Kitabxana fəaliyyətinin planlaşdırılmasına həsr olunmuş yeganə fundamental 
elmi-tədqiqat işi T.D.Aqenkonun «Ali məktəb kitabxanalarının fəaliyyətinin 
sistemli planlaşdırılması idarəetmənin  əsası kimi» mövzusunda namizədlik 
dissertasiyası olmuşdur. Lakin kitabxana işinin həm  bir sahə kimi həm də 
ayrıca MKS-lərin işinin planlaşdırılması kitabxana ictimaiyyəti qarşısında əsas 
problemlərdən biri kimi durur.  
Kitabxana işinin planlaşdırılmasında  əvvəllər beşillik planlardan geniş 
istifadə edilirdi. Lakin son illərdə  əsasən illik planlara daha çox yer verilir. 
Kitabxana işinin proqnozlaşdırılması isə demək olar ki,  nəzərdə tutulmur. 
Nəticədə elmi işləmələr, metodiki təkliflər, kitabxana işinin planlaşdırılmasına 
dair təkliflər verilmir. Halbuki, Respublika Milli kitabxanası və sahəvi mərkəzi 
elmi kitabxanalar kitabxana planlarının tərtibinə dair dünya təcrübəsinə 
əsaslanan metodiki işləmələr aparmalı  və kitabxanalara konkret təkliflər 
verməlidirlər. Təcrübədə bu günədək  istər MDB Respublikalarında həmçinin 
müstəqil Azərbaycan Respublikasında kitabxana fəaliyyətinin planlaşdırılması 
məqsədli proqram kimi, xüsusilə  mərkəzləşdirilmiş kitabxana sistemlərinin 
fəaliyyətində öz əksini tapmışdır. Halbuki, MKS-lər öz fəaliyyətlərində bir sıra 
kompleks proqramlar həyata keçirir. Məsələn,  vahid fondun formalaşması 
əhaliyə kitabxana xidməti, kitabxana məlumat aparatının yaradılması, MKS-in 
fəaliyyətinin metodik təminatı, kitabxana işçilərinin ixtisasının artırılması və s. 


 
32
Belə proqramların kompleks xarakter daşıması onunla izah edilir ki,bunlar 
mərkəzləşdirilmiş kitabxana sisteminin bütün kollektivi tərəfindən həyata 
keçirilir, kollektivin bütün üzvləri bu tədbirdə iştirak edirlər. 
Qeyd etmək lazımdır ki, bu gün respublikamızda MKS-lərin işinin idarə 
edilməsi və  gələcək fəaliyyətlərinin strateji planlaşdırılması ilə bağlı  hələ  də 
heç bir rəsmi və metodiki sənəd tərtib edilməmiş  və MKS-lərə 
göndərilməmişdir. Yeri gəlmişkən qeyd etməliyik ki,bu problemlərlə bağlı 
Rusiyada  bir sıra  sənədlər hazırlanmış, idarəetmənin  strukturu və 
mexanizmləri  ilə bağlı MKS-lərə  konkret   təkliflər  verilmişdir. Bu tövsiyə  
xarekterli  təkliflərdə  əsas diqqət  təşkilati- idarəetmə  məsələlərinə  verilir və 
onların tətbiq  olunması  nəzərdə tutulur.   Hazırda demək olar ki,  MKS-lərin  
struktur  quruluşu,  onun şöbələri və bölmələrinin inzibati  bölgüsü,  işçilərin  
tabeçilikləri, hüquq və  vəzifələri,  bütün kitabxana  sistemləri  üçün  eyni 
qaydada təlimat  sənədi  kimi  əməkdaşların  diqqətinə  çatdırılmalıdır. Hər bir  
işçi  hər hansı vəzifəyə təyin olunduqda hüquqi  sənədlər  təlimat formasında 
onlara təqdim olunmalı, onlarla söhbət aparılmalı, iş sahəsi 
müəyyənləşdirilməli, sınaq müddətilə  işə götürülməlidirlər. 
Kitabxanaların  idarəetmə problemləri ilə bağlı bir sıra tədqiqatlar və 
işləmələr mövcuddur ki, onlar ayrı-ayrı kitabxanaların işinin  xarakterik 
cəhətləri  nəzərə alınmaqla işlənilmiş, MKS-lərin işi  əsas faktor kimi 
götürülmüşdür. Bu sənədlərdə MKS-lərin işi  əsas götürülsə  də onların 
fəaliyyətində idarəetmə strukturları, rəhbər işçilərin hüquq və  vəzifələri, 
xüsusilə filial kitabxanalarına rəhbərlik, onların idarə edilməsi, filialların 
metodiki təminatı və s. məsələlər tamamilə əhatə edilməmişdir. Xüsusilə oxucu 
problemi  qəbul olunmuş bir sıra sənədlərdə konkret olaraq öz əksini 
tapmamışdır. Xüsusilə kitabxanaşünas-alim T.P.Mileviç öz dissertasiyasında 
MKS-lərin  idarəetmə strukturunu çox geniş  şəkildə izah edərək ictimai 
şuraların eyni adamlardan ibarət olaraq ictimai işlərə cəlb olunması və nəticədə 
idarəetmə strukturlarında bir sıra mühüm  məsələlərin  həll olunmamış qalması 
və işçi kollektivinin idarəetmə işindən kənarlaşmasını diqqətə çatdırır. Bundan 
başqa Sankt-Peterburq Mədəniyyət 
İnstitutunun Kitabxanaşünaslıq 
kafedrasının  kollektivinin apardığı tədqiqatlar göstərmişdir ki, ictimai əsaslarla 
idarəçilik işinə  cəlb olunan  mütəxəssislər  əsaslı  şəkildə idarəetmə  işində 
özlərini lazımi səviyyədə   göstərə bilməmişlər. Onlar müəssisə rəhbərlərindən  
tapşırıqlar almaqla gözləmə mövqeyində durmuşlar. Nəticədə idarəetmə 
sahəsində çalışan ştatda  olan işçilər  və ya kollektivin bütün üzvləri idarəetmə 
fəaliyyətindən faktiki olaraq kənarda qalırlar. Nəhayət, kitabxanaların idarə 
olunmasına dair aparılan  təhlil və tədqiqatlar göstərir ki, idarəetmə sahəsində 
daha proqressiv  tendensiyalar özünü göstərir, bu da kitabxanaların  
avtomatlaşdırılması    sistemləri və yeni texnika və texnologiyaların tətbiq 
edilməsi, həmçinin struktur dəyişikliklərinin  həyata keçirilməsi ilə bağlıdır. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə