Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə57/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   79

Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ 
173 
 
 
 
 
 
 
 
 
Şəkil 6.13. Üz sinirinin 
tapılması nögtəsi
Şəkil 6.14. Parotidektomiya 
əməliyyatından sonrakı 
yaranın görünüşündə üz siniri 
Şəkil 6.15. Çənəaltı ağız suyu 
vəzisinin xərçənginə görə 
radikal əməliyyatdan sonrakı 
yara sahəsinin görünüşü


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
174 
Ağız suyu vəzilərininm xərçəngində sərbəst şüa müalicəsinin effektivli-
yi  şişin radiorezistentliyi səbəbindən azdır. Xərçəngin histoloji formaları ara-
sında nisbətən radiohəssas olanı adenosistoz karsinomadır. 
Ağız suyu vəzilərinin xərçəngi zamanı  şüa müalicəsi sərbəst variantda 
aşağıdakı hallarda aparılır: 
−  qeyri rezektabel şişlərdə 
−  əməliyyatdan imtina edildikdə 
−  əməliyyata əks göstərişlər olduqda 
Kombinəolunmuş müalicədə  şüa və  cərrahi metodların müxtılif ardı-
cıllıqlı kombinasiyasından istifadə olunur. Hal-hazırda dünyanın əksər aparıcı 
klinikalarında əməliyyatdan sonrakı (adyuvant) şüa müalicəsindən istifadə olu-
nur. Adyuvant şüa müalicəsinə mütləq göstərişlər aşağıdakilardır: 
−  rezeksiyanın kənarlarında şiş hüceyrələrinin tapılması 
−  ölçüsü 4 sm dən böyük olan şiş 
−  yüksək bədxassəlilik dərəcəsi olan şiş 
−  perinevral və perilimfatik böyümə 
Adyuvant müalicə zamanı SOD – birincili şiş nahiyəsinə 60-70 Qr, regio-
nar metastazvermə zonalartına 50 Qr təşkil edir. Bu zaman aşağıdakı  şüa 
müalicəsi metodlarından istifadə olunur: 
−  distansion qammaterapiya 
−  neytron terapiyası 
−  termoradioterapiya 
Ağız suyu vəzilərinin şişlərində kimyəvi müalicə yüksək effektivliyə ma-
lik deyildir. Ondan, əsasən, yayılmış və residiv şişlərdə palliativ məqsədlə isti-
fadə edilir. Polikimyəvi müalicə zamanı sisplatinin, siklofosfanin, epirubisinin 
və taksolun müxtəlif kombinasiyalarından istifadə olunur. 
 
6.8. Proqnoz 
 
Ağız suyu vəzilərinin bədxassəli  şişlərinin proqnozu ümumən kafi olsa 
da aşağı diferensiasiyalı mukoepidermoid xərçəng və adenokarsinoma zamanı 
əksər hallarda müalicədən sonrakı 2-3 il ərzində uzaq metazlar inkişaf edir. 
Asinoz hüceyrəli və adenosistoz xərçəngi olan xəstələrdə residivsiz dövr daha 
uzun olur, lakin bu şişlər üçün müalicədən sonrakı 5, 10, hətta 15 ildən sonra 
belə uzaq metastazların əmələ gəlməsi xarakterikdir. Ona görə də bu qrup xəs-
tələr bütün həyatı boyu dispanser nəzarətində olmalıdırlar. Digər tərəfdən, 
əsasən, ağ ciyərlərdə əmələ gələn solitar metastazların cərrahi müalicəsi xəstə-
lərin həyatının uzadılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan 
verir. Ağız suyu vəzilərinin xərçənginin ümumiləşdirilmiş 5 illik yaşama gös-
təriciləri mukoepidermoid şişlərdə 40-50%, adenosistoz karsinomada 50-60%, 
adenokarsinomada isə 20-25% təşkil edir. 
Üz sinirinin prosesə  cəlb olunduğu təqdirdə 10 illik yaşama göstəricisi 
ədəbiyyat məlumatlarına görə 0-14% arasında tərəddüd edir. 


Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
175 
 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
7
7
 
 
 
ÇƏNƏ SÜMÜYÜNÜN  
BƏDXASSƏLİ ŞİŞLƏRİ 
 
 
7.1. Epidemiologiya 
 
 Çənənin  şişləri bütün bədxassəli  şişlərin 1%-ə  qədərini təşkil edir. 
Ədəbiyyat məlumatlarına gürə üz-çənə nahiyəsinin şişləri 2-25% hallarda çənə 
və  əng sümüklərində lokalizasiya olunur. Çənə sümüyündə  şişlər  əng sümü-
yünə nisbətən təxminən 3 dəfə az rast gəlinir. Çənənin bədxassəli  şişləri ilə 
kişilər qadınlara nisbətən daha çox xəstələnirlər. Bu şişlər əksər hallarda 40-60 
yaşlarda müşahidə olunur. 
 
7.2. Risk amilləri 
 
Çənə sümüyünün bədxassəli  şişlərinin etiologiyası tam aydınlaşdırılma-
mışdır.  Ədəbiyyat məlumatlarına görə  çənə sümüyünün bədxassəli  şişlərinin 
əsas risk amillərinə aşağıdakilar aiddir: 
•  İonizəedici radiasiya 
•  Travmalar 
•  Xoşxassəli şişlər və şişəbənzər törəmələr 
•  Xroniki iltihabi proseslər 
Çənə sümüyünü əhatə edən orqanların bədxassəli şişlərinə görə aparılan 
şüa müalicəsi çənə sümüyünün sarkomalarının (əsasən, osteogen sarkomanın) 
əmələ gəlməsinin əsas səbəbi hesab olunur.  
Çənə sümüyünün müxtəlif xoşxassəli şişləri (xondroma, ameloblastoma, 
nəhənghüceyrəli şiş) və şişəbənzər prosesləri (Pedcet xəstəliyi, fibroz displa-
ziya) də sümük sarkomalarının inkişaf mənbəyi ola bilər. Bu, uzun müddət 
mövcüd olan şişin fonunda spontan olaraq və ya şüa müalicəsi və təkrari cər-
rahi əməliyyatlardan sonra baş verə bilər. 
Çənə sümüyünün bədxassəli  şişlərinin  əmələ  gəlməsinə  səbəb ola bilən 
travmatik amillərə mexaniki, kimyəvi və termiki təsirləri,  xroniki iltihabi 
proseslərə isə paradontit, osteomielit və aktinomikozu aid etmək olar. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
176 
 
7.3. Beynəlxalq histoloji təsnifat 
 
Çənə sümüyünün şişləri histoloji quruluşuna görə iki əsas qrupa bölünür: 
odontogen və qeyri odontogen şişlər. Odontogen şişlər əksərən epitel mənşəli 
olub diş əmələ gətirən toxumalardan, diş emalından və diş məməciklərindən (o 
cümlədən Malasse adacıqlarından), qeyri-odontogen şişlər isə mezenximal 
mənşəli olub sümüklərdən inkişaf edir. 
Çənə sümüyünün odontogen şişləri epitelial mənşəli olmalarına baxma-
yaraq, sümüklərin qeyri epitelial mənşəli şişləri ilə bir yerdə öyrənilir. Belə ki, 
onlar sümükdaxili inkişaf edir, histogenezinə görə birincili sümük şişlərinə aid 
edilirlər və kliniki-rentgenoloji əlamətlərinə görə qeyri epitelial bədxassəli şiş-
lərə oxşardırlar. 
 
Odontogen şişlərin Beynəlxalq histoloji təsnifatı  
(№ 5, WHO – 2005)  
 
I. Odontogen şişlər 
Xoşxassəli Bədxassəli 
• Epitel mənşəli 
− ameloblastoma, solid/multisistik tip 
− ameloblastoma, sümükxarici/pe-
riferik tip 
− ameloblastoma, desmoplastik tip 
− ameloblastoma, unisistik tip 
− yastıhüceyrəli odontogen şiş 
− kalsinasiya olunmuş epitelial 
odontogen şiş 
− adenomatoz odontogen şiş 
− keratosistik odontogen şiş 
• Mezenximal mənşəli 
− odontogen fibroma 
− odontogen miksoma/miksofibroma 
− sementoblastoma 
• Qarışıq mənşəli 
− ameloblastik fibroma 
− ameloblastik fibrodentinoma 
− ameloblastik fibroodontoma 
− odontoma 
− odontoameloblastoma 
− kalsinasiya olunmuş sistik odon-
togen şiş 
• Odontogen karsinoma 
− bədxassəli ameloblastoma 
− ameloblastik karsinoma, I tip 
− ameloblastik karsinoma, II tip 
(dediferensiasiyalı, sümükdaxili) 
− ameloblastik karsinoma, II tip 
(dediferensiasiyalı, periferik) 
− birincili sümükdaxili yastıhüceyrəli 
karsinoma – solid tip 
− keratosisitik odontogen şişdən 
inkişaf edən birincili sümükdaxili 
yastıhüceyrəli karsinoma 
− odontogen sistdən inkişaf edən 
birincili sümükdaxili yastıhüceyrəli 
karsinoma 
− şəffafhüceyrəli odontogen 
karsinoma 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə