Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar



Yüklə 9,76 Mb.
səhifə1/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   42
C fakepathQiyabi Mühazir konspektl ri


Neft-qaz quyularının geofiziki tədqİqatları
fənnindən mühazirələr konspekti


müəllim
Paşayeva Şəfaqət

Mühazirə 1.
Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar


MÜHAZİRƏNİN PLANI

  1. QGT-nin yeri və rolu

  2. QGT-nin həll etdiyi məsələlər

  3. QGT-nin modifikasiyaları

  4. Karotaj zondları

Quyuların geofiziki tədqiqatı (QGT) fiziki üsulların cəmi olub qu­yu kəsilişi üzrə və ya yaxud quylar arası fəzanın təd­qiqinə əsas­­lanır. Neft-qaz quyularının tədqiqində istifadə olu­nan komp­­leks QGT üsulları mədən geofizikası adlanır. QGT komp­leksi dedik­də karotaj üsullarının məcmusu nəzərdə tutu­lur.
Quyu kəsilişi boyunca süxurların fiziki xassələrinin fasi­ləsiz ola­­raq öyrənil­məsi məqsədilə aparılan geofiziki tədqi­qat­lara ka­ro­­­taj deyilir.
QGT-nin yeri və rolu geoloji proseslərin mərhələləri ilə şərtlənir ki, bu da geoloji məsələnin qoyuluşundan yatağın istis­marı da daxil olmaqla kompleks əməliyyatlar deməkdir.
I mərhələ: Regional tədqiqatlar aparmaqla regionun pers­pek­tivli geoloji obyektləri aşkarlanır.
II mərhələ: Zonal tədqiqatlar mərhələsində perspektivli geo­loji obyektlərin quruluşu öyrənilir.
III mərhələ: Axatarış mərhələsində əsas məsələ yatağın mövcudluğunun təsdiqi və onun sənaye əhəmiyyətliliyinin qiy­mət­ləndirilməsidir
IV mərhələ: Kəşfiyyat mərhələsində faydalı qazıntıların eh­ti­yatının hesablanması və yatağın istismara hazırlanması məq­­sədilə axtarış mərhələsində qurulmuş model dəqiqləşdirilir və müfəs­səlləşdirilir.
V mərhələ: QGT-nin istismar prosesindəki rolu yatağın işlənmə texnologiyasından (quyu, şaxta və s.) asılı olur.
QGT əsas aşağıdakı məsələlərin həllində əhəmiyyətlidir.

Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə