Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə74/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
234 
III. Sümük və qığırdaq toxuma şişləri 
Xordoma  
 
IV. Limfoid və qanyaradıcı toxuma şişləri 
• Xockin limfoması 
• Diffuz B-hüceyrəli limfoma 
• Ekstranodal NK/T hüceyrəli limfoma 
• Follikulyar dentritik hüceyrəli sarkoma/şiş 
• Ekstramedulyar plazmositoma  
 
V. İkincili şişlər 
 
Burun-udlağın xoşxassəli  şişlərinin 50%-ə  qədərini gənclik angiofibro-
ması təşkil edir. Rastgəlmə tezliyinə görə sonraki yeri papillomalar tutur (10-
20%). Burun-udlağın digər xoşxassəli şişləri (adenomalar, poliplər) nadir hal-
larda rast gəlinir. 
Burun-udlağın bədxassəli şişləri əksərən yastıhüceyrəli xərçəngdən ibarət 
olur. Yastıhüceyrəli xərçəngin 80%-ə qədərini aşağı diferensiasiyalı buynuzlaş-
mayan və diferensiasiya olunmayan xərçəng təşkil edir. Yastıhüceyrəli buynuz-
laşan xərçəng 10%-ə yaxın hallarda müşahidə olunur. Burun-udlağın digər bəd-
xassəli  şişləri (karsinomalar, limfomalar, sarkomalar) nadir hallarda rast gə-
linir.  
 
10.1.2. Xoş xassəli şişlər 
 
Burun-udlağın  gənclik angiofibroması  (angiofibroma, burun-udlağın 
fibroması, beyin əsasının fibroması) əksər hallarda burun-udlaq tağının udlaq-
əsas fassiyasından, az hallarda isə boyun fəqərələrinin və ya əsas sümüyün sü-
müküstlüyündən inkişaf edir. Angiofibromanın inkişaf istiqaməti,  əsasən, 
burun boşluğuna və burnun əlavə ciblərinə, orbitaya, az hallarda isə  kəllə 
boşluğuna doğru olur. 
Gənclik angiofibroması əksər hallarda oğlanlarda (qızlara 14-15:1 nisbə-
tində), cinsi inkişaf dövrünün başlanğıcında əmələ gəlir. Cinsi yetişgənlik döv-
rünün başlanması ilə şiş kiçilir və ya tam involyusiyaya uğrayır. Ona görə də 
angiofibromanın əmələ gəlməsində hormonal pozğunluqlara böyük əhəmiyyət 
verilir. Digər tərəfdən demək olar ki, xəstələrin hamısında cinsi inkişafın 
zəifləməsi müşahidə edilir.  
Gənclik angiofibromasının ilk və erkən əlamətləri burunla tənəffüsün çə-
tinləşməsi və  səsli nəfəsalmadır («burnunu çəkmək»). Angiofibroma sürətlə 
böyüyərək  ətraf toxumaları dağıdır, xəstələrdə dövrü burun qanaxmaları, bo-
ğazda quruluq əmələ  gəlir. Ümumi simptomlardan yuxunun pozulması, yad-
daşın zəifləməsi, iş qabiliyyətinin azalması müşahidə olunur. Fibroma böyük 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
235 
ölçülərə çatdıqda sərt və yumşaq damağı, sonra isə əng sümüyünü itələyir, ek-
zoftalm  əmələ  gəlir. Bu dövrdə iki tərəfli burun tənəffüsü mümkün olmur, 
daimi burun qanaxmaları müşahidə olunur ki bu da xəstənin kəskin zəiflə-
məsinə gətirib çıxarır. 
Burun-udlaq angiofibromasının diaqnostikası o qədər də böyük çətinlik 
törətmir. Endoskopiya (rinoskopiya) zamanı burun boşluğunu və  yə burun-
udlaq keçidini tutan qırmızı rəngli kontakt qanayan şiş törəməsi aşkar olunur. 
Törəmənin palpasiyası zamanı onun qığırdağabənzər konsistensiyası müəyyən 
edilir.  Şiş prosesinin yayılma dərəcəsininin müəyyən edilməsi üçün KT və 
MRT dən istifadə edilir [şəkil 10.2]. Törəmədən götürürən bioptatın histoloji 
müayinəsi diaqnozu morfoloji təsdiq edir. 
Gənclik angiofibromasının müalicə metodu cərrahi əməliyyat olub, şişin 
ölçülərindən asılı olaraq burun-ağız yolu ilə, həmcinin xarici kəsiklər apa-
rılmaqla icra edilir. Şüa müalicəsi effektiv deyildir, baxmayaraq ki, bir sıra ra-
dioloqlar şüa müalicəsinin təsiri altında bəzi hallarda angiofibromanın inkişafı-
nın dayandığını qeyd edirlər. 
Burun-udlağın angiofibroması zamanı proqnoz şiş prosesinin erkən mər-
hələlərində yaxşıdır. Lakin angiofibromaların residivverməyə yüksək meyil-
liliyini qeyd etmək lazımdır. Prosesin gecikmiş mərhələlərində; şişin kəllə boş-
luğuna sirayət etdiyi, təkrari residiv və qanaxmaların olduğu təqdirdə proqnoz 
pisdir. 
Burun-udlağın papillomaları, əsasən, yaşlı insanlarda təsadüf edir. Onlar 
adətən yumşaq damağın arxa səthində, xış sümüyü və xoraların yanında yerlə-
şib, ölçüləri böyüdükcə burun boşluğuna yayılırlar. Müalicəsi yalnız cərrahi 
yolladır. 
 
10.1.3. TNM kliniki təsnifatı  
(AJCC – 2002) 
 
 birincili şiş 
T

– birincili şişin qiymətləndirilməsi üçün lazımi məlumatlar yoxdur. 
T

– birincili şiş müəyyən edilmir 
T
is 
– carcinoma in situ 
T

– şiş burun-udlağın sərhədləri ilə məhdudlaşir 
T

–  şiş  ağız-udlağın və/və ya burun boşluğunun yumşaq toxumalarına 
yayılır 
T
2a 
– ağız-udlağa və/və ya burun boşluğuna yayılan, lakin udlaqətrafı 
(paraferingeal) toxumanı zədələməyən şiş 
T
2b
 – udlaqətrafı sahəni zədələyən şiş 
T
3
 – şiş ətraf sümükləri və/və ya burnun əlavə ciblərini zədələyir 
T

– şiş kəllə daxilinə yayılır və/və ya kəllə sinirlərininə, gicgahaltı çü-
xura, qırtlaq-udlağa, orbitaya sirayət edir. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
236 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
N – regionar limfa düyünləri 
N

– regionar limfa düyünlərinin vəziyyətini qiymətləndirmək mümkün 
deyildir. 
N

– regionar limfa düyünlərində metastazlar yoxdur 
N

– körpücüküstü çüxurdan yuxarıda yerləşən limfa düyünündə (düyün-
lərində) ölcüsü 6 sm-dən böyük olmayan birtərəfli (ipsilateral) metastazlar 
N

– körpücüküstü çüxurdan yuxarıda yerləşən limfa düyünündə 
(düyünlərində) ölçüsü 6 sm-dən böyük olmayan ikitərəfli (bilateral) metastazlar
 
N
3
 – körpücüküstü çüxurdan yuxarıda yerləşən limfa düyünündə (düyün-
lərində) ölçüsü 6 sm-dən böyük olan metastazlar və/və ya körpücüküstü çüxu-
run limfa düyünlərində metastazlar
 
N
3a 
– körpücüküstü çüxurdan yuxarıda yerləşən limfa düyünündə (düyün-
lərində) ölçüsü 6 sm-dən böyük olan metastazlar 
N
3b 
- körpücüküstü çüxurun limfa düyünlərində olan metastazlar 
M – uzaq metastazlar 
M
x
 – uzaq metastazların olmasını təyin etmək mümkün deyildir 
M
0
 – uzaq metastazlar yoxdur 
M

– uzaq metastazlar var 
Şəkil 10.2. Burun udlağın gənclik angiofibroması. Şiş kutləsi burun-udlağı 
tam, əsas cibi hissəvi doldurur və sol tərəfdən baş-beynə sirayət edir.  
Kompüter tomografiya 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə