Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar



Yüklə 9,76 Mb.
səhifə4/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
C fakepathQiyabi Mühazir konspektl ri

Quyu akustik televizoru-kəmərli və kəmərsiz quyularda quyu divarından əks olunan yüksək tezlikli dalğaların ampli­tudasının qeydiyyatına əsasən quyu divarının fotoşəkli alinir
Akustik karotaj sementölçən- bu üsul vasitəsilə sementlənmənin keyfiyyətinə nəzarət edilir.
Quyuların texniki vəziyyətinə nəzarət üsulları aşağı­da­kı­lardır.
Termometriya üsulu – kəmərli və kəmərsiz quyularda tətbiq olunur. Bu üsul ilə temperatur sahəsi pyrənilir.
Kavernometriya üsulu - bu üsul vasitəsi ilə quyunun hə­qiqi diametrinin dərinlik üzrə dəyişməsi öyrənilir.
İnklinometriya üsulu - bu üsul vasitəsilə quyunun meyl və azimut bucaqları öyrənilir.
Naklonometriya üsulu - bu üsul vasitəsilə quyu kəsili­şin­­də olan layların meyl və azimut bucaqları öyrənilir.
Perforasiya üsulu - bu üsul vasitəsilə quyularda sement­ləmə işləri aparıldıqdan sonra məhsuldar layla quyu arasında əlaqə yaradılır.
Torpedləmə üsulu - bu üsul vasitəsilə quyuda baş verən qəzanı aradan götürmək mümkündür.
Nüvə maqnit karotajı – süxurda olan mayelərin sərbəst flüidlər indeksi öyrənir.
Geofiziki işlər əsasən 2 mərhələyə ayrılır:
I mərhələ -informasiyanın toplanması, yəni çöl işlərinin və quyu­larda karotajın aparılması.
II mərhələ- alınan məlumatların interpretasiyası.
İnterpretasiya kəmiyyət və keyfiyyət interpretasiyasına ay­rılır. Keyfiyyət interpretasiyası zamanı tədqiq olunan geoloji ob­­yektin coğrafi mövqeyi, yeri, ölçüləri, fiziki kəmiyyətləri təyin edilir.
Kəmiyyət interpretasiyası zamanı alınmış məlu­mat­lar uy­ğun qaydada interpretasiya edilir və petrofiziki kəmiyyətlər təyin edilir. İnterpretasiyası ilk növbədə düz və tərs məsə­lənin həl­lindən ibarətdir. Düz məsələ karotaj vasitəsilə quyuda öl­çül­müş əyriləri səciyyələndirən kəmiyyətlərin qeydiyyatıdır (in­­tensivlik, xüsu­si müqavimət, interval müddəti və s.).
Tərs məsələ isə bu kəmiyyətdən istifadə edərək süxurları səciyyələndirən petrofiziki kəmiyyətlərin (məsaməlik, gillilik, doyumluq və s.) və geoloji kəmiyyətlərin (lay sərhədləri, layın qalınlığı və s.) təyin edilməsidir.
Mürəkkəb geoloji məsələlər kompleks üsullarla həll edi­lir. Bu halda geo­loji obyekt haqqında daha dəqiq və geniş miq­yaslı məlumat toplanır.
İnformasiyanın toplanması yer səthində və quyu daxi­lin­də yerinə yetrilir. Öyrənilən geoloji obyektin coğrafi mövqeyi, yeri, ölçüləri, fiziki kəmiyyətləri təyin edilir.
Mürəkkəb geoloji məsələlər kompleks ilə həll edilir. Geoloji obyekt haqqında daha dəqiq və geniş miqyaslı imkan yaradır. Əsasən 2 mərhələyə ayrılır.
İnformasiyanın toplanması isə yer səthində istərsə quyu daxilində 2 mərhələ alınan məlumatların interprefasiyası alınır. İnterprefasiya onun kəmiyyət kəşfiyyat interpretasiyalarına ayrılır. Tətbiq olunan geoloji obyektin coğrafi mövqeyi yeri, ölçüləri, fiziki kəmiyyətləri qeyd olunur. Kəmiyyət interpretasiyası zamanı olunmuş məlumatla uyğun qaydada interpretasiya edilir və geofizik məsələ həll edilir. Kəmiyyət interpretasiyası ilk növbədə olur və tərs məsələnin həllindən ibarətdir. Qarşıya qoyduğumuz modeli qurmaq üçün fiziki sahələr məmbəyinin müəyyən edilmiş mənbəyindən hansısa geofiziki parametri təyin edir. İnterpretasiya edirik. Tərs məsələ dedikdə əldə olunan geoloji geofiziki modeldən interpretasiya etməklə petrofiziki və ya yaxud geofiziki parametri təyin edirik. (keçiricilik, gillilik, məsaməlilik).



Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə