Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

 
27
 Xəlil İSMAYILOV  
Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı 
Tarix elmləri doktoru, professor 
 
KİTABXANALARIN İDARƏ EDİLMƏSİNİN MÜASİR 
PROBLEMLƏRİ 
 
Kitabxana işinin intensiv olaraq istiqamətləndirilməsi  və onun idarə 
edilməsinin təkmilləşdirilməsi əsas məsələlərdən biridir. Bu problemin xüsusilə 
vacib olması kitabxana şəbəkələrinin mərkəzləşdirilməsindən sonra daha da 
mühüm əhəmiyyət kəsb etdi. 
Vahid  iri kitabxana müəssisələrinin formalaşması,ərazi  kitabxana 
şəbəkələrinin Mərkəzi kitabxana sistemində birləşdirilməsi, müxtəlif struktur 
bölmələrin yaradılması,yeni filial kitabxanalarının fəaliyyətə başlaması, idarə 
etmə  işində köklü  dəyişikliklərin həyata keçirilməsini yeni idarəetmə 
formalarının axtarılmasını  və bu mürəkkəb prosesin sistemli şəkildə idarə 
edilməsini qarşıya qoyur.  
Təəssüflər olsun ki, kitabxanaların kütləvi  şəkildə  fəaliyyət istiqamətinin 
dəyişməsi yəni MKS-lərin yaradılması  və bu dövrdə digər kitabxanalardan 
fərqli olaraq onların idarə edilməsinə lazımı diqqət verilməməsi MKS-lərin 
işində bir sıra çatışmazlıqlara gətirib çıxardı.Əsas çatışmazlıqlar həm ilk 
illərdə, həm də indiki zamanda MKS-lərin potensial imkanlarından lazımi 
səviyyədə istifadə edilməməsi ilə bağlı olmuşdur.  
Bu gün əsas var ki, qeyd edək ki, MKS-lərin idarəçilik fəaliyyətinin  
qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi günün tələblərinə tam cavab 
vermir.  
MKS  kimi mürəkkəb bir müəssisənin idarə edilməsi üçün idarəçiliklə 
məşğul olan kadrların xüsusi ixtisas hazırlığına cəlb olunması daim diqqət 
mərkəzində olmalıdır.MKS-lərdə problem situasiyaların təhlili göstərir 
ki,idarəetmə  məsələləri lazımi səviyyədə elmi əsaslara söykənmir,hətta bu 
məsələ ilə bağlı elmi ixtisas ədəbiyyatlarında belə yazılara rast gəlinmir. 
MKS-lərin idarə edilməsi barədə təlimat xarakterli göstərişlər əksər hallarda 
elmi tədqiqatların nəticələri kimi verilmir və ya metodik göstərişlər  kitabxana 
metodologiyasına  əsaslanmır, ona  görə də praktikada lazımı səviyyədə tətbiq 
olunmur. Məsələn: hələ 1978-ci ildə MKS-lər yaradılarkən qəbul olunmuş 
«Mərkəzləşdirilmiş kitabxana sistemlərinin texniki işi» adlı  təlimat sistemin 
işinin perspektiv planlaşdırılması yollarını        müəyyənləşdirir. Halbuki, 
indiyədək MKS-lərin  idarə edilməsi məqsədilə heç bir metodik göstəriş 
nəzərdə tutulmamışdır. Nəticə etibarı ilə  təlimatın ikinci nəşrində 
«Mərkəzləşdirilmiş kitabxana sistemlərində işin təşkili» (1985) əsasnaməsində 
idarəetmənin perspektiv planlaşdırılması məsələləri ümumiyyətlə çıxarılmışdır. 


 
28
Bütün bunlar göstərir ki, MKS-lərin idarə edilməsində müxtəliffikirlilik 
hökm sürür və elmi əsaslara söykənən təkliflərin olmadığından irəli gəlir. 
Həmçinin idarəetmə probleminin təhlili göstərir ki, Mərkəzi Kitabxana 
Sistemləri yaradılarkən vaxtı ilə kiçik kitabxana kollektivlərində çalışmış, 
idarəçilik səriştəsi olmayan işçilər MKS-lərdə  rəhbərliyə  cəlb olunmuşdur ki
bununla bağlı problemlər sonralar özünü büruzə vermişdir. Onlar həm psixoloji 
cəhətdən, həm də bir professional mütəxəssis kimi MKS-lərin idarə 
edilməsində lazımı  səviyyədə  iştirak edə bilmədilər. Məntiqi olaraq  qeyd 
etməliyik ki,  bütün bu vəziyyət  MKS-lərin  idarə edilməsinə öz təsirini 
göstərdi.  
Nəhayət, MKS-lərin idarə  edilməsi  təcrübəsini  nəzərdən keçirdikdə  məlum 
olmuşdur ki,  bir sıra digər  faktorlar da  MKS-lərin  idarə  olunmasında   
özünü  göstərmişdir. Bunlara misal  olaraq kitabxanaçı  kadrların  ixtisasının  
artırılmasında  kitabxana təcrübəsi  və    nəzəriyyəsində  idarəetmə  
məsələlərinin lazımi  səviyyədə  öyrədilməməsi, ayrıca  rəhbər  işçilər  üçün  
xüsusi  seminar  və praktikumların  keçirilməməsi  də öz  təsirini  göstərmişdir.  
Qeyd etmək  lazımdır ki,  son illərdə bir sıra  elmi-tədqiqat  işləri MKS-lərin 
idarə olunmasına həsr olunmuş  və onların  fəaliyyətinin  ayrı-ayrı sahələrini 
əhatə  edir. Xüsusilə  Rusiya  kitabxanaşünas alimləri, o cümlədən S.A. 
Basovanın «Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində    məqsədli  
idarəetmənin təşkili», A.D.Baçkovanın «Mərkəzləşdirilmiş kütləvi kitabxana 
şəbəkələrində  kitabxana işçilərinin  əmək bölgüsü və onun  kooperasiyası», 
T.P.Maleviçin «Mərkəzləşdirilmiş kitabxana şəbəkələrinin idarəetmə 
fəaliyyətində  ictimaiyyətin iştirakı», bunlardan  başqa metodiki  və tövsiyə 
xarakterli, bir sıra  MKS-lərin  idarə  olunması  problemlərinə  həsr olunmuş 
S.A.Babenkonun, N.İ.Karpovun, S.E.Diyaxovanın, İ.S.Sadrinanın, yazıları çap 
olunmuş, bu problemlə    bağlı  hazırda Rusiya Dövlət Kitabxanasında, 
M.E.Saltıkov-Şedrin adına Dövlət Ümumi  Kitabxanasında,  Moskva Dövlət  
Mədəniyyət və  İncəsənət   Universitetində      tədqiqatlar aparılır, lakin MKS-
lərin  idarə  olunması  nəzəriyyəsi  hələ də  tam  işlənilməmiş,  mövcud olan  
tövsiyələrdə  isə bir sıra  mübahisəli  problemlər  vardır.  
Mərkəzləşdirilmiş kitabxana şəbəkələrinin idarə olunması ilə yanaşı böyük 
universal elmi kitabxanaların idarə olunması  məsələlərinə xüsusi diqqət 
verilmiş bir sıra yeni elmi işləmələr hazırlanmışdır. Kitabxanaların idarə 
olunmasının təkmilləşdirilməsinə həsr olunmuş elmi tədqiqatlar Rusiya Dövlət 
kitabxanası, Rusiya xarici ədəbiyyat kitabxanası, Rusiya EA ümumi elmi 
texniki kitabxanasının Sibir şöbəsi və s. iri kitabxanaları  tərəfindən 
işlənilmişdir.  İlk dəfə kitabxanaların idarə edilməsinin təkmilləşdirilməsinə 
həsr olunmuş elmi-praktik konfransın  əsası 1979-cu ildə Rusiya Dövlət 
Kitabxanası tərəfindən qoyulmuşdur. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə