Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar



Yüklə 9,76 Mb.
səhifə3/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
C fakepathQiyabi Mühazir konspektl ri

Yan karotaj üsulu-quyu kəsilişi üzrə məhsuldar layların həqiqi xüsusi müqaviməti müəyyən edilir.
-İnduksiya karotajı üsulu - süxurların xüsusi elektrik ke­çiri­ciliyi və elektrik müqavimətinin təyininə əsaslanır
-Mikrokarotaj üsulu - bu üsulda nazik qlınlıqlı layların xü­susi elek­trik müqaviməti təyin edilir.
-Rezistivimetriya - gil məhlulunun xüsusi müqavimə­ti­nin dəyişməsi öyrənilir.

Şəkil 1.1. Quyu kəsilişlərinin tədqiqində istifadə olunan üsullar




Radioaktiv karotaj üsulları və onun modifikasiyaları - quyu sütunu boyunca süxurların təbii və süni radioaktiv­li­yinin intensivliyini öyrənir. Aşağıdakı modifikasiyaları mövcuddur.
Qamma karotajı üsulu (QK) - bu üsulda quyu daxilində təbii yaranmış qam­ma kvantlar sahəsi öyrənilir.
Neytron qamma karotajı üsulu (NQK) - qu­yuda süni yaradılmış ikinci dərəcəli qamma kvantlar sahəsi öyrənilir.
Neytron karotajı-bu üsulla neytron selinin sıxlığı öyrənilir.
İmpuls-neytron karotaj üsulu - bu üsulla neytronun mühitdə yaşama müddəti təyin edilir.
Qamma-qamma karotajı üsulu - bu üsulla quyu kəsilişi üzrə səpələnmiş qamma kvant selinin intensivliyinin ölçülmə­sinə əsaslanır və süxurların həcmi sıxlığının və maddi tərki­binin öyrənilməsi məqsədilə tətbiq edilir.
Akustik karotajı üsulları və onun modifikasiyaları –Quyularda 20 KHs > tezlikli səs və ultrasəs dalğaların xarakteristikalarının ölşülməsi ilə süxurların fiziki xassələrinin öyrənilməsinə əsaslanır.
Sürətə görə AK- quyuda interval müddətinin ölçülməsi ilə süxurda elastiki dalğaların yayılma sürətinin öyrənilməsinə əsaslanır.
Sönməyə görə AK- quyu sütunu boyunca elastiki dal­ğaların sönmə xarakteristikalarının öyrənilməsinə əsaslanır.
Kiçik tezlikli geniş zolaqlı AK-kişik tezlikli dalğalardan istifadə etməklə, kəmərli və kəmərsiz quyularda süxurların fiziki xassələri öyrənilir.

Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə