Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə70/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
220 
Xəstəliyin  başlanğıc mərhələsi adətən simptomsuz keçir. Bu dövrdə 
xəstələrin  əsas  şikayəti patoloji ocaq nahiyəsindəki qeyri adəti hissiyyatdan 
olur. Baxış zamanı  ağız boşluğunun selikli qişasında bərklik, səthi xoralar, 
papillyar törəmələr, ağımtıl ləkələr müşahidə olunur. Qeyd etmək lazımdır ki, 
xəstənin həkimə ilk müraciəti zamanı 10%-ə qədər hallarda selikli qişanın yerli 
zədələnmələri aşkar edilmir. Ona görə də ağız boşluğunun diqqətli müayinəsi 
vacibdir. Xəstəliyin bu mərhələsində  ağrı 25% hallarda müşahidə olunur və 
xəstələrin əksəriyyəti bunu angina, stomatit, diş xəstəlikləri ilə əlaqələndirirlər. 
Xəstəliyin başlanğıc dövründə  xərçəngin 3 anatomik forması ayırd edilir: 
xoralı, düyünlü, papillyar. 
Xəstəliyin  inkişaf mərhələsi bir sıra simptomlarla xarakterizə olunur. 
Bura lokal xarakterli və ya qulağa, gicgah və ənsə nahiyələrinə irradiasiya edən 
ağrılar, selikli qişanın şişin parçalanma məhsulları ilə qıcıqlanması nəticəsində 
hipersalivasiya,  şişin dağılması  və infeksiyalaşması  nəticəsində  ağızdan pis 
qoxunun gəlməsi aiddir. Bu mərhələdə şişin aşağıdakı anatomik formaları ayırd 
edilir: ekzofit (papillyar, xoralı) və endofit (xoralı-infiltrativ, infiltrativ). En-
dofit şişlər diffuz böyümə ilə xarakterizə olunur, ekzofit şişlərə nisbətən daha 
bədxassəli gedişə malik olurlar. 
Xəstəliyin gecikmiş mərhələsində şiş ətraf toxumalara (çənə və ənq sü-
müklərinə, yanağa, ağız boşluğunun dibinə, udlağa, dəriyə) sirayət edir. Dilin 
hərəkətli hissəsinin xərçəngi ağız dibini infiltrasiya edir, çənə  və  əng 
sümüyünün alveolyar çıxıntısının xərçəngi  əng və  çənə sümüklərinə, ağız 
dibinə, yanağa sirayət edir, dilin kökünün xərçəngi damaq badamcıqlarına və 
udlağa yayılır. Xəstələrin böyük əksəriyyətində boyun limfa düyünlərində 
metastazlar müşahidə olunur. Bütün bunların nəticəsində  əzabverici ağrılar, 
qidalanmanın pozulması müşahidə olunur, intoksikasiya və kaxeksiya əmələ 
gəlir. 
 
9.7. Diaqnostika 
 
Ağız boşluğu orqanlarının xərçənginin diaqnostikasında aşağıdakı müa-
yinə metodlarından istifadə edilir. 
•  Anamnez 
•  Vizual baxış və palpasiya 
•  Radioloji müayinə 
•  USM 
•  Morfoloji müayinə 
Anamnez şişin aşkar edilməsi vaxtı, irsiyyət (ailədə onkoloji xəstəliklər), 
şişönü xəstəliklər, zərərli adətlər haqqında olan məlumatlara əsaslanır. 
Vizual baxış zamanı boynun və üzün konfiqurasiyasına, ağız boşluğunda 
olan dəyişikliklərə diqqət yetirilir. Bimanual palpasiyada  şişin ölçüləri və 


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
221 
yayılma dərəcəsi, boyun limfa düyünlərinin vəziyyəti sayı, lokalizasiyası, öl-
çüləri müəyyənləşdirilir. 
Ağız boşluğu orqanlarının xərçənginin diaqnostikasında  radioloji  müa-
yinə metodlarından rentgenoqrafiyadan, ortopantomoqrafiyadan, KT və MRT 
istifadə olunur. 
Rentgenografiya və ortopantomoqrafiya  çənə  və  əng sümüklərinin de-
formasiya və destruksiya ocaqlarının müəyyən edilməsinə kömək edir [şəkil 
9.16].  KT  şişin yayılma dərəcəsini,  ətraf orqan və toxumalara münasibətini 
müəyyən etməyə imkan verir. MRT ağız boşluğu xərçəngi zamanı şişin qalın-
lığının müəyyən edilməsində mühüm rol oynayır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boynun  USM limfa düyünlərinin metastatik dəyişikliklərinin müəyyən 
edilməsində mühüm rolu vardır. Qarın boşluğu orqanlarının USM, əsasən, 
qaraciyərin metastaik zədələnməsinin müəyyən edilməsi üçün aparılır. 
Şişin  morfoloji müayinəsi zamanı sitoloji (yaxma – iz, şişdən qaşıntı, 
boyun limfa düyünlərinin punksiyası) və histoloji (bioptat) diaqnostika metod-
larından istifadə olunur. 
Ağız boşluğu orqanlarının xərçəngi zamanı şiş markerlərinin rolu mü-
əyyən edilməmişdir. 
 
9.8. Diferensial diaqnostika 
 
Ağız boşluğu orqanlarının xərçənginin diferensial diaqnostikası aşağıdakı 
xəstəliklərlə aparılır. 
•  İltihabi xəstəliklər 
•  Spesifik proseslər 
Şəkil 9.16. Ağız dibinin xərçəngi zamanı çənə sümüyünün  
destruksiyası. Pantomografiya 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
222 
•  Trofiki pozğunluqlar 
•  Kiçik ağız suyu vəzilərinin şişləri 
•  Dil kökünün uru 
Ağız boşluğunun iltihabi xəstəlikləri üçün infiltrat, yerli hiperemiya və 
hipertermiya, ağrı, ödem, bədənin ümumi hərarətinin yüksəlməsi, absesləşmə 
xarakterikdir. Xəstəlik kəskin başlayır, aparılan iltihab əleyhinə ümumi və yerli 
müalicə tez bir zamanda effekt verir. 
Ağız boşluğunun  spesifik proseslərinə,  əsasən, vərəm, aktinomikoz və 
sifilis aid edilir. Vərəm xorası  kəskin ağrılı olur, onun dibi yumşaq, «moruq 
giləmeyvəsi» şəklində olur. Aktinomikoz zamanı sianotik selikli qişa ilə örtülü 
bəzəkli infiltrat müşahidə olunur. Sifilis xorasının dibi «mumvari» olur. Dife-
rensial diaqnostikada həmçinin anamnez və seroloji reaksiyalardan (Mantu 
sınağı, Vasserman reaksiyası) istifadə olunur. 
Trofiki pozğunluqlar xora və onu əmələ  gətirən travmatik səbəblərlə 
(dağılmış dişin kəskin kənarı, protez və s.) xarakterizə olunur. Travmatik səbəb 
aradan qaldırıldıqdan sonra xora 10-15 gün ərzində epitelləşir.  
Kiçik ağız suyu vəzilərinin  şişləri özünü selikli qişanın dərinliyində 
yerləşən təpəcikvari bərklik  şəklində göstərir [şəkil 9.17]. Xəstəliyin erkən 
dövründə selikli qişada dəyişiklik olmur. Şiş prosesinin gecikmiş mərhələlərin-
də, selikli qişa prosesə  cəlb olunduqda diferensial diaqnostika aparılan mor-
foloji müayinə vasitəsi ilə həyata keçirilir. 
Dil kökünün uru xarakterik lokalizasiyası  və uzun anamnezlə xarak-
terizə olunur [şəkil 9.18]. Diaqnozun dəqiqləşməsi üçün radionuklid və 
morfoloji müayinələr aparılır. 
 
9.9. Müalicə 
 
Ağız boşluğu xərçəngi zamanı müalicə taktikasının seçilməsinə  təsir 
edən amillərə aşağıdakılar aiddir. 
•  Şişlə əlaqədar olan amillər 
•  Xəstə ilə əlaqədar olan amillər 
•  Həkim və müalicə müəssisəsi ilə əlaqədar olan amillər 
Şişlə  əlaqədar olan amillərə onun lokalizasiyası, yayılma dərəcəsi (T, 
N, M), ətraf sümüklərə (çənə  və  əng sümüklərinə) münasibəti,  əvvəllər apa-
rılmış müalicə, şişin morfoloji xarakteristikası (histoloji tipi, invaziya dərəcəsi) 
aid edilir. 
Xəstə ilə əlaqədar olan amillərə onun yaşı, yanaşı xəstəlikləri, müalicə 
taktikasına münasibəti aiddir. Uzun müddətli, xüsusilə plastik etapla birgə 
aparılan cərrahi  əmaliyyatlar yanaşı patologiyası olan xəstələr tərəfindən ağır 
keçirilə bilər. Müalicə taktikasına həmçinin şişlə zədələnmiş nahiyədə əvvəllər 
aparılmış cərrahi müdaxilələr də təsir edə bilər. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə