Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar


I. Ümumi geoloji xarakterli məsələlər



Yüklə 9,76 Mb.
səhifə2/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
C fakepathQiyabi Mühazir konspektl ri

I. Ümumi geoloji xarakterli məsələlər - burada quyu kəsili­­şinin litologiyasının öyrənilməsi, layların sərhəd və qalın­lıq­larının öyrənilməsi, quyu kəsilişlərinin korrelyasiyası.
II. Layların kollektorluq xüsusiyyətlərinin öyrənil­məsi - məh­suldar kollektor layların seçilməsi, onların məsamə­li­yinin, gil­­li­liyinin, keçiriciliyinin, effektiv qalınlığının, neft-qaz doyum­lu­ğunun və s. təyin edilməsi.
III. Quyuların texniki vəziyyətinə nəzarət - quyuların se­ment­ləməsinin keyfiyyətinə nəzarət, kəmərin zədələnmə ye­ri­­nin təyini, quyuda laya və ya laydan quyuya maye axınının in­tervalının təyini, quyuların mayilliyinin ölçülməsi, quyunun hə­qi­qi diametrinin öyrənilməsi və quyuda partlayış işlərii və s.
IV. Neft-qaz yataqlarının işlənməsinə nəzarət - su, neft, qaz, maye kontanklarının, yerinin müəyyənləşdiriliməsi, ca­ri neft-qaz doyumluluq əmsalının təyini, məhsuldarlığın qiy­mət­lən­dirilməsi.
QGT tədqiqat obyekti əsasən müəyyən fiziki xassə və mad­di tərkiblə müəyyənləşən, müəyyən həndəsi ölçüyə malik olan, geoloji modellə təsvir olunan geoloji obyektdir:
- neft və qaz yataqlarının işlənməsinə geofiziki nəzarət; --su -neft- qaz kontaklarının öyrənilməsi;
-cari neft qaz doyumluluq əmsalının təyini, məhsul­dar­lığın qiymətlən­dirilməsi və s.
QGT-nin 50-dən çox modifikasiyaları möv­cud­dur. Belə say çoxluğu həll edilən geoloji məsələlərin xüsu­siyyət­lə­ri­n­dən və növündən asılıdır. Bu üsullardan quyu kəsi­lişlərinin tədqi­qində əsas aşagıdakı üsullar tətbiq olunur (şəkil 1.1).
Elektrik karotajı üsulu və onun modifikasiyaları- quyu sütunu bo­yunca süxurların təbii və süni elektrik xüsu­siyyətlərinin öyrənilməsinə əsaslanır.
-Fərz olunan xüsusi müqavimət üsulu - quyu sütunu bo­yunca süxurların sünii elektrik xüsusiyyətlərinin öyrənilmə­sinə əsaslanır.
-Quyu potensialı üsulu - quyu sütunu boyunca süxur­ların tə­bii elektrik xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır.

Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə