Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ
241
Lokalizasiyasının, yayılmasının və morfololji quruluşunun xüsusiyyətləri
səbəbindən asılı olaraq burun-udlağın bədxassəli şişlərinin əsas müalicə
metodu
şüa və ya
kimyəvi-şüa terapiyasıdır. Ümumi qəbul olunmuş şüa
müalicəsi metodikası birinci şiş ocağının və metastatik limfa düyünlərinin
yüksək dozada şüalandırılmasıdır. Regionar metastazlar
müəyyən edilmədiyi
təqdirdə hər iki boyun nahiyəsinin profilaktik şüa müalicəsi aparılır. Şüa
müalicəsi sərbəst planda şişin I mərhələsində aparılır. Xəstəliyin II mərhə-
ləsindən başlayaraq kimyəvi-şüa müalicəsinin aparılması daha məqsədəuyğun
hesab olunur. Birinci şiş ocağının tam reqressiyası şərti ilə boyunda kon-
servativ (kimyəvi-şüa) müalicədən sonrakı qalıq metastatik limfa düyünləri və
ya residiv metastazlar aşkar edildiyi təqdirdə cərrahi müalicə (boyun disek-
siyası) məqsədəuyğun sayılır.
Burun-udlağın bədxassəli şişləri şüa müalicəsinə yüksək həssaslığı ilə
xarakterizə olunur. Şüa terapiyası xarici şüalanma və müştərək şüa müalicəsi
şəklində aparılır. Xarici şüalanmada əksərən distansion
qammaterapiyadan isti-
fadə olunur. Bu zaman şişin olçülərindən və başin anatomik xüsusiyyətlərindən
asılı olaraq 2, 3 və ya 4, əksər hallarda isə 2 yan şüalanma sahələrindən istifadə
olunur. Şüalanmanın SOD şişin I-II mərhələsində 60 Qr, III-IV mərhələsində
75 Qr təşkil edir. Boynun regionar metastazvermə zanalarının şüalanması
birincili şiş ocağının şüa müalicəsi ilə bir etapda aparılır və şüalanmanın SOD
45-50 Qr təşkil edir.
Burun-udlaq xərçənginin şüa terapiyasında ən yaxşı nəticələr müştərək
şüa müalicəsi (distansion qammaterapiya və boşluq daxili şüa müalicəsi) zama-
nı əldə edilir. Burun-udlağın bədxassəli şişlərinin boşluq daxili şüalanması dis-
tansion qammaterapiya qurtardıqdan sonra və ya onun SOD 50-60 Qr çat-
dıqdan sonra onunla birgə aparılır.
Bu zaman radioaktiv Co
60
rezin «süngər»
vasitəsilə ilə 24-30 saat müddətinə burun-udlaq boşluğuna yeridilir və SOD 20
Qr olmaqla şüalandırılır. Müştərək şüa müalicəsindən istifadə şüa ağırlaşma-
larının tezliyini artırmadan şüalanmanın SOD 90-120 Qr qədər artırmağa im-
kan verir.
Burun-udlaq xərçəngində aparılan
kimyəvi müalicə neoadyuvant və
adyuvant kimyəvi terapiya formasında istfiadə olunur. Burun-udlaq xərçəngi-
nin ən geniş yayılmış neoadyuvant kimyəvi müalicə sxemləri sisplatin + 5 fto-
rurasil, sisplatin + epirubisin və bleomisin + sisplatin + epirubisindir.
Burun udlaq xərçəngi zamanı şüa müalicəsindən sonra şişin tam rezorbsi-
yası müşahidə olunan xəstələrdə adyuvant kimyəvi terapiyadan istfiadə haqqın-
da məlumatlar var. Lakin alınmış nəticələr onun müalicənin uzaq nəticələrinin
yaxşılaşdırılması haqqında birmənalı fikir sürməyə imkan vermir. Eyni zaman-
da qeyd edilir ki, kimyəvi terapiyanın şüa müalicəsi ilə birgə başlanması və ad-
yuvant rejimdə davam etdirilməsi müalicənin nəticələrini yaxşılaşdırır. Buna
misal olaraq sisplatindən istifadə etməklə kimyəvi terapiyanın şüa
müalicəsi ilə
müştərək istifadəsini göstərmək olar (sisplatin – 100 mq/m
2
şüa müalicəsinin 1,
22, 43-cü günləri, sonra isə adyuvant olaraq 71, 99 və 127-ci günlər).
BAŞ-BOYUN ŞİŞLƏRİ
242
10.1.7. Proqnoz
Burun-udlaq xərçəngində distansion qammaterapiya zamanı 5 illik yaşa-
ma göstəricisi 10-15% arasında tərəddüd edir. Müştərək şüa müalicəsində 5
illik yaşama göstəricisi regionar metastazlar olmadığı təqdirdə 60%, birtərəfli
regionar metastazlarda 40% ikitərəfli metastazlarda isə 30% təşkil edir. Kim-
yəvi-şüa müalicəsi zamanı 5 illik yaşama bu göstəricisi 60-70%-ə qədər
yüksəlir.
10.2. Ağız-udlaq xərçəngi
Ağız-udlaq xərçəngi bütün bədxassəli şişlərin 0,5-1,0%-ni təşkil edir,
rastgəlmə tezliyinə görə baş-boyun nahiyəsinin bədxassəli şişləri arasında 4-5-
ci yeri tutur. Son on il ərzində ağız-udlaq xərçəngindən ölüm 1,5 dəfə
artmışdır. Xəstəlik əksərən 51-60 yaşlarda, kişilərdə qadınlara
nisbətən daha
çox (9:1 nisbətində) rast gəlinir. Ədəbiyyat məlumatları göstərir ki, son illər
qadınlarda da ağız-udlaq xərçənginin rastgəlmə tezliyi artır. Ehtimal olunur ki,
bu, qadınların siqaretdən və spirtli içkilərdən istfiadə etməsinin artması ilə
əlaqədardır. Bu ehtimallar ağız-udlaq xərçənginin əsas risk amillərinin spirtli
içkilərdən həddən ziyadə istifadə və uzunmüddətli siqaretçəkmə olması ilə izah
olunur. Ağız-udlaq xərçənginin digər risk amillərinə ağız boşluğunun pis gigi-
yenası, mexaniki qıcıqlanması, Plummer-Vinson sindromu (riboflavin və fol
turşusunun çatışmazlığı ilə əlaqədar
olan və disfagiya, həzm traktının selikli
qişasının atrofiyası, dırnaqların distrofiyası, hipoxrom anemiya, qanda dəmirin
səviyyəsinin azalması ilə xarakterizə olunan xəstləik) aid edilir. Ağız-udlaq
xərçənginin əmələ gəlməsində I tip Herpes simplex virusunun və insan papil-
loma virusunun rolu müəyyən edilmişdir.
10.2.1. Beynəlxalq histoloji təsnifat
(№4, WHO – 2005)
I. Epitelial şişlər
Bədxassəli şişlər
• Papilloma
– yastıhüceyrəli papilloma
– kondiloma
– epitelial hiperplaziya
• Keratoakantoma
• Dənəvərhüceyrəli şiş
• Yastıhüceyrəli
karsinoma
– verrukoz karsinova
– bazal yastıhüceyrəli karsinoma
– papillyar yastıhüceyrəli karsinoma
– adenoid yastıhüceyrəli karsinoma
– digərləri
• Limfoepitelial karsinoma (Şminke şişi)