Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar


Faktiki zondlama əyrisinin tipinin müəyyənləşdirilməsi



Yüklə 9,76 Mb.
səhifə14/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   42
C fakepathQiyabi Mühazir konspektl ri

3.3 Faktiki zondlama əyrisinin tipinin müəyyənləşdirilməsi
Müqavimətin xarakter qiymətlərini təyin etdikdən sonra loqarifmik miqyasda zondlama əyriləri qurulur. Sonra faktiki zondlama əyrisi interpetasiya üçün uyğun gələn paletka əyriləri ilə bir araya gətirilir. Müvafiq paletkanı seçmək üçün faktiki zondlama əyrisinin tipini müəyyənləşdirmək lazım gəlir. Bəzi hallarda əyrinin tipi və lazım olan paletka bir sıra aşkar nişanələrə görə müəyyənləşdirilir. Əgər bu nişanələr kifayət etmirsə onda əyrinin tipi yalnız faktiki zondlama əyrisi ilə paletka əyrilərini tutuşdurduqdan sonra təyin edilir. Təcrübədə daha çox rast gəlinən zondlama əyrilərinin tipini nəzrdən keçirək:
a) əsas hal – layda heç bir dəyişiklik olmadıqda.
Zondlama əyrisi paletka əyrilərinin birisi üzərinə düşür və yaxud onlara paralel gedir. Bu halda layın xüsusi müqaviməti nəzəri əyrinin moduluna əsasən təyin olunur:
ρlay = μρm
burada μ- nəzəri əyrinin modulu; ρm -məhlulun xüsusi müqavimətidir.
ρlay –ın qiyməti zondlama əyrisinin, asimptotlar əyrisi (A əyrisi) ilə kəsişməsinin ordinatına kimi də götürülə bilər.
b) quyu diametrinin artma halı. Yuyulma.
Bu hal kavernometriya işləri aparılmadıqda və quyunun diametri nominal diametrə (baltanın diametrinə) bərabər götürüldükdə alına bilər.
Zondlama əyrisi öz formasına görə nəzəri əyrilərə uyğun gəlir, ancaq bu əyrilərə nisbətən sağ tərəfə sürüşmüş olur. Quyunun həqiqi diametrini təyin etmək üçün zondlama blankını sol tərəfə o qədər sürüşdürürlər ki , zondlama əyrisi nəzəri əyrilərin birisi ilə tutuşmuş olsun və yaxud onlara paralel getsin. Əyrilər tutuşduqda “xaç” nöqtənin absis oxu üzərində vəziyyəti quyunun həqiqi diametrini göstərəcəkdir.
ρlay - əsas halda qeyd edildiyi kimi təyin olunur.

  1. azaldıcı keçirmə halı.

Məhlulun laya hopması nəticəsində azaldıcı keçirmə yaranıbsa, interpretasiya etdiyimiz əyri öz formasına görə YKZ-1-A paletkasının nəzəri əyrilərinə oxşar olur. Qurulmuş əyrinin sağ hissəsi, zondun uzunluğu artdıqda, paletka əyrilərini kiçik modullu əyrilərdən yüksək modullu əyrilər istiqamətində kəsir. Bu halda, götürülmüş əyriyə uyğun nəzəri əyrini tapmaq üçün YKZ –c paletkasından istifadə edilir. YKZ-c paletkası YKZ-1-A və EK-2 paletkalarının yığımından ibarətdir.
Zondlama əyrisinin blankı YKZ-c paletkası üzərinə yerləşdirilir və elə hərəkət etdirilir ki , blankın xaçı müəyyən (ρkz ρm)-ə uyğun EK -2 paletkasının əyrisi üzrə getsin (zəif sementləşmiş süxurlar üçün ρkz ρ1 =8 qəbul edilir). Blankı sürüşdürərkən onun və paletkanın koordinat oxlarının paralel qalmasına nəzər yetirmək lazımdır.
Layın xüsusi müqaviməti yuxarıda qeyd olunmuş qaydada və yaxud uyğun nəzəri əyrinin sağ asimptodunun ordinatına əsasən təyin edilir.
“Xaç” nöqtəsinin EK-2 paletkası üzərində vəziyyətinə görə Ddq-nin qiyməti və buna əsasən də keçirmə zonasının diametri (D) təyin edilir.

Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə