Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə75/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
237 
Mərhələlərə görə qruplaşdırma 
 
Mərhələ T 


0 mərhələ 
T
is 
N

M

I mərhələ 
T

N
0
 
M
0
 
II
a
 mərhələ 
T
2a
 
N
0
 
M
0
 
II
b
 mərhələ 
T
1
 
N
1
 
M
0
 
 
T
2a
 
N
1
 
M
0
 
 
T
2b
 
N
0
 
M
0
 
 
T
2b
 
N
1
 
M
0
 
III mərhələ 
T
1
 
N
2
 
M
0
 
 
T
2a
 
N
2
 
M
0
 
 
T
2b
 
N
2
 
M
0
 
 
T
3
 
N
0
 
M
0
 
 
T
3
 
N
1
 
M
0
 
 
T
3
 
N
2
 
M
0
 
IV

mərhələ 
T

N

M

 
T
4
 
N
1
 
M
0
 
 
T
4
 
N
2
 
M
0
 
IV

mərhələ 
istənilən T 
N

M

IV

mərhələ istənilən T 
istənilən N
 
M

 
10.1.4. Klinika 
 
Burun-udlağın bədxassəli  şişlərinin kliniki simptomlarını üç əsas qrupa 
bölmək olar 
•  Burun-udlaqda şişin olması ilə əlaqədar olan simptomlar 
•  Şişin ətraf orqan və toxumalara sirayət etməsi nəticəsində əmələ gə-
lən simptomlar 
•  Regionar və uzaq metastazların inkişafı ilə əlaqədar müşahidə olunan 
simptomlar 
Birinci qrup simptomlar burun-udlaq şişinin böyümə xarakterinə müva-
fiq olaraq rəngarəngdir. Burun-udlağın bədxassəli  şişləri böyümə xarakterinə 
görə ekzofit, endofit-xoralı və paycıqlı olmaqla üç yerə bölünür. Ekzofit şişlər 
əksərən burun-udlaq tağında əmələ gəlir, yüksək böyümə sürətinə malik olur. 
Ekzofit  şişlərin erkən simptomu burun tənəffüsünün pozulması  və burundan 
qanlı ifrazatdır. Burun-udlağın endofit-xoralı şişləri əksərən burun-udlağın arxa 
divarında müşahidə olunur. Şişin bu forması ləng inkişafla xarakterizə olunub, 
onun rast gəlinən əsas simptomlarına eşitmənin birtərəfli zəifləməsi, baş ağrı-
ları və burundan ifrazat aiddir. Burun-udlaq xərçənginin paycıqlı forması əksə-
rən burun-udlağın yan divarında, eşitmə borusu dəliyinin ağzında yerləşir. Şi-


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
238 
şin bu forması  ləng böyümə xüsusiyyətinə malik olub kliniki olaraq özünü 
eşitmənin bir tərəfli zəifləməsi, üz sinirinin nevralgiyası  və yumşaq damağın 
bir tərəfli parezi ilə göstərir (Trotter sindromu). 
İkinci qrup simptomlar şişin kəllə-beyin sinirlərinə, həmçinin orbitaya 
və kəllə boşluğuna sirayəti nəticəsində əmələ gəlir. Belə ki, gözün hərəki, blok 
və uzaqlaşdırıcı sinirlərinin zədələnməsi zamanı göz bəbəklərinin genəlməsi 
(midriaz), ikigörmə (diplopiya) və  çəpgözlük (strabizm və ya heterotropiya) 
müşahidə olunur. Şişin üçlü sinirə sirayəti alın və göz qapaqları dərisinin his-
siyyatının azalmasına və əng nahiyəsində tədricən artan sinir ağrılarının əmələ 
gəlməsinə  səbəb olur. Dil-udlaq və azan sinirlərin  şişlə infiltrasiyası yumşaq 
damağın, udlağın və  qırtlağın parezinə  səbəb olur, nəticədə udma aktı  çətin-
ləşir, səsin karlaşması  və öskürək müşahidə olunur. Əlavə sinir şiş prosesinə 
cəlb olunduqda trapesəbənzər əzələnin atrofiyası, kürəyin sallanması, şişin or-
bitaya və  kəllə boşluğuna sirayəti zamanı isə ekzoftalm və güclü baş  ağrıları 
əmələ gəlir. Göstərilən simptomların rastgəlmə tezliyi 25-90% arasında tərəd-
düd edib onların arasında daha çox müşahidə olunanı (90%-ə qədər) uzaqlaş-
dırıcı sinirin zədələnməsidir. 
Üçüncü qrup simptomlar regionar və uzaq metastazlarin əmələ gəlməsi 
ilə əlaqədar müşahidə edilir. Regionar metastazlar boyun-körpücüküstü nahiyə-
lərdə lokalizasiya olunur, 60-85% hallarda təsadüf edir, xəstələrin 40-50%-də 
ikitərəfli olur. Birincili şişin ölçüləri heç də həmişə regionar metastazların yerli 
statusu ilə korrelyasiya olunmur. Bəzən burun-udlağın iri həcmli, məhdud hə-
rəkətli və ya hərəkətsiz regionar metastazları güclü ağrılara, bəzi hallarda isə 
boyun simpatik kələfinin zədələnməsi nəticəsində Horner sindromuna (mioz, 
ptoz, enoftalm) səbəb olur. Qeyd etmək lazımdır ki, xəstələrin 50%-ə 
qədərində regionar metastazlar burun-udlaq xərçənginin ilk əlaməti olur, 
birinci şiş ocağı isə uzun müddət özünü kliniki olaraq göstərmir. Burun-udlaq 
xərçəngi zamanı uzaq metastazların  əmələgəlmə tezliyi 10-25% təşkil edib, 
50%-ə yaxın təsadüfdə sümüklərdə, 30%-ə qədər hallarda isə ağciyər və qara-
ciyərdə yerləşir və klinikada özünü müvafiq simptomlarla (müxtəlif lokali-
zasiyalı  ağrılar, çanaq orqanlarının funksiyasının pozulması, aşağı  ətrafların 
iflici, öskürək, assit, sarılıq) göstərir. 
 
10.1.5. Diaqnostika 
 
Burun-udlaq xərçənginin diaqnostikasında aşağıdaki müayinə metod-
larından istifadə edilir: 
•  Kliniki müayinə 
•  Endoskopiya 
•  Radioloji metod (KT, MRT) 
•  Morfoloji müayinə 
•  Laborator müayinə 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
239 
Kliniki müayinəyə  anamnez, baxış  və palpasiya aiddir. Hərtərəfli və 
dürüst toplanmış anamnez xəstəliyin başlanğıc xüsusiyyətlərini, kliniki simp-
tomatikasını dəqiqləşdirməyə və nəticədə təxmini olaraq şişin lokalizasiyanı və 
yayılma dərəcəsini müəyyən etməyə imkan verir. Güzgü baxışı  və barmaq 
müayinəsi nəticəsində burun-udlaqda olan şiş prosesi haqqında ilk obyektiv 
məlumatlar alınır. Bu müayinələr prosesin bədxassəliyini 50% dəqiqliklə mü-
əyyən etməyə imkan verir.  
Burun-udlaqda olan patoloji prosesin obyektiv qiymətləndirilməsi üçün 
endoskopiya (fibrofarinqoskopiya) mühüm əhəmiyyət kəsb edir. Metod burun-
udlağın bütün nahiyələrinin dəqiq müayinə edilməsinə  və patolojı ocaq aşkar 
edildiyi təqdirdə sitoloji və histoloji müayinə üçün materialın (bioptatın) alın-
masına imkan verir. Endoskopik müayinə metodunun diaqnostik effektivliyi 
95%-ə çatır [şəkil 10.3]. 
KT və MRT şişin müəyyən edilməsindən əlavə onun ölçülərinin, lokali-
zasiyasının, ətraf toxumalara münasibətinin öyrənilməsində mühüm rol oynayır 
[şəkil 10.4-10.5]. KT vasitəsilə  xəstələrin 50-60%-də udlaqətrafı toxumaların 
zədələnməsini, 30%-də kliniki müəyyən edilməyən metastazları, bir tərəfli 
regionar metastazları olan xəstəlrin 60%-də boynun digər tərəfində gizli 
metastazları aşkar etmək mümkün olur.  
Morfoloji müayinə metodları 90-95% hallarda diaqnozun verifikasiya-
sına imkan verir. Morfoloji diaqnostika şişin burun-udlağın yan divarlarında və 
ön  şöbələrində lokalizasiyası zamanı  və endofit xarakterli şişlərdə  çətinləşir. 
Bəzən biopsiyanı bir neçə dəfə təkrar etməyə zərurət yaranır. 
Burun-udlaq  şişlərinin  laborator diaqnostikasında qanda Epşteyn-Barr 
virusuna antitel titrinin müəyyən edilməsindən istifadə edilir. Burun-udlağın xər-
çəngi zamanı bu göstərici çox yüksəkdir. Müəyyən edilmişdir ki, burun-udlağın 
yastıhüceyrəli xərçəngi zamanı  xəstələrin 90-95%-də Epşteyn-Barr virusuna 
antitelin yüksək titri qeyd olunur. Bu göstəricinin kliniki olaraq özünü birincili 
şişlə deyil, regionar metastaz əlamətləri ilə göstərən burun-udlağın «gizli» xər-
çənginin diaqnostikasındakı xüsusi rolunu qeyd etmək lazımdır. Diqər tərəfdən 
qeyd olunan immunoloji diaqnostika metodu burun-udlaq xərçənginin diferensial 
diaqnistikasında, həmçinin müalicənin nəticələrinin qiymətləndirilməsində  və 
müalicədən sonraki dinamik nəzarətdə mühüm rol oynayır. 
 
10.1.6. Müalicə 
 
Burun-udlaq xərçənginin cərrahi radikal xaric edilməsi praktiki olaraq 
mümkün olmadığından bu şişlərin müalicəsində aşağıdakı konservativ müalicə 
metodlarından istifadə olunur: 
•  Şüa 
•  Kimyəvi 
•  Kimyəvi-şüa 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə