Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə73/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   79

Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
229 
Şəkil 9.23. Mandibulotomiya cərrahi yolu  
(Lemans R., 2010) 
Şəkil 9.21. Transoral cərrahi 
yol (Barbosa JF.,1974)
Şəkil 9.22. Transservikal-
transoral cərrahi yolu
(Barbosa JF., 1974)


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
230 
Şəkil 9.24. Çənə sümüyünün 
kənarı rezeksiyası (DeLakure 
MD,1998) 
Şəkil 9.25. Çənənin  
«qayıqvari» rezeksiyası 
Şəkil 9.26. Çənənin tac 
çıxıntısının rezeksiyası


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
231 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
9.11. Proqnoz 
 
Ədəbiyyat məlumatların görə, ağız boşluğu xərçənginin 5 illik yaşama 
göstəriciləri I mərhələ üçün 75-90%, II mərhələ üçün 60-75% təşkil edir. Xər-
çəngin III mərhələsində 5 illik yaşama göstəriciləri şüa müalicəsində 15-25%, 
kimyəvi-şüa müalicəsində 30-40%, kombinəolunmuş müalicədə 35-40%, kom-
pleks müalicədə 40-50%-dir. Xəstələyin IV mərhələsində sağalma nadir 
hallarda mümkündür. 
 
 
Şəkil 9.27. Çənənin segmentar 
rezeksiyası ilə 
kombinəolunmuş operasiya 
(Komando əməliyyatı)
Şəkil 9.28. Sümük implantatları və çənə protezi (Lemans R., 2010) 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
232 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
1
1
0
0
 
 
 
UDLAĞIN BƏDXASSƏLİ  
ŞİŞLƏRİ 
 
 
Udlağın bədxassəli şişləri onun anatomik olaraq üç şöbəyə bölünməsinə 
müvafiq olaraq burun-udlağın, ağız-udlağın və  qırtlaq-udlağın  şişləri olmaqla 
üç qrupa bölünür. Morfoloji quruluşu və kliniki gedişi rəngərəng olan bu qrup 
şişlərin təsnifatı, diaqnostikası  və müalicəsinə dair çoxsaylı  ədəbiyyat məlu-
matlarının olmasına baxmayaraq bir sıra mübahisəli anlar qalmaqdadır və 
problem öz həllini tam tapmamışdır. 
Udlağın bədxassəli şişləri daha çox (50-55%) burun-udlaqda, nisbətən az 
(30-35%) ağız-udlaqda, daha az ( 20-25%) qırtlaq-udlaqda təsadüf edir [şəkil 
10.1]. 
Udlağın hər bir şöbəsinin xərçəngi öz inkişaf xüsusiyyətlərinə görə kəs-
kin fərglənir ki bu da onların hər birinin ayrı-ayrılıqda öyrənilməsini vacıb edir. 
Şəkil 10.1. Udlağın şöbələri 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
233 
 
10.1. Burun-udlağın şişləri 
 
Burun-udlağın bədxassəli  şişləri dünyanın  əksər ölkələrində ümumi on-
koloji patologiyanın 0,1-1,5%-ni, baş-boyun nahiyəsinin bədxassəli  şişlərinin 
isə 2-4%-ni təşkil edir. Digər tərəfdən bir sıra Asiya və Afrika ölkələrində 
(İndoneziya, Çin, Keniya) bütün bədxassəli  şişlərin 30-40%-i burun-udlaqda 
lokalizasiya olunur. Baş-boyun nahiyəsinin  əksər  şişlərindən fərqli olaraq 
burun-udlağın xərçənginin əmələ gəlməsində fiziki və kimyəvi kanserogenlərin 
(siqaretçəkmə, alkoqol və s.) rolu müəyyən edilməmişdir. Bu xəstəliyin Epş-
teyn-Barr virusu ilə etiologi əlaqəsi sübut olunmuşdur. Belə ki, burun-udlağın 
xərçəngi olan xəstələrin 90%-nin qanında bu virusla əlaqəli antigenin yüksək 
antitel titri müşahidə olunur ki, sağlam adamlarda bu göstərici 10-12%-dən yu-
xarı olmur. Bu qanunauyğunluq burun-udlaq xərçəngi üçün endemik zonalarda 
(Cənubi-Şərqi Asiya) müəyyən olunmuş, daha sonra isə xəstəliyin sporadik rast 
gəlindiyi ölkələr üçün də təsdiq edilmişdir. Müəyyən olunmuşdur ki, Epşteyn-
Barr virusu antigeninə yüksək antitel titri olan xəstələrin 1,5-5,0%-də burun-
udlağın simptomsuz (gizli) xərçəngi aşkar olunur. Bu reaksiyanın spesifikli-
yindən burun-udlaq xərçənginin erkən və diferensial diaqnostikasında, həmçi-
nin şiş əleyhinə müalicənin effektivliyinin qiymətləndirilməsində və şişin resi-
divlərinin vaxtında aşkar edilməsində istfiadə olunur.  
 
10.1.1. Beynəlxalq histoloji təsnifat  
(№19, WHO – 2005) 
 
I. Epitelial şişlər 
Xoş xassəli Bəd xassəli 
•  Tüklü polip (Hairy polip) 
•  Şneyder (Scheiderian) tip 
papilloma 
•  Yastıhüceyrəli papilloma 
•  Ektopik hipofizar adenoma 
•  Ağız suyu vəziləri tip adenoma 
•  Kraniofaringioma 
•  Yastıhüceyrəli karsinoma 
– yastıhüceyrəli buynuzlaşan 
karsinoma 
– yastıhüceyrəli buynuzlaşmayan 
karsinoma 
– bazal yastıhüceyrəli karsinoma 
•  Nazofaringeal papillyar 
adenokarsinoma 
•  Ağız suyu vəziləri tip 
adenokarsinomalar 
 
 
II. Yumşaq toxuma şişləri 
Nazofaringeal angiofibroma 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə