Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

 
29
Sovet kitabxanaşünaslığında  əsas müvəffəqiyyətlərdən biri də idarəetmə 
problemlərinin tədqiq olunması,öyrənilməsi və  tətbiq olunmasıdır. Həmçinin 
idarəetmənin ayrı-ayrı sahələri, xüsusilə, kitabxana fondunun   idarə olunması 
kitabişləmə prosesinin idarə olunması,kataloqlaşdırmanın keyfiyyətli idarə 
olunması  və s. əhatəli  şəkildə  tədqiqata cəlb olunmuşdur. Bundan başqa 
idarəetmə aspektlərinə  həsr olunmuş  tədqiqatlar  oxucu fəaliyyətinin idarə 
olunması kimi ayrıca tədqiq olunmuş  və bu barədə bir sıra sərəncamlar da 
qəbul olunmuşdur. 
İdarəetmənin ayrı-ayrı aspektlərinin tədqiq olunması idarəetmə   probleminə 
kompleks yanaşmağa imkan verir. Odur ki, kitabxanaların idarəetmə 
fəaliyyətinin bütün aspektlərini  müqayisəli təhlil etməklə kitabxana 
proseslərinin yeniləşməsi vəzifələrinə uyğun olaraq yeni texnologiyaların 
tətbiqini nəzərdə tutmalıdır. 
Kitabxanaların idarəetmə problemlərini öyrənən zaman kitabxanaçı kadrların 
hazırlıq səviyyəsi, onların ixtisasının artırılması mütləq nəzərə alınmalıdır. 
İdarəetmə  məsələlərinin öyrənilməsində idarəetmə kadrlarının hazırlığı ayrıca 
nəzərdə tutulmur,lakin kitabxanaçılıq sahəsində ümumi biliklərin 
öyrənilməsində həmçinin idarəetmə aspektləri də geniş şəkildə öyrədilməli və 
nəzəri-praktiki cəhətdən izah edilməlidir. Kitabxanaların idarə edilməsi 
problemlərinin tədqiq olunması göstərir ki, tədqiqatçılar və metodistlər 
idarəçilik fəaliyyətində ayrı-ayrı  məsələlərlə yanaşı komleks maneələrlə  də 
rastlaşırlar. Mütəxəssislərin rastlaşdığı  bu problem kitabxana resurslarından 
istifadə olunması,xüsusilə maliyyə  vəsaitlərinin,bank  əməliyyatlarının, smeta 
sənədlərinin mənimsənilməsi və öyrənilməsi rəhbər işçilər üçün çətinliklər 
yaradır. Odur ki, kitabxana müdirləri və direkorları maliyyə  işlərini, bank 
əməliyyatlarını, onların hüquqi tənzimlənməsini öyrənməli və 
bilməlidir.Kitabxanaların olduqları idarələr və nazirliklər müəssisə  rəhbərləri 
üçün  vaxtaşırı xüsusi ixtisasartırma kursları təşkil etməlidirlər. Çox təəssüf ki
belə kurslar son illərdə  təşkil edilmir, kitabxana işçiləri üçün təşkil olunan 
kurslarda isə idarəetmənin  normativ hüquqi və maliyyələşdirmə məsələləri ilə 
bağlı problemlərə vaxt ayrılmır. Nəticədə plan, maliyyə  və idarəetmə  işində 
çox ciddi qanun pozuntuları və çatışmazlıqlar ortaya çıxır. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hələ SSRİ dövründə xalq 
təsərrüfatının bir çox sahələrində  əməyin elmi təşkili ilə  məşğul olan bir sıra 
bölmələr və srukturlar hazırda Respulikamızda demək olar ki, fəaliyyət 
göstərmir,bu sahədə elmi konfranslar keçirilmir. Son illərdə aparılan elmi- 
tədqiqat işlərindən idarəetmə  məsələlərinə  həsr olunmuş problemlər tədqiqata 
cəlb olunmur. Halbuki, kitabxanaların bugünkü fəaliyyəti mütəxəssis kadrların 
idarəçilik səriştəsi və bacarığından asılıdır.Bu günün kitabxana mütəxəssisləri, 
idarəçiliklə  məşğul olan rəhbər kadrlar «Kitabxanaların idarə olunması», 
«Kitabxanaların sosial inkişafının planlaşdırılması», «Kitabxanalarda qabaqcıl 


 
30
iş  təcrübəsi» və s. öyrənilməsini ön plana çəkməli, kitabxana işçilərinin 
peşəkarlıq keyfiyyətləri onlara verilən tələblər və idarəetmənin müsbət 
cəhətləri və digər amillər bu günümüzün reallığıdır və  tədqiqata cəlb 
olunmalıdır. 
Kitabxana işinin idarə edilməsində olduqca  vacib bir məsələ  unudulur 
ki,kitabxanaların qarşısında duran çox mühüm sosial bir vəzifə ayrı-ayrı 
kitabxana işçiləri və kitabxanalar deyil, kitabxana kollektivləri tərəfindən həll 
edilir, ona görə  də kollektivin idarəetmədəki fəaliyyəti geniş  tədqiq 
olunmalıdır. 
Görünür tədqiqatçılar və metodist kitabxana işçiləri ayrı-ayrı kollektivlərin 
işindəki fərqli və ya müsbət cəhətləri lazımi qədər tədqiqata cəlb etməkdə 
çətinlik çəkirlər və beləliklə, kitabxana kollektivlərinin spesifik cəhətlərini 
öyrənə bilmirlər. Həmçinin belə bir qənaətə  gəlmək olar ki, kitabxana 
kollektivlərində çalışan kitabxanaçıların peşə biliklərinin  çatışmamasından 
onlar kitabxanaların idarəetmə problemlərinin nəzəri cəhətdən  əsaslandırılmış 
təkliflərinin hazırlanmasında çətinlik çəkirlər. Ona görə də bir  çox müəlliflər 
öz tədqiqatlarında kitabxana kollektivlərindən deyil, ümumiyyətlə 
kitabxanalardan bəhs edirlər. 
Kitabxana kollektivinin işinə diqqətsizlik kitabxana kollektivlərinin sosial 
inkişafının planlaşdırılmasının lazımi səviyyədə qiymətləndirilməməsinə 
gətirib çıxarır. Açıq etiraf etmək lazımdır ki,ancaq iri universal kitabxanaların 
bəziləri kollektivin sosial inkişaf planı  əsasında öz fəaliyyətini qururlar. 
Ümumiyyətlə qeyd etmək lazımdır ki, kitabxana kollektivinin sosial 
planlaşdırmanın bu cür metodu Respublikamızda eləcə  də ondan kənarda 
hələlik işlənilməmişdir. 
Bundan başqa kitabxana kollektivlərində sosial-psixoloji mühitin tədqiq 
edilməsinə lazımi  diqqət verilmir. Kitabxana tədqiqatlarından məlumdur ki, on 
mindən çox kitabxanası olan Azərbaycanda hələ də əksər kitabxana işçilərinin 
ali peşə təhsili olanların faizi çox aşağıdır. Respublikamızda fəaliyyət göstərən 
MKS-in işçilərinin təxminən 30-40 faizi, tək-tək hallarda 50 faizi yüksək 
ixtisaslı mütəxəssislərdir, hətta Azərbaycanın kənd yerlərində bu faiz daha 
aşağıdır. Bütün bunlar kitabxana fəaliyyətinə, kollektivdəki psixoloji mühitə, 
oxuculara daha keyfiyyətli xidmət işinə olduqca mənfi təsir göstərir.  Əgər 
işçilərin böyük əksəriyyəti doğrudan da təsadüfi  əməkdaşlardan ibarətdirsə, 
kitabxanaçılıq peşəsini  nəzəri və praktiki cəhətdən bilmirsə,  əlbəttə, burada 
yüksək peşəkarlıqdan və keyfiyyətli  xidmətdən danışmaq olmaz. 
Bizə belə  gəlir ki, kitabxana kollektivinin işini dərindən və diqqətlə 
öyrənməyə o qədər  də ehtiyac  yoxdur  ki, bir sıra xarakterik cəhətlər işçilər 
arasında şəxsi münasibətlərin qurulması, bütövlükdə kollektivin fəaliyyətinə öz 
təsirini və bütövlükdə kitabxanaların idarə edilməsinin ardıcıl inkişafına mənfi 
təsir edir.  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə