Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə64/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
196 
 
 
 
 
 
 
Şəkil 8.1. Burun bosluğu xərçənginin yayılmasi yolları 
Şəkil 8.2. Xəlbirvari cibin xərçənginin  
yayılması yolları 
Şəkil 8.3. Ongren xətti ilə Haymor boşluğunun aşağı-ön  
və yuxarı-arxa nahiyələrə bölünməsi
 


Fəsil 8. 
BURUN BOŞLUĞU VƏ BURNUN ƏLAVƏ CİBLƏRİNİN ŞİŞLƏRİ
 
197 
Əng cibinin aşağı-ön şöbəsinin şişləri zamanı əvvəlcə diş ağırları əmələ 
gəlir. Şiş böyüdükcə əng sümüyünün alveolyar çıxıntısına və sərt damağa sira-
yət edərək onların deformasiyasına səbəb olur, ağız dəhlizinin diş tacını infil-
trasiya edir. Nəticədə dişlərin patoloji hərəkətliliyi və tökülməsi, tökülmüş və 
ya çıxarılmış dişlərin yerində isə kələ-kötür səthli şiş kütləsi müşahidə olunur. 
Şiş  aşağı-ön  şöbənin daxili divarından  inkişaf etdikdə burun boşluğuna in-
kişaf edərək burun tənəffüsünün çətinləşməsinə, burundan irinli ifrazata səbəb 
olur. Bəzi hallarda şiş prosesinin ilk əlaməti burun qanaxması olur. Aşağı-ön 
şöbənin xarici divarının şişləri zamanı prosesə damaq badamcıqları, çənə sü-
müyü cəlb olunur, proses çeynəmə  əzələlərinə sirayət etdikdə isə  ağızın açıl-
ması çətinləşir.  
Yuxarı-arxa şöbənin şişləri orbita, xəlbirvari sümük və gicgah çuxuru is-
tiqamətində inkişaf edirlər. Bu şöbənin  daxili divarının  şişləri zamanı ek-
zoftalm və burun tənəffüsünün çətinləşməsi müşahidə olunur, bir sıra hallarda 
baş ağrıları və üçlü sinirin ikinci şaxəsinin innervasiyasına müvafiq nahiyənin 
dərisinin paresteziyası qeyd edilir. Yuxarı-arxa şöbənin xarici divarının şişləri 
özünü ekzoftalm, diplopiya, göz yarığının daralması,  şişin gicgah çuxuruna 
inkişafının nəticəsi kimi trizm əlamətləri ilə göstərir [şəkil 8.4]. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Alın cibinin şişləri üçün şişlə zədələnmiş nahiyədə müxtəlif intensivlikli 
ağrılar xarakterikdir. Şişin sonraki böyüməsi nəticəsində üzün deformasiyası, 
onun orbitaya yayılması  nətəcəsində göz almasının aşağı  və xaricə yerdəyiş-
məsi, göz qapaqlarının ödemi müşahidə olunur. 
Gecikmiş mərhələdə burun boşluğunun və onun əlavə ciblərinin şişləri 
üzün dərisinə  və yumşaq toxumalarına, burun-udlağa, beyin əsasına yayılır. 
Eyni zamanda qeyd etmək lazımdır ki, əng sümüyünün bədxassəli şişləri eyni 
vaxtda bir neçə istiqamətdə inkişaf edə bilərlər. 
Şəkil 8.4. Əng cibinin xərçənginin yayılması yolları 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
198 
 
8.5. Diaqnostika 
 
Haymor boşluğunun bədxassəli  şişlərinin diaqnostikası  xəstəliyin erkən 
mərhələsində çox çətindir. Bu ilk növbədə onun möhkəm sümük divarlarına 
malik olması ilə izah olunur. Xəstəliyin aydın kliniki əlamətləri şiş prosesinin 
Haymor boşluğunun divarını təşkil edən sümükləri destruksiya edərək ətraf to-
xumalara yayıldıqdan sonra müşahidə olunur. Ondan fərgli olaraq burun boş-
luğunun və  xəlbirvari cibin şişləri erkən mərhələlərdə belə xarakterik kliniki 
əlamətlərə (burunla tənəffüsün çətinləşməsi, burundan ifrazat, burun qanax-
ması) malik olurlar. 
Burun boşluğu və onun əlavə ciblərinin  şişlərinin diaqnostikasında aşa-
ğıdakı əsas müayinə metodlarından istifadə olunur: 
•  Kliniki müayinə 
•  Endoskopik müayinə 
•  Radioloji müayinə 
•  Morfoloji müayinə 
•  USM 
Xəstəliyin  kliniki müayinəsində  anamnez, baxış  və  palpasiya  mühüm 
əhəmiyyət kəsb edir. Əng cibinin bədxassəli  şişlərinin ilk əlamətlərindən biri 
intakt üst yan dişlərdə ağrıların əmələ gəlməsi və onların patoloji hərəkətliliyi, 
həmçinin  əsaslı  səbəb olmadan burun tərəffüsünün birtərəfli çətinləşməsidir. 
Bundan  əlavə  çəkilmiş üst diş yuvasında patoloji kütlənin  əmələ  gəlməsi 
həkimi əng cibinin bədxassəli şişindən şübhələndirməlidir. 
Endoskopik müayinədə  ön və arxa rinoskopiya,  orofarinqoskopiya, 
burun-udlağın barmaq müayinəsi dəyərlidir. Göstərilən metodların müştərək 
istifadə edilməsi burun və ağız boşluğuna, udlağa sirayət edən şişlərin müəy-
yən edilməsinə böyük kömək edir. Bu zaman şişin xarici görünüşü, lokalizasi-
yası ilə yanaşı, Haymor boşluğunun selikli qişası ilə  məhdudlaşmış «qapalı» 
şişlərin dolayı simptomları da (burun boşluğunun lateral divarının defor-
masiyası, selikli qişanın ödemi) aşkar edilə bilər. Ağız boşluğuna baxış  ağız 
dəhlizinin əng sümüyünün alveolyar çıxıntısının, sərt damağın deformasiyasını, 
şişkinliyini və ya destruksiyasını aşkar etməyə imkan verir [şəkil 8.5-8.7]. 
Burnun və onun əlavə ciblərinin radioloji müayinəsi rentgenoqrafiya, KT 
və MRT ilə aparılır.  Rentgenoqrafiya zamanı  əng cibində qeyri-homogen 
«kölgəliyin» aşkar edilməsi bədxassəli prosesdən  şübhələnməyə  əsas verir. 
Belə hallarda müayinəni davam etdirərək  əng cibinin rentgenotomoqrafiyası 
aparılır. Haymor boşluğu divarlarının nazikləşməsi və onların kənarlara 
itələnməsi uzun müddət mövcud olan xoşxassəli  şişə  dəlalət edir. Bədxassəli 
şişin əsas rentgenoloji simptomu isə intensiv «kölgəliklə» müşayiət olunan əng 
cibinin divarlarının sümük destruksiyasıdır. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə