Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə58/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   79

Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
177 
II. Sümükdən əmələ gələn şişlər və şişəbənzər proseslər 
• Ossifikasiyaedici fibroma (fibroosteoma) 
• Fibroz displaziya 
• Heruvizm 
• Həhənghüceyrəli qranulema 
• Anevrizmal sümük sisti  
• Sadə (travmatik) sümük sisti 
III. Digər şişlər 
 
Qeyri-odontogen şişlərin beynəlxalq histoloji təsnifatı  
(№6, WHO – 2005) 
 
I. Sümük əmələ gətirən şişlər 
 Xoşxassəli   
 
 
 
 
Bədxassəli 
• Osteoma 
     • Osteosarkoma (osteogen sarkoma) 
• Osteoid osteoma və ya  
 
 
• Yukstakortikal osteosakroma 
osteoblastoma 
 
        
           (parostal sarkoma) 
(xoşxassəli osteoblastoma) 
 
II. Qığırdaq əmələ gətirən şişlər 
 Xoşxassəli   
 
 
 
 
Bədxassəli 
• Xondroma     • Xondrosakroma  
 
 
• Osteoxondroma  
 
 
 
• Yukstakortikal xondrosakroma 
(sümük-qığırdaq ekzostozları)  
 
• Mezenximal xondrosakroma 
• Xondroblastoma (xoşxassəli  
 
 
xondroblastoma, epifizar  
xondroblastoma) 
• Xondromiksoid fibroma 
 
 
III. Nəhənghüceyrəli şiş (osteoblastoklastoma) 
 
IV. Sümük iliyi şişləri 
• Yuinq sarkoması 
• Sümüyün retikulosarkoması 
• Sümüyün limfosarkoması 
• Mieloma 
 
V. Damar şişləri 
VI. Digər yumşaq toxuma şişləri 
VII. Digər şişlər 
VIII. Təsnif olunmayan şişlər 
IX. Şişəbənzər zədələnmələr 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
178 
Çənə sümüyünün xoşxassəli  şişlərinin  ən çox rast gəlinən formaları 
odontogen mənşəli şişlərdən ameloblastoma (adamantinoma), geyri-odontogen 
mənşəli şişlərdən isə nəhənghüceyrəli şişdir (osteoblastoklastoma). 
Çənə sümüyünün odontogen xərçəngi birincili və ikincili olur. Birincili 
xərçəng çənənin alveolyar çıxıntısının dərinliyində  əmələ  gəlib Hertvig 
(W.Hertrwoig) epitelial yatağının qalıqları olan Malasse (L.Malasser) adacıq-
larından, bəzən isə sist divarının epitelial elementlərindən inkişaf edir. İkincili 
xərçəng zamanı ilkin şiş ocağı əksər hallarda (60-80%) ağız boşluğunun selikli 
qişasında yerləşir.  Əksər müəlliflər çənənin ikincili xərçənginin ayrıca bir 
qrupda birləşdirilməsini düzgün hesab etmirlər, belə ki, onlar mahiyyət etibarı 
ilə ağız boşluğu orqanlarının (çənənin alveolyar çıxıntısı, ağız dibi) selikli qi-
şasından inkişaf edib çənəyə sirayət edirlər. Bir sıra hallarda çənəaltı limfa 
düyünündə olan metastazlar da çənəyə sirayət edə bilər. Çənə sümüyünün me-
tastatik  şişlərinə az hallarda rast gəlinir və,  əsasən, mədənin, süd vəzisinin, 
prostat vəzin, qalxanabənzər vəzin, böyrəküstü vəzin bədxassəli  şişlərində 
müşahidə olunur. 
Çənə sümüyünün odontogen mənşəli bədxassəli şişlərindən daha çox rast 
gəlinəni bədxassəli ameloblastoma olub ameloblastomanın və yastıhüceyrəli 
xərçəngin komponentlərindən ibarət olan şişdir. Çənənin birincili sümükdaxili 
xərçəngi isə az hallarda rast gəlinib öz histoloji quruluşuna görə yastıhüceyrəli 
xərçəngdir 
Çənə sümüyünün sarkomaları, əsasən, sümüküstlüyündən, sümüyün kor-
tikal gatından, sümük iliyinin süngəri maddəsindən inkişaf edr. Osteogen sar-
koma çənə sümüyünün qeyri epitelial şişlərinin ən çox rast gəlinən növü olub 
rastgəlmə tezliyi 30-35% təşkil edir. Sonraki yerləri fibroz histiositoma (15-
20%), xondrosarkoma (8-10%) və rabdomiosarkoma (6-8%) tutur. Eyni za-
manda çənə sümüyündə odontogen sarkomalara da (ameloblastik fibrosarko-
ma, ameloblastik odontosarkoma) rast gəlinir. 
 
7.4. Çənə sümüyünün xoşxassəli şişləri 
 
Çənə sümüyünün xoşxassəli  şişləri arasında daha böyük maraq kəsb 
edənləri ameloblastoma və nəhənghüceyrəli şişdir. 
Ameloblastoma odontogen xoşxassəli şişlərin 80%-ni təşkil edib, 70%-ə 
qədər hallarda çənə buçağında, 20% hallarda çənə cismində, 10% hallarda isə 
onun buxaqaltı seqmentində rast gəlinir. Ameloblastoma, əksərən sist 
formasında (polisistoma) rast gəlinir və aydın seçilən kapsula malik olmur. Ayrı-
ayrı sistlər bir-biri ilə birləşərək içərisi sarı maye və ya kolloid kütlə ilə dolu iri 
ölçülü boşluqlar  əmələ  gətirirlər. Kliniki olaraq bu özünü çənə sümüyünün 
tədricən qalınlaşması və nəticədə üzün deformasiyası ilə göstərir. Sümüyün qalın-
laşması  əvvəl özünü məhdud sahədə  və daha çox çənə sümüyünün bucağında 


Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
179 
göstərir.  Şiş böyüdükcə üzün de-
formasiyası artır, çənə oynağında 
hərəkət pozulur, udma aktı çətinlə-
şir, ağrılar əmələ gəlir. Şiş Böyük 
ölçülərə çatdıqda onun xoralaş-
ması  nəticəsində qanaxma, tənəf-
füsün çətinləşməsi, patoloji sınıq-
lar müşahidə olunur [şəkil 7.1]. 
Ameloblastoma makrosko-
pik olaraq yumşaq konsistensi-
yalı, boz rəngdə olur. Mikrosko-
pik olaraq şişin iki tipi müəyyən 
edilir: follikulyar tip və pleomorf 
tip. 
Ameloblastoma həmişə 
xoşxassəli gedişə malik olmayıb, bəzən özünü bədxassəli  şişin bütün kliniki 
əlamətləri ilə göstərir. Ameloblastoma residiv verməyə meyilliliyi ilə xa-
rakterizə olunur və residivlərin  əmələgəlmə tezliyi 10-20% təşkil edir. Ədə-
biyyat məlumatlarına görə ameloblastoma zamanı 2-3% hallarda maliqnizasiya 
(şişin bədxassəli transformasiyası) müşahidə olunur. Kliniki olaraq bu özünü 
prosesin sakit gedişi fonunda şişin inkişaf surətinin artması və ətraf toxumalara 
sirayət etməsi ilə göstərir. 
Ameloblastomanın diaqnostikasında, əsasən, radioloji müayinə metodla-
rından (rentgenoqrafiya, ortopantomoqrafiya, KT, MRT) istifadə olunur [şəkil 
7.2]. Şişin morfoloji təsdiqi sitoloji və histoloji müayinə metodları ilə aparılır. 
Ameloblastomanın müalicəsi yalnız cərrahi olub çənənin rezeksiyasından 
ibarətdir.  Şişin çənə sümüyündəki lokalizasiyasından və ölçülərindən asılı 
olaraq çənənin kənari, seqmentar, yarısının rezeksiyası  və ekzartikulyasiyası 
aparılır [şəkil 7.3]. Aparılan radikal əməliyyatlar yüksək onkoloji nəticələrin, 
sümük plastik əməliyyatlardan istifadə isə yaxşı funksional nəticələrin  əldə 
edilməsinə imkan verir. 
Nəhənghüceyrəli  şiş (osteoblastoklastoma)  mərkəzi (sümükdaxili) və 
periferik olmaqla iki qrupa bölünür. 
Mərkəzi nəhənghüceyrəli şiş, əsasən, qadınlarda müşahidə olunub əksər 
hallarda çənə sümüyün cismində rast gəlinir.  Şişin dəliklı, kistoz və litik for-
maları ayırd edilir. Digər formalarla müqayisədə şişin litik forması daha sürətli 
inkişafı ilə xarakterizə olunur.  
Müalicəsi cərrahi olub, həcmi  şişin forması  və ölçülərindən asılı olur. 
Dəlikli və kistoz formalarda şişin xaric edilməsi və onunla sərhəd təşkil edən 
sümük səthinin qaşınması aparılır. Litik formada isə, əsasən, çənə sümüyünün 
rezeksiyası icra edilir. 
Şəkil 7.1. Alt çənənin ameloblastoması 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə