Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə76/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
240 
 
 
 
 
 
 
 
Şəkil 10.5. Burun-udlağın 
xərçəngi. Magnit rezonans 
tomogpafiya 
 
Şəkil 10.4. Burun-udlağın 
xərçəngi. 
Kompüter tomografiya
Şəkil 10.3. Burun-udlağın 
xərçəngi. Endoskopiya 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
241 
Lokalizasiyasının, yayılmasının və morfololji quruluşunun xüsusiyyətləri 
səbəbindən asılı olaraq burun-udlağın bədxassəli  şişlərinin  əsas müalicə 
metodu  şüa  və ya kimyəvi-şüa terapiyasıdır. Ümumi qəbul olunmuş  şüa 
müalicəsi metodikası birinci şiş ocağının və metastatik limfa düyünlərinin 
yüksək dozada şüalandırılmasıdır. Regionar metastazlar müəyyən edilmədiyi 
təqdirdə  hər iki boyun nahiyəsinin profilaktik şüa müalicəsi aparılır.  Şüa 
müalicəsi sərbəst planda şişin I mərhələsində aparılır. Xəstəliyin II mərhə-
ləsindən başlayaraq kimyəvi-şüa müalicəsinin aparılması daha məqsədəuyğun 
hesab olunur. Birinci şiş ocağının tam reqressiyası  şərti ilə boyunda kon-
servativ (kimyəvi-şüa) müalicədən sonrakı qalıq metastatik limfa düyünləri və 
ya residiv metastazlar aşkar edildiyi təqdirdə  cərrahi müalicə (boyun disek-
siyası) məqsədəuyğun sayılır.  
Burun-udlağın bədxassəli  şişləri  şüa müalicəsinə yüksək həssaslığı ilə 
xarakterizə olunur. Şüa terapiyası xarici şüalanma və müştərək  şüa müalicəsi 
şəklində aparılır. Xarici şüalanmada əksərən distansion qammaterapiyadan isti-
fadə olunur. Bu zaman şişin olçülərindən və başin anatomik xüsusiyyətlərindən 
asılı olaraq 2, 3 və ya 4, əksər hallarda isə 2 yan şüalanma sahələrindən istifadə 
olunur.  Şüalanmanın SOD şişin I-II mərhələsində 60 Qr, III-IV mərhələsində 
75 Qr təşkil edir. Boynun regionar metastazvermə zanalarının  şüalanması 
birincili şiş ocağının şüa müalicəsi ilə bir etapda aparılır və şüalanmanın SOD 
45-50 Qr təşkil edir. 
Burun-udlaq xərçənginin  şüa terapiyasında  ən yaxşı  nəticələr müştərək 
şüa müalicəsi (distansion qammaterapiya və boşluq daxili şüa müalicəsi) zama-
nı əldə edilir. Burun-udlağın bədxassəli şişlərinin boşluq daxili şüalanması dis-
tansion qammaterapiya qurtardıqdan sonra və ya onun SOD 50-60 Qr çat-
dıqdan sonra onunla birgə aparılır. Bu zaman radioaktiv Co
60
 rezin «süngər» 
vasitəsilə ilə 24-30 saat müddətinə burun-udlaq boşluğuna yeridilir və SOD 20 
Qr olmaqla şüalandırılır. Müştərək  şüa müalicəsindən istifadə  şüa ağırlaşma-
larının tezliyini artırmadan  şüalanmanın SOD 90-120 Qr qədər artırmağa im-
kan verir. 
Burun-udlaq xərçəngində aparılan  kimyəvi müalicə neoadyuvant və 
adyuvant kimyəvi terapiya formasında istfiadə olunur. Burun-udlaq xərçəngi-
nin ən geniş yayılmış neoadyuvant kimyəvi müalicə sxemləri sisplatin + 5 fto-
rurasil, sisplatin + epirubisin və bleomisin + sisplatin + epirubisindir. 
Burun udlaq xərçəngi zamanı şüa müalicəsindən sonra şişin tam rezorbsi-
yası müşahidə olunan xəstələrdə adyuvant kimyəvi terapiyadan istfiadə haqqın-
da məlumatlar var. Lakin alınmış nəticələr onun müalicənin uzaq nəticələrinin 
yaxşılaşdırılması haqqında birmənalı fikir sürməyə imkan vermir. Eyni zaman-
da qeyd edilir ki, kimyəvi terapiyanın şüa müalicəsi ilə birgə başlanması və ad-
yuvant rejimdə davam etdirilməsi müalicənin nəticələrini yaxşılaşdırır. Buna 
misal olaraq sisplatindən istifadə etməklə kimyəvi terapiyanın şüa müalicəsi ilə 
müştərək istifadəsini göstərmək olar (sisplatin – 100 mq/m
2
 şüa müalicəsinin 1, 
22, 43-cü günləri, sonra isə adyuvant olaraq 71, 99 və 127-ci günlər).  


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
242 
 
10.1.7. Proqnoz 
 
Burun-udlaq xərçəngində distansion qammaterapiya zamanı 5 illik yaşa-
ma göstəricisi 10-15% arasında tərəddüd edir. Müştərək  şüa müalicəsində 5 
illik yaşama göstəricisi regionar metastazlar olmadığı təqdirdə 60%, birtərəfli 
regionar metastazlarda 40% ikitərəfli metastazlarda isə 30% təşkil edir. Kim-
yəvi-şüa müalicəsi zamanı 5 illik yaşama bu göstəricisi 60-70%-ə  qədər 
yüksəlir. 
 
10.2. Ağız-udlaq xərçəngi 
 
Ağız-udlaq xərçəngi bütün bədxassəli  şişlərin 0,5-1,0%-ni təşkil edir, 
rastgəlmə tezliyinə görə baş-boyun nahiyəsinin bədxassəli şişləri arasında 4-5-
ci yeri tutur. Son on il ərzində  ağız-udlaq xərçəngindən ölüm 1,5 dəfə 
artmışdır. Xəstəlik  əksərən 51-60 yaşlarda, kişilərdə qadınlara nisbətən daha 
çox (9:1 nisbətində) rast gəlinir.  Ədəbiyyat məlumatları göstərir ki, son illər 
qadınlarda da ağız-udlaq xərçənginin rastgəlmə tezliyi artır. Ehtimal olunur ki, 
bu, qadınların siqaretdən və spirtli içkilərdən istfiadə etməsinin artması ilə 
əlaqədardır. Bu ehtimallar ağız-udlaq xərçənginin  əsas risk amillərinin spirtli 
içkilərdən həddən ziyadə istifadə və uzunmüddətli siqaretçəkmə olması ilə izah 
olunur. Ağız-udlaq xərçənginin digər risk amillərinə ağız boşluğunun pis gigi-
yenası, mexaniki qıcıqlanması, Plummer-Vinson sindromu (riboflavin və fol 
turşusunun çatışmazlığı ilə  əlaqədar olan və disfagiya, həzm traktının selikli 
qişasının atrofiyası, dırnaqların distrofiyası, hipoxrom anemiya, qanda dəmirin 
səviyyəsinin azalması ilə xarakterizə olunan xəstləik) aid edilir. Ağız-udlaq 
xərçənginin əmələ gəlməsində I tip Herpes simplex virusunun və insan papil-
loma virusunun rolu müəyyən edilmişdir. 
 
10.2.1. Beynəlxalq histoloji təsnifat 
(№4, WHO – 2005) 
 
I. Epitelial şişlər 
 
Bədxassəli şişlər 
• Papilloma 
– yastıhüceyrəli papilloma 
– kondiloma 
– epitelial hiperplaziya 
• Keratoakantoma 
• Dənəvərhüceyrəli şiş 
 
• Yastıhüceyrəli karsinoma 
– verrukoz karsinova 
– bazal yastıhüceyrəli karsinoma 
– papillyar yastıhüceyrəli karsinoma 
– adenoid yastıhüceyrəli karsinoma 
– digərləri 
• Limfoepitelial karsinoma (Şminke şişi) 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə