Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə60/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
184 
•  Dərman müalicəsinə daha az həssaslığı 
•  Proqnozun daha yaxşı olması 
Çənə sümüyünün sarkomaları kliniki gedişi və rentgenoloji əlamətlərinə 
görə odontogen mənşəli «mərkəzi» xərçəngə oxşardır. Fərqləndirici cəhət isə 
şişin xoralaşmağa az meyilliliyi, daha sürətli inkişafı və ağciyərə erkən metas-
tazverməsidir. Daha proqressiv inkişaf osteogen sarkoma və fibroz histositoma 
üçün xarakterikdir. Parostal sarkoma və xondrosarkoma isə daha torpid gedişə 
malikdir. 
 
7.7. Diaqnostika 
 
Çənə sümüyünün bədxassəli şişlərinin diaqnostikası aşağıdaki əsas müa-
yinə metodlarına əsaslanır: 
•  Kliniki 
•  Radioloji 
•  Morfolojı 
Kliniki müayinədə sorğu, baxış və palpasiya aparılır. 
Radioloji müayinə metodlarına rentgenografiya, KT və MRT aid edilir. 
Onların arasında çənənin  rentgenoqrafiyası bazis müayinə metodudur. Rent-
genoqrafiya iki: on və yan projeksiyalarda aparılır. «Periferik» xərçəng zamanı 
aşkar edilən rentgenoloji əlamətlərə peridontal yarıqların genişlənməsi, dişlər-
arası arakəsmələrin və alveolyar çıxıntının destruksiyası aiddir. Rentgenoqram-
mada saxlanılmış dişlərin çənə sümüyü ilə əlaqəsi müəyyən edilmir, onlar san-
ki əhatə dairəsində «asılmış» vəziyyətdə görünürlər. 
«Mərkəzi» xərçəngin  əsas rentgenoloji əlaməti çənə sümüyündə müşa-
hidə olunan destruksiyadır. Xəstəliyin erkən dövründə çənə sümüyünün solitar 
destruksiyası  və süngəri maddəsinin dağılması müəyyən edilir. Şiş prosesinin 
yayılmış mərhələsində ayrı-ayrı destruksiya ocaqlarının birləşməsi nəticəsində 
sümüyün bu və ya digər nahiyəsinin tam destruksiyası müşahidə olunur [şəkil 
7.5]. 
Çənə sümüyünün sarkomalarının rentgenoloji şəkli xərçəngdən az fərq-
lənir. Osteogen sarkoma zamanı sümük destruksiyası osteolitik, osteoblastik və 
qarışıq xarakterli olur [şəkil 7.6]. Qeyd etmək lazımdır ki, rentgenoqrafiya çənə 
sümüyünün xərçəng və sarkomalarının yayılma dərəcəsinin təyin edilməsində 
yetərli məlumatı vermir. 
KT  şişin yayılma dərəcəsinin müəyyən edilməsində böyük əhəmiyyət 
kəsb edir. Belə ki, bu müayinə metodu sümüyün daxili və xarici kortikal səhfə-
sinin destruksiyasını, yumşaq toxuma komponentini və onun ətraf strukturlara 
yayılma dərəcəsini müəyyən etməyə və rentgenoloji müayinə metodu ilə mü-
qayisədə 50%-ə qədər hallarda əlavə məlumat almağa imkan verir [şəkil 7.7]. 
MRT  çənə sümüyünün şişlərinin diaqnostikasında mühüm əhəmiyyət 
kəsb edir. Bu müayinə metodunun vasitəsilə şişin çənənin sümük iliyi kanalı ilə  


Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
185 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 7.5. Çənə sümüyünün mərkəzi xərçəngi, 
patoloji sinig.  Rentgenografiya 
Şəkil 7.6. Çənə sümüyünün sarkoması. Sümüyün cisminin litik destruksiyası.  
Ortopantomografiya 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
186 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
yayılma dərəcəsini müəyyən etmək, onun yumşaq toxuma komponentinin ətraf 
strukturlara münasibətini aşkar etmək mümkün olur. 
Morfoloji müayinə  çənə sümüyünün şişlərinin diaqnostikasının yekun 
etapıdır. Bu zaman sitoloji və histoloji metodlardan istifadə olunur. Çənə sü-
müyününü «periferik» xərçəngində sitoloji müayinə üçün yaxma – iz və 
punktat, histoloji müayinə üçün insizion biopsiyadan istifadə edilir. «Mərkəzi» 
xərçəng və sarkomalarda şişin morfoloji təsdiqi sitoloji müayinə üçün punk-
tatdan, histoloji müayinə üçün isə trepan biopsiyadan və insizion biopsiyadan 
istifadə etməklə aparılır. 
Çənə sümüyü şişlərinin digər əhəmiyyət kəsb edən müayinə metodlarına 
radionuklid diaqnostika, boynun ultrasəs müayinəsi və aşkar olunan limfa dü-
yünlərinin punksiyası aiddir. 
Şəkil 7.7. Çənə sümüyünün sol tərəfli  osteogen sarkoması. Kompüter tomografiya  


Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
187 
 
7.8. Müalicə 
 
Çənə sümüyü şişlərinin müalicəsi zamanı ilk növbədə  ağız boşluğu sa-
nasiya edilməlidir.  Şiş nahiyəsində yerləşən karies və  hərəkətli dişlərin  şişin 
dissiminasiyası  təhlükəsi səbəbindən xaric edilməsi məsləhət görülmür. Şüa 
müalicəsi planlaşdırıldığı təqdirdə şüa yanığının olmaması üçün metal protezlər 
xaric edilməlidir. 
Çənə sümüyünün bədxassəli şişlərinin müalicəsində şişin histoloji quru-
luşundan, lokalizasiyasından, şiş prosesinin yayılma dərəcəsindən, xəstənin ya-
şından və ümumi vəziyyətindən asılı olaraq aşağıdakı müalicə metodlarından 
istfiadə olunur: 
•  Cərrahi 
•  Kombinəolunmuş 
•  Kompleks 
Çənə sümüyünün erkən məphələli xərçəngi zamanı cərrahi müalicədən 
istifadə olunur. Bu zaman çənə sümüyünün rezeksiyası aparılır və birincili 
sümük plastikası icra edilir.  
Çənə sümüyünün rezeksiyalarının aşağıdaki növləri vardır: 
−  çənənin tamlığı pozulmadan seqmentar rezeksiya 
−  çənənin tamlığının pozulması ilə seqmentar rezeksiya 
−  çənənin seqmentar rezeksiyası ekzartikulyasiya ilə 
−  çənənin yumşaq toxumalarla birgə rezeksiyası 
Çənə sümüyünün yerli yayılmış xərçənginin əsas müalicə metodu kom-
binəolunmuş müalicədir. Kombinəolunmuş metodda şüa müalicəsi  əmə-
liyyatdan  əvvəl və ya əməliyyatdan sonrakı dövrdə aparıla bilər.  Əksər mü-
əliflər müalicənin birinci etapında cərrahi  əməliyyata üstünlük verirlər.  Əmə-
liyyatdan sonra əmələ gələn sümük defektinin rekonstruktiv plastikası aparılır. 
Bəzi müəlliflər çənə sümüyünün ətraf yumşaq toxumalarla birgə geniş rezeksi-
yalarında, xarici yuxu arteriyası bağlandıqda və ya əməliyyatönü dövrdə  şüa 
müalicəsi almış  xəstələrdə birincili sümük plastikasını  məqsədəuyğun saymır 
və onun 1-2 ildən sonra aparılmasını məsləhət görürlər. 
Çənə sümüyünün sarkomalarının müalicə taktıkası  şişin diferensiasiya 
dərəcəsindən asılı olaraq fərqlənir.  
Çənə sümüyünün yüksək diferensiasiyalı sarkomalarının (xondrosarko-
ma, fibrosarkoma, parostal sarkoma) əsas müalicə metodu cərrahi  əməliyyat 
olub, çənənin müxtəlif həcmli rezerksiyalarından istifadə edilir. Sarkomanın bu 
növlərində konservativ müalicə metodları  (şüa və kimyəvi-şüa) az effektlidir 
və əksərən palliativ məqsədlə istifadə olunur. 
Sümük iliyi şişləri (Yuinq sarkoması) aşağı diferensiasiyalı olub şüa və 
dərman müalicəsinə həssasdırlar. Odur ki, bu qrup şişlərin müalicəsində kim-


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə