Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə66/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
204 
 
 
 
 
 
 
Şəkil 8.14. Mur əməliyyatının sxemi 
Şəkil 8.15. Prayzing əməliyyatının sxemi 
Şəkil 8.13. Denker əməliyyatının 
sxemi 


Fəsil 8. 
BURUN BOŞLUĞU VƏ BURNUN ƏLAVƏ CİBLƏRİNİN ŞİŞLƏRİ
 
205 
Veber-Ferqyuson əməliyyatı bu-
run boşluğu və onun əlavə cib-
lərinin yerli yayılmış  xərçən-
ginin əsas cərrahi əməliyyat me-
todikasıdır. Dəri kəsiyi gözün 
xarici bucağından alt göz qapağı 
boyu onun daxili bucağına, son-
ra burun yəhərinin kənari boyu, 
burun qanadını  əhatə etməklə 
burun arakəsməsinə  qədər apa-
rılır və üst dodağın orta xətt bo-
yu boylama kəsilməsi ilə qurta-
rır. Lazım gəldikdə vertikal kə-
sik qaşüstü nahiyəyə  qədər uza-
dılır [şəkil 8.16]. 
Əməliyyat zamanı  şiş pro-
sesinin yayılma dərəcəsindən 
asılı olaraq əng sümüyü rezek-
siya edilir, xəlbirvari cib, əng ci-
binin daxili divari burun balıq-
qulağıları ilə birgə  kəsilib götü-
rülür, alın və əsas cibin, orbitanın 
divarlarının müxtəlif rezeksiya-
ları  və ekzenterasiya icra edilir. 
Genişləndirilmiş əməliyyatlar za-
manı bəzi müəlliflər qanaxmanın 
azaldılması  məqsədi ilə xarici 
yuxu arteriyasının ikitərəfli bağ-
lanmasını təklif edirlər. 
Burun boşluğu və onun 
əlavə ciblərinin bədxassəli şişləri 
təqribən 15-20 % hallarda beyin 
əsasına,  əksərən ön kəllə çuxu-
runa sirayət edir. Beyin əsasının 
ön nahiyələri  şiş prosesinə,  əsa-
sən, xəlbirvari cibin, digər hal-
larda isə burun boşluğu, orbita və 
əng cibinin yayılmış xərçəngi za-
manı  cəlb edilir. Bu qrup xəs-
tələrdə istfiadə olunan əməliy-
yatlar  kraniofassial rezeksiyalar 
adlanır. 
Şəkil 8.16. Veber-fergyuson əməliyyatı 
(Shah J., 2010) 
Şəkil 8.17. Kranio-fassial rezeksiyanın  
sxemi 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
206 
Kraniofassial rezeksiyaların radikallığı yalnız kombinəolunmuş  trans-
fassial  və  transkranial  cərrahi yollardan istifadə etməklə  təmin olunur. Bu 
prinsipdən kənara çıxılma xəstəliyin residivlərinin tezliyini dəfələrlə artırır 
[şəkil 8.17]. 
Beyin asasında  əməliyyatı mümkün edən  əsas dəlil ondan ibarətdir ki, 
beynin sərt qişası uzun müddət ərzində şişin kəllə boşluğuna invaziyasının qar-
şisini alan güclü baryer rolunu oynayır və bu da onu rezeksiya etməklə əməliy-
yatın radikallığını təmin edir. 
Burun boşluğu və onun əlavə ciblərinin xərçəngi zamanı boyun limfa 
düyünlərində metastazlar aşkar olunduqda, metastazların ölçüsündən və sayın-
dan asılı olaraq bir və ya ikitərəfli funksional və ya radikal boyun diseksiyaları 
aparılır. 
Əksər müəlliflərr topoqrafo-anatomik xüsusiyyətləri,  əksərən yerli ya-
yılması, rezeksiya sərhədlərinin  şişə yaxın olması  səbəbindən burun boşluğu, 
onun  əlavə cibləri və beyin asasının ön şöbələrinin xərçəngi olan bütün xəs-
tələrə  əməliyyatdan sonrakı dövrdə  şüa və ya kimyəvi-şüa müalicəsinin apa-
rılmasını məqsədəuyğun sayırlar. 
Burun boşluğu və burnun əlavə ciblərinin qeyri rezektabel şişlərində (kəl-
lə boşluğuna, göz yuvasının zirvəsinə, gicgahaltı çuxura və beyin əsasının la-
teral şöbələrinə yayılan şişlər) şüa və ya kimyəvi-şüa müalicəsi palliativ məq-
sədlə istifadə olunur. Hal-hazırda eyni vaxtda aparılan kimyəvi-şüa müalicəsi 
daha effektiv hesab edilir. Bu zaman kimyəvi müalicə venadaxili və ya arteriya 
daxili yolla aparıla bilər. Arteriya daxili kimyəvi müalicə üçün səthi gicgah və 
ya xarici yuxu arteriyaları kateterizasiya ediıir. Kimyəvi müalicə sisplatinin, 
siklofosfatın, 5-ftorurasilin, adriablastinin müxtəlif kombinasiyalarından istifa-
də etməklə aparılır.  Şüa müalicəsində distansion qammaterapiyadan istifadə 
olunub, SOD 65-70 Qr təşkil edir. 
Qeyri-rezektabel  şişlər zamanı qanaxma müşahidə olunduqda simpto-
matik əməliyyat – xarici yuxu arteriyasının bağlanması aparılır. 
 
8.8. Reabilitasiya 
 
Burun boşluğu və onun əlavə ciblərinin cərrahi müalicəsindən sonrakı 
reabilitasiya tədbirlərinə pozulmuş çeynəmə, udma, fonasiya funksiyalarının və 
kosmetik defektlərin bərpası aiddir. Bunların arasında ən çətini iri həcmli əmə-
liyyatlardan sonrakı yara ilə ağız boşluğu arasındakı əlaqəni aradan qaldırmaq 
məqsədi ilə həyata keçirilən fərdi protezləşdirmədir. Bu məqsədlə üç mərhələli 
mürəkkəb üç-çənə protezləşməsindən istifadə edilir. Belə ki, cərrahi əməliyyat-
dan bilavasitə sonra əvvəldən hazırlanmış  və  əməliyyat yarasını  ağız boşlu-
ğundan təcrid etməyə xidmət edən qoruyucu plastindən istifadə edilir. 
Əməliyyatdan 2-3 həftə sonra formalaşdırıcı protez qoyulur, 2-3 aydan sonra 
isə yekun protezləşdirmə aparılır. 


Fəsil 8. 
BURUN BOŞLUĞU VƏ BURNUN ƏLAVƏ CİBLƏRİNİN ŞİŞLƏRİ
 
207 
 
8.9. Proqnoz 
 
Burun boşluğu və burnun əlavə ciblərinin xərçənginin proqnozu şişin lo-
kalizasiyasından, yayılma dərəcəsindən, histoloji quruluşundan asılıdır. 
Burun boşluğunun xərçənginin proqnozu nisbətən yaxşı olub 5 illik yaşa-
ma göstərici 60-65% təşkil edir. 
Əng cibinin xərçəngi zamanı orta 5 illik yaşama göstəricisi 40-45% (I–II 
mərhələdə 80-85%, III–IV mərhələrdə 25-30%), xəlbirvari  сibin xərçəngində 
isə 10-15% arasında tərəddüd edir. Müalicədən sonra şişin residivi 50-60 %, 
regionar metastazlar 5-10%, uzaq metastazlar isə 15-20% hallarda rast gəlinir. 
Şişin histoloji quruluşundan asılı olaraq 5 illik yaşama göstəricisi estezio-
neyroblastomada və yuksək diferensiasiyalı yastıhüceyrəli xərçəngdə 80-90%, , 
aşağı diferensiasiyalı yastıhüceyrəli xərçəngdə 55-60%,  diferensiasiya olun-
mayan xərçəng, anaplastik xərçəng və sarkomalarda isə 25-30% təşkil edir. 
 
 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə