Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ
237
Mərhələlərə görə qruplaşdırma
Mərhələ T
N
M
0
mərhələ
T
is
N
0
M
0
I mərhələ
T
1
N
0
M
0
II
a
mərhələ
T
2a
N
0
M
0
II
b
mərhələ
T
1
N
1
M
0
T
2a
N
1
M
0
T
2b
N
0
M
0
T
2b
N
1
M
0
III mərhələ
T
1
N
2
M
0
T
2a
N
2
M
0
T
2b
N
2
M
0
T
3
N
0
M
0
T
3
N
1
M
0
T
3
N
2
M
0
IV
a
mərhələ
T
4
N
0
M
0
T
4
N
1
M
0
T
4
N
2
M
0
IV
b
mərhələ
istənilən T
N
3
M
0
IV
c
mərhələ istənilən T
istənilən N
M
1
10.1.4. Klinika
Burun-udlağın bədxassəli şişlərinin kliniki simptomlarını üç əsas qrupa
bölmək olar
• Burun-udlaqda şişin olması ilə əlaqədar olan simptomlar
• Şişin ətraf orqan və toxumalara sirayət etməsi nəticəsində əmələ gə-
lən simptomlar
• Regionar və uzaq metastazların inkişafı ilə əlaqədar
müşahidə olunan
simptomlar
Birinci qrup simptomlar burun-udlaq şişinin böyümə xarakterinə müva-
fiq olaraq rəngarəngdir. Burun-udlağın bədxassəli şişləri böyümə xarakterinə
görə ekzofit, endofit-xoralı və paycıqlı olmaqla üç yerə bölünür. Ekzofit şişlər
əksərən burun-udlaq tağında əmələ gəlir, yüksək böyümə sürətinə malik olur.
Ekzofit şişlərin erkən simptomu burun tənəffüsünün pozulması və burundan
qanlı ifrazatdır. Burun-udlağın endofit-xoralı şişləri əksərən burun-udlağın arxa
divarında müşahidə olunur. Şişin bu forması ləng inkişafla xarakterizə olunub,
onun rast gəlinən əsas simptomlarına eşitmənin birtərəfli zəifləməsi, baş ağrı-
ları və burundan ifrazat aiddir. Burun-udlaq xərçənginin paycıqlı forması əksə-
rən burun-udlağın yan divarında, eşitmə borusu dəliyinin ağzında yerləşir. Şi-
BAŞ-BOYUN ŞİŞLƏRİ
238
şin bu forması ləng böyümə xüsusiyyətinə malik olub kliniki olaraq özünü
eşitmənin
bir tərəfli zəifləməsi, üz sinirinin nevralgiyası və yumşaq damağın
bir tərəfli parezi ilə göstərir (Trotter sindromu).
İkinci qrup simptomlar şişin kəllə-beyin sinirlərinə, həmçinin orbitaya
və kəllə boşluğuna sirayəti nəticəsində əmələ gəlir. Belə ki, gözün hərəki, blok
və uzaqlaşdırıcı sinirlərinin zədələnməsi zamanı göz bəbəklərinin genəlməsi
(midriaz), ikigörmə (diplopiya) və çəpgözlük (strabizm və ya heterotropiya)
müşahidə olunur. Şişin üçlü sinirə sirayəti alın və göz qapaqları dərisinin his-
siyyatının azalmasına və əng nahiyəsində tədricən artan sinir ağrılarının əmələ
gəlməsinə səbəb olur. Dil-udlaq və azan sinirlərin şişlə infiltrasiyası yumşaq
damağın, udlağın və qırtlağın parezinə səbəb olur, nəticədə udma aktı çətin-
ləşir, səsin karlaşması və öskürək müşahidə olunur. Əlavə sinir şiş prosesinə
cəlb olunduqda trapesəbənzər əzələnin atrofiyası, kürəyin sallanması, şişin or-
bitaya və kəllə boşluğuna sirayəti zamanı isə ekzoftalm və güclü baş ağrıları
əmələ gəlir. Göstərilən simptomların rastgəlmə tezliyi 25-90% arasında tərəd-
düd edib onların arasında daha çox müşahidə olunanı (90%-ə qədər) uzaqlaş-
dırıcı sinirin zədələnməsidir.
Üçüncü qrup simptomlar regionar və uzaq
metastazlarin əmələ gəlməsi
ilə əlaqədar müşahidə edilir. Regionar metastazlar boyun-körpücüküstü nahiyə-
lərdə lokalizasiya olunur, 60-85% hallarda təsadüf edir, xəstələrin 40-50%-də
ikitərəfli olur. Birincili şişin ölçüləri heç də həmişə regionar metastazların yerli
statusu ilə korrelyasiya olunmur. Bəzən burun-udlağın iri həcmli, məhdud hə-
rəkətli və ya hərəkətsiz regionar metastazları güclü ağrılara, bəzi hallarda isə
boyun simpatik kələfinin zədələnməsi nəticəsində Horner sindromuna (mioz,
ptoz, enoftalm) səbəb olur. Qeyd etmək lazımdır ki, xəstələrin 50%-ə
qədərində regionar metastazlar burun-udlaq xərçənginin ilk əlaməti olur,
birinci şiş ocağı isə uzun müddət özünü kliniki olaraq göstərmir.
Burun-udlaq
xərçəngi zamanı uzaq metastazların əmələgəlmə tezliyi 10-25% təşkil edib,
50%-ə yaxın təsadüfdə sümüklərdə, 30%-ə qədər hallarda isə ağciyər və qara-
ciyərdə yerləşir və klinikada özünü müvafiq simptomlarla (müxtəlif lokali-
zasiyalı ağrılar, çanaq orqanlarının funksiyasının pozulması, aşağı ətrafların
iflici, öskürək, assit, sarılıq) göstərir.
10.1.5. Diaqnostika
Burun-udlaq xərçənginin diaqnostikasında aşağıdaki müayinə metod-
larından istifadə edilir:
• Kliniki
müayinə
• Endoskopiya
• Radioloji metod (KT, MRT)
• Morfoloji müayinə
• Laborator müayinə
Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ
239
Kliniki müayinəyə anamnez, baxış və palpasiya aiddir. Hərtərəfli və
dürüst toplanmış anamnez xəstəliyin başlanğıc xüsusiyyətlərini, kliniki simp-
tomatikasını dəqiqləşdirməyə və nəticədə təxmini olaraq şişin lokalizasiyanı və
yayılma dərəcəsini müəyyən etməyə imkan verir. Güzgü baxışı və barmaq
müayinəsi nəticəsində burun-udlaqda olan şiş prosesi haqqında ilk obyektiv
məlumatlar alınır. Bu müayinələr prosesin bədxassəliyini 50% dəqiqliklə mü-
əyyən etməyə imkan verir.
Burun-udlaqda olan patoloji prosesin obyektiv
qiymətləndirilməsi üçün
endoskopiya (fibrofarinqoskopiya) mühüm əhəmiyyət kəsb edir. Metod burun-
udlağın bütün nahiyələrinin dəqiq müayinə edilməsinə və patolojı ocaq aşkar
edildiyi təqdirdə sitoloji və histoloji müayinə üçün materialın (bioptatın) alın-
masına imkan verir. Endoskopik müayinə metodunun diaqnostik effektivliyi
95%-ə çatır [şəkil 10.3].
KT və
MRT şişin müəyyən edilməsindən əlavə onun ölçülərinin, lokali-
zasiyasının, ətraf toxumalara münasibətinin öyrənilməsində mühüm rol oynayır
[şəkil 10.4-10.5]. KT vasitəsilə xəstələrin 50-60%-də udlaqətrafı toxumaların
zədələnməsini, 30%-də kliniki müəyyən edilməyən metastazları, bir tərəfli
regionar metastazları olan xəstəlrin 60%-də boynun digər tərəfində gizli
metastazları aşkar etmək mümkün olur.
Morfoloji müayinə metodları 90-95% hallarda diaqnozun verifikasiya-
sına imkan verir. Morfoloji diaqnostika şişin burun-udlağın yan divarlarında və
ön şöbələrində lokalizasiyası zamanı və endofit xarakterli şişlərdə çətinləşir.
Bəzən biopsiyanı bir neçə dəfə təkrar etməyə zərurət yaranır.
Burun-udlaq şişlərinin
laborator diaqnostikasında
qanda Epşteyn-Barr
virusuna antitel titrinin müəyyən edilməsindən istifadə edilir. Burun-udlağın xər-
çəngi zamanı bu göstərici çox yüksəkdir. Müəyyən edilmişdir ki, burun-udlağın
yastıhüceyrəli xərçəngi zamanı xəstələrin 90-95%-də Epşteyn-Barr virusuna
antitelin yüksək titri qeyd olunur. Bu göstəricinin kliniki olaraq özünü birincili
şişlə deyil, regionar metastaz əlamətləri ilə göstərən burun-udlağın «gizli» xər-
çənginin diaqnostikasındakı xüsusi rolunu qeyd etmək lazımdır. Diqər tərəfdən
qeyd olunan immunoloji diaqnostika metodu burun-udlaq xərçənginin diferensial
diaqnistikasında, həmçinin müalicənin nəticələrinin qiymətləndirilməsində və
müalicədən sonraki dinamik nəzarətdə mühüm rol oynayır.
10.1.6. Müalicə
Burun-udlaq xərçənginin cərrahi radikal xaric edilməsi praktiki olaraq
mümkün olmadığından bu şişlərin müalicəsində aşağıdakı konservativ müalicə
metodlarından istifadə olunur:
• Şüa
• Kimyəvi
• Kimyəvi-şüa